Hal-hazırda Ayna qəzetinin 15.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Gənc bloqçuların azad edilməsi tələb edilir
Müdafiə komitəsi beynəlxalq ictimaiyyəti bu məsələdə hökumətə təsir etməyə səsləyib
Şənbə, 15.08.2009

İ.Telmanoğlu mətn ölçüsü  

Həbs edilmiş gənc bloqçular - Emin Milli və Adnan Hacızadənin Hüquqlarını Müdafiə Komitəsi bu iki gəncin müdafiəsinə qalxmaq çağırışı ilə ABŞ Konqresinə, Böyük Britaniya Parlamentinə və Avropa Birliyi ölkələri liderlərinə müraciət edib ("Turan").

"Azərbaycanda həbs edilmiş bloggerlərin müdafiəsi üçün səsinizi ucaldın. Biz sizə "OL" hərəkatına və "Alumni Network" şəbəkəsinə rəhbərlik edən Emin Milli və Adnan Hacızadənin azad olunmasına yardım xahişi ilə müraciət edirik", - deyə sözügedən müraciətdə bildirilir. Xatırladılır ki, Emin Milli əvvəllər Respublikaçılar İnstitutunda, Avropa Şurasında və ATƏT-də işləyib. Adnan Hacızadə bir sıra beynəlxalq təşkilatların tərəfdaşıdır.

"Gənc fəallar iyulun 8-də saxta xuliqanlıq ittihamı ilə həbs ediliblər. Lakin ictimaiyyət və bloqçuların həmkarları əmindirlər ki, onların həbsinin əsl səbəbi demokratiya problemləri və hökumətdə korrupsiya ilə bağlı öz fikirlərini bildirmələridir. İnanırıq ki, beynəlxalq demokratik ictimaiyyətin nüfuzlu liderlərinin səsini qaldırması gənc fəalların azad olunmasına kömək edəcək", - deyə qeyd edən müəlliflər gənclərin çox uzun müddətə həbsə atılacağını da istisna etməyiblər.

"Bloqçuların təqsiri sübuta yetirilərsə, onları 5 ilə qədər həbs cəzası gözləyir və məhkəmənin ədalətli olacağına heç bir ümid yoxdur. İstintaqın bütün gedişi və irəli sürülmüş ittihamlar göstərir ki, ədalət gözləməyə dəyməz", - deyə məktubda vurğulanır.

Müraciətin sonunda Azərbaycan prezidentinin, Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Milli Təhlükəsizlik və Xarici İşlər nazirliklərinin elektron ünvanları qeyd edilib. Müraciət müəllifləri bu ünvanlara bloqçuların dərhal azad edilməsi tələbi ilə etiraz məktubları göndərilməsini xahiş edirlər.

Qeyd edək ki, gənc bloqçular bir müddət əvvəl "Livan" restoranında tanımadıqları şəxsləri döyməkdə ittiham edilərək həbs olunublar.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycandakı həbs Avropanı "silkələdi"

Gənc fəalların həbsi ilə bağlı etirazlar davam edir

Əhali əmanətlərini manatla saxlamağa üstünlük verir

Bölmənin digər xəbərləri
 
"Cəmiyyəti məlumatlandırmamaq ölkənin müdafiə qüdrətinə zərbədir"
Vətəndaşlar ordu quruculuğu prosesində iştirak etməlidirlər

Mina partlaması nəticəsində traktorçu xəsarət alıb
Qarabağda cəbhəyə bitişik bölgələrdə bu il 10 nəfər minaya düşərək yaralanıb. Son dəfə iyulda Xocavənddə kombayn minaya düşmüşdü

Payızda Bakı və Abşeronda rəqəmsal televiziya efirə çıxacaq
Azərbaycan kosmosa süni peyk çıxararaq kosmik ölkələr sırasında yer almaq istəyir

Bakı-Rostov dəmir yolunda bomba aşkarlanıb
Qurğu Mahaçqala yaxınlığında quraşdırılıbmış

Azərbaycan vətəndaşları gəmidə əsir deyillər
XİN sözçüsü onların hər an Hindistanda saxlanan Türkiyə gəmisini tərk edə biləcəklərini deyib

Amerika türklərindən Google-a qarşı kampaniya
Bu ümumdünya axtarış sistemi söz azadlığını pozmaqda ittiham edilir

Orduda ruhani təsisatı ideyası?
Bəzi qanunvericilər və ekspertlər bunu zəruri sayır

Cənub Media Hüquq Mərkəzi bölgə jurnalistləri arasında sorğu keçirib
Yerli KİV mənsubları informasiya alan zaman ayrı-seçkilik təzahürlərinə məruz qalır, icra strukturları ilə bağlı sənədlərlə tanış olmaq imkanları məhduddur

Ölkəyə gələnlərin və gedənlərin profilaktikası aparılacaq
XİN vətəndaşlara xəbərdarlıq edir

Terror barədə daha iki yalan məlumat
Bu dəfə 43 və 17 yaşlarında Bakı sakinləri saxlanıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər