Hal-hazırda Ayna qəzetinin 15.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Payızda Bakı və Abşeronda rəqəmsal televiziya efirə çıxacaq
Payızda Bakı və Abşeronda rəqəmsal televiziya efirə çıxacaq
Azərbaycan kosmosa süni peyk çıxararaq kosmik ölkələr sırasında yer almaq istəyir
Şənbə, 15.08.2009

Aynurə Əhmədova mətn ölçüsü  

Azərbaycan kosmosa süni peyk çıxararaq kosmik ölkələr sırasında yer almaq istəyir. Payızda isə Bakı və Abşeronda rəqəmsal televiziya efirə çıxacaq. Azərbaycanda rəqəmsal televiziyaya keçidlə bağlı tədbirlər davam etdirilir. Bu işlər 2015-ci ildə yekunlaşmalıdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi isə bu işi daha tez, 2012-ci ildə bitirmək istəyir. Beləliklə, artıq payız aylarında Bakı və Abşeronda eksperiment olaraq rəqəmsal televiziya efirə çıxa bilər.

Azərbaycanın öz süni peykinin yaradılması bir kommersiya layihəsidir. Süni peykin yaradılması Azərbaycana iqtisadi cəhətdən sərfəli hesab olunur. Peyk istifadəyə veriləndən sonra Beynəlxalq Telekommunikasiya İttifaqı Azərbaycanı kosmik ölkə kimi tanıyacaq. Ancaq 5 il ərzində biz kosmik peykə çıxmasaq, bizə verilən pozisiya geri alına bilər. Peyk istehsalçı şirkət tərəfindən Azərbaycan mütəxəssislərinin müşayiəti ilə Baykonurdan orbitə sovet raketləri vasitəsilə buraxılacaq.

Hələlik peykdən əldə edilən gəlir özxərciniödəməyə sərf ediləcək. Peyk orbitdə yerləşdiriləndən sonra 5-7 il əldə edilən gəlir layihəyə sərf edilən xərci ödəyəcək. Ondan sonrakı 15 ildə isə mənfəət gətirəcək. Burada əsas problemlərdən biri süni peykin beynəlxalq bazarlara çıxarılmasıdır. Azərbaycan süni peyk resurslarının təqribən 15-20 faizini özü istifadə edəcək. Qalan 80-85 faizi isə beynəlxalq bazarlarda satılmalıdır. Bununla bağlı bizim ekspertlərimizlə və məsləhətçi şirkətlərlə aparılan işlər onu deməyə əsas verir ki, bu sahədə də problemlər olmayacaq. Çünki artıq Malayziya bizim peykin resurslarının 40 faizini almaq üçün sifariş verib və yerdə qalan 40 faizin satılması üçün də sifarişlər daxil olmaqdadır.

Azərbaycanın süni peykinin hazırlanması 163 milyon manata başa gələcək. Süni peykin hazırlanmasında iştirak edən şirkətlər də artıq məlumdur. Peykin özünə 86 milyon manat xərclənməsi nəzərdə tutulub. Bundan başqa 16 milyon manat isə peykin ehtiyat hissələrinə və idarəetmə sisteminə, 40 milyon manat peykin qaldırıcı raketinin hazırlanması və buraxılması işlərinə, 18 milyon isə 100 faizli sığortaya xərclənib. Artıq sentyabrdan peykin istehsalına başlanacaq və 2011-ci ilin sonuna peyk təyin olunmuş orbitdə yerləşdiriləcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"Cəmiyyəti məlumatlandırmamaq ölkənin müdafiə qüdrətinə zərbədir"
Vətəndaşlar ordu quruculuğu prosesində iştirak etməlidirlər

Mina partlaması nəticəsində traktorçu xəsarət alıb
Qarabağda cəbhəyə bitişik bölgələrdə bu il 10 nəfər minaya düşərək yaralanıb. Son dəfə iyulda Xocavənddə kombayn minaya düşmüşdü

Gənc bloqçuların azad edilməsi tələb edilir
Müdafiə komitəsi beynəlxalq ictimaiyyəti bu məsələdə hökumətə təsir etməyə səsləyib

Bakı-Rostov dəmir yolunda bomba aşkarlanıb
Qurğu Mahaçqala yaxınlığında quraşdırılıbmış

Azərbaycan vətəndaşları gəmidə əsir deyillər
XİN sözçüsü onların hər an Hindistanda saxlanan Türkiyə gəmisini tərk edə biləcəklərini deyib

Amerika türklərindən Google-a qarşı kampaniya
Bu ümumdünya axtarış sistemi söz azadlığını pozmaqda ittiham edilir

Orduda ruhani təsisatı ideyası?
Bəzi qanunvericilər və ekspertlər bunu zəruri sayır

Cənub Media Hüquq Mərkəzi bölgə jurnalistləri arasında sorğu keçirib
Yerli KİV mənsubları informasiya alan zaman ayrı-seçkilik təzahürlərinə məruz qalır, icra strukturları ilə bağlı sənədlərlə tanış olmaq imkanları məhduddur

Ölkəyə gələnlərin və gedənlərin profilaktikası aparılacaq
XİN vətəndaşlara xəbərdarlıq edir

Terror barədə daha iki yalan məlumat
Bu dəfə 43 və 17 yaşlarında Bakı sakinləri saxlanıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər