Hal-hazırda Ayna qəzetinin 15.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
"Qarabağ danışıqları yerli siyasi ab-havaya uyğun aparılmayıb"
"Qarabağ danışıqları yerli siyasi ab-havaya uyğun aparılmayıb"
Vasitəçilik vəzifəsini başa vurmaqda olan Brayza bunları deyib
Şənbə, 15.08.2009

S.Abbas
S.Abbaszadə
mətn ölçüsü  

ATƏT-in Minsk Qrupunun həmsədri vəzifəsindən getməyə hazırlaşan ABŞ dövlət katibinin müavininin müşaviri Metyu Brayza Azərbaycan və Ermənistan cəmiyyətlərində həmsədrlərin sırf öz dövlətlərinin siyasətini yerinə yetirməsi və bu çərçivədən kənara çıxmağa icazə verilmədiyi, manevr etmək üçün yer qoyulmadığı barədə gəzən şayiələrə münasibət bildirib.

M.Brayza APA-nın ABŞ bürosuna açıqlamasında deyib ki, hansısa uzaq mexanizm ona nə etməyi diktə etməyib:"Ən azı Birləşmiş Ştatlardan olan diplomat manevr etmək üçün bir çox imkanlara malikdir. Mənim vəzifəmdə bu, olduqca əhəmiyyətli idi. Çünki mən yalnız Minsk Qrupunda göstərdiyimiz səylərə görə deyil, həmçinin bizim Cənubi Qafqaz, habelə Türkiyə, Yunanıstan, Kiprlə bağlı ümumi siyasətimiz, Avropadakı enerji məsələsinə görə də məsuliyyət daşıyıram. Tam əminliklə deyə bilərəm ki, hər hansı uzaq mexanizmin ABŞ siyasətinin nədən ibarət olmasını mənə söylədiyini hiss etmədim və bu siyasəti həyata keçirmək üçün çox məhdud bir kanal vasitəsilə fəaliyyət göstərmədim. Çünki ümumi siyasətin, göstərilən səylərin tam mərkəzində olmuşam. Mən qismən də olsa, bu siyasətə görə məsuliyyət daşıyıram ".

M.Brayza həmsədr vəzifəsində olduğu dövrdə apardığı danışıqların Azərbaycan və Ermənistanın daxili siyasi məqamlarından asılı olmadığını söyləyib: "Apardığımız danışıqlar hər hansı yerli siyasi məqamlardan asılı olmayıb. Biz bütün tərəflərə qarşı ədalətli və sərt mövqedə olmuşuq. Biz Azərbaycan və Ermənistanı hər bir müraciətdə konstruktiv olmağa çağırmışıq. Biz onlara heç bir təzyiq göstərməmişik, çünki bu düzgün deyil. Biz vasitəçilərik. Biz onları ruhlandırmağa çalışmışıq və mən hətta deyərdim ki, son üç il ərzində birgə komanda olaraq tərəflərə köklü dəyişikliklərin edilməsi sahəsində irəliləyişə yardım etmək üçün ən yüksək yaradıcılıq imkanlarımızdan istifadə etmişik.

Beləliklə, Minsk Qrupu hər iki prezidentin uzunmüddətli sülhə nail olmaq məqsədilə struktur razılaşmanı tamamlamağa imkan verən böyük nailiyyətə yardım edib və mən bununla həqiqətən də fəxr edirəm. Öz həmkarlarıma nümayiş etdirdikləri birgə komanda işinə, konstruktivliyə və yaradıcılıq potensiallarına görə minnətdarlığımı bildirirəm. Əgər insanlar arasında yüksək yaradıcılıq potensialı və şəxsi etibar yoxdursa, bu zaman razılıq əldə etmək üçün də heç bir həll variantı olmur".

Onu da qeyd etmək lazımdır ki, Brayza həmsədr postuna gəldiyi zamandan diqqət mərkəzində olub, ilk dəfə olaraq o, danışıqların bəzi detallarının ictimailəşdirilməsinə səy göstərib. Habelə Brayzanın fəaliyyəti dövründə Bakıda bir, Yerevanda bir qədər başqa cür verilmiş bəyanatlara da rast gəlinib. Hərçənd ki, vasitəçi həmişə bu məsələdə jurnalistləri günahlandırıb və fikirlərinin təhrif olunduğunu bildirib. Bir sözlə, o, hökumətinin ona verdiyi tapşırığı yaxşı-pis başa vurmaqdadır. Qarabağ isə hələ də işğal altındadır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Püşkatma kimə nə vəd edir?

Müxalifət "xalq diplomatiyası"nı milli maraqlarımıza zidd sayır

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Moskvada Qarabağ danışıqları: ilkin razılaşma yaxındır?

Bölmənin digər xəbərləri
 
"Avropa və Azərbaycan bir-birinə lazımdır"
Avropa Hərəkatı Təşkilatının baş katibinin fikrincə, Azərbaycan daha da inkişaf etməlidir

"Diplomatların dəyişdirilməsi ABŞ-ın prioritetlərinin dəyişməsi demək deyil"
Ariel Koen: "Qarabağ münaqişəsinin həlli, demokratiyaya dəstək prioritet olaraq qalacaq"

Müdafiə Nazirliyinin fəaliyyəti ilə bağlı suallar artır
Nazirlik rəsmisinin sözləri Azərbaycanda hərbi informasiya təhlükəsizliyi sahəsində ciddi problemlərin mövcudluğunu göstərir

Orduda total yoxlamalar başlanır
Təftiş nəticəsində hazırlanmış sənəd ölkənin strateji sənədləri - Hərbi Doktrina və Strateji Müdafiə İcmalı üçün baza rolunu oynayacaq

Türklər Azərbaycanı ən yaxın dost sayırlar
Növbəti yerdə Bosniya - Hersoqovina və Türkmənistan gəlir

"Cırtdan partiyalar" paradı, yoxsa...
Siyasi partiyalar dövlət yardımı almasalar, ölkədə "partiya" böhranı qaçılmaz olacaq

İranın Bakıdakı, yoxsa Azərbaycandakı səfirliyi?
Əli Hüseynov: "İranın Bakıdakı səfirliyi" yazılmasını İran diplomatlarının bilməzliyi kimi qiymətləndirmirəm"

Bakı Qarabağda Avropa və Amerika əsgərlərini görmək istəyir
Novruz Məmmədov bildirir ki, münaqişənin nizamlama prosesi 15-20 ilə qədər uzana bilər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər