Türklər Azərbaycanı ən yaxın dost sayırlar
 |
Növbəti yerdə Bosniya - Hersoqovina və Türkmənistan gəlir
Şənbə, 15.08.2009
|
|
Qərargahı Ankarada yerləşən Ulusal Strateji Araşdırmalar Kurumunun (USAK) Ankara, İstanbul, Bursa və İzmir şəhərlərində apardığı sorğunun nəticələrinə görə, Türkiyənin ən böyük dostu Azərbaycandır.
"Azadlıq" radiosunun Türkiyə bürosunun məlumatına görə, "Xarici siyasəti anlama anketi" adı altında keçirilən sorğuda rəyi soruşulanların təqribən 24 faizi Azərbaycanı Türkiyənin ən böyük dostu kimi qiymətləndirib.
Rəy sorğusunda Azərbaycandan sonra ən yaxın dost ölkələr siyahısında Bosniya - Herseqovina və Türkmənistan göstərilib.
"Xarici siyasəti anlama anketi"nə görə, rəyi soruşulanların 56 faizi Türkiyənin gələcəyini Avropa Birliyinə üzvlükdə görür. Anketdəki "Dünyada sülhə ən çox hansı ölkələr təhdid edir" sualına isə respondentlərin 33 faizi ABŞ-ı, 24 faizi İsrail, 12 faizi isə Rusiya cavabını verib.
Rəyi soruşulanların 49 faizi Türkiyənin xarici siyasətini uğurlu sayıb. Anket üçün fikirləri öyrənilən 1110 nəfərin 25 faizi ABŞ-ı Türkiyə üçün təhdid kimi gördüyünü deyib. Respondentlərin türk xarici siyasətindən ən böyük gözləntiləri isə təhlükəsizliyin təmin edilməsi və iqtisadi mənafelərin qorunması olub.
|
|
|
Oxşar xəbərlər:
Rəhim Rəhimlinin verilişi bağlanıb?
|
|
|