Hal-hazırda Ayna qəzetinin 15.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
"Diplomatların dəyişdirilməsi ABŞ-ın prioritetlərinin dəyişməsi demək deyil"
"Diplomatların dəyişdirilməsi ABŞ-ın prioritetlərinin dəyişməsi demək deyil"
Ariel Koen: "Qarabağ münaqişəsinin həlli, demokratiyaya dəstək prioritet olaraq qalacaq"
Şənbə, 15.08.2009

C.Məzahiroğlu mətn ölçüsü  

Amerikanın Heritage ("İrs") fondunun məşhur analitiki Ariel Koen əmindir ki, Qafqazda bir sıra Amerika diplomatlarının dəyişdirilməsi Vaşinqtonun xarici siyasət kursunun dəyişməsi demək deyil.

"Turan"a müsahibəsində Koen qeyd edib ki, Azərbaycandakı səfirin, Qarabağ məsələsi üzrə Minsk Qrupu həmsədrinin dəyişdirilməsinin ABŞ-ın bu regiondakı prioritetlərinə təsiri olmayacaq.

"Gürcüstanın təhlükəsizliyi məsələləri ilə yanaşı, Qarabağ münaqişəsinin həlli, demokratiyaya dəstək də Vaşinqtonun prioritetləri olaraq qalacaq. Obama administrasiyası Nabukko və Transxəzər qaz kəməri layihəsinin də həyata keçirilməsini dəstəkləyəcək", deyə Koen qeyd edib.

Ekspert Moskvanın Gürcüstanla münaqişəni davam etdirməsinin mümkünlüyü haqda bəyanatını təhlükəli sayır.

"İlk öncə, ABŞ Rusiyanın Gürcüstanla münaqişənin bərpa edilməsi mümkünlüyü haqda bəyanatından çox narahatdır. Rusiya, faktik olaraq, Abxaziyanı zəbt edir, bu isə bütün Cənubi Qafqazın təhlükəsizliyinə hədə ola bilər. Rusiya Gürcüstana qarşı düşmənçilik edərsə, bu, prezident Obamanın Moskva səfərinin yekunlarını puça çıxaracaq", - deyə o qeyd edib.

"İranın nüvə proqramı problemi regionun təhlükəsizliyinə ciddi təsir göstərir. İran Obama administrasiyasının əsas qayğısı olaraq qalmaqdadır. Əgər ilin sonuna qədər biz İranın nüvə proqramı məsələsində nəzərəçarpan irəliləyiş görməsək, ABŞ İranın nüvə arsenalı ilə barışmaq və ya onun yaranmasının qarşısını almaq üçün qəti addımlar atmaq arasında seçim etməli olacaq" - deyə o vurğulayıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"Avropa və Azərbaycan bir-birinə lazımdır"
Avropa Hərəkatı Təşkilatının baş katibinin fikrincə, Azərbaycan daha da inkişaf etməlidir

Müdafiə Nazirliyinin fəaliyyəti ilə bağlı suallar artır
Nazirlik rəsmisinin sözləri Azərbaycanda hərbi informasiya təhlükəsizliyi sahəsində ciddi problemlərin mövcudluğunu göstərir

Orduda total yoxlamalar başlanır
Təftiş nəticəsində hazırlanmış sənəd ölkənin strateji sənədləri - Hərbi Doktrina və Strateji Müdafiə İcmalı üçün baza rolunu oynayacaq

Türklər Azərbaycanı ən yaxın dost sayırlar
Növbəti yerdə Bosniya - Hersoqovina və Türkmənistan gəlir

"Qarabağ danışıqları yerli siyasi ab-havaya uyğun aparılmayıb"
Vasitəçilik vəzifəsini başa vurmaqda olan Brayza bunları deyib

"Cırtdan partiyalar" paradı, yoxsa...
Siyasi partiyalar dövlət yardımı almasalar, ölkədə "partiya" böhranı qaçılmaz olacaq

İranın Bakıdakı, yoxsa Azərbaycandakı səfirliyi?
Əli Hüseynov: "İranın Bakıdakı səfirliyi" yazılmasını İran diplomatlarının bilməzliyi kimi qiymətləndirmirəm"

Bakı Qarabağda Avropa və Amerika əsgərlərini görmək istəyir
Novruz Məmmədov bildirir ki, münaqişənin nizamlama prosesi 15-20 ilə qədər uzana bilər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər