Hal-hazırda Ayna qəzetinin 15.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
"Avropa və Azərbaycan bir-birinə lazımdır"
"Avropa və Azərbaycan bir-birinə lazımdır"
Avropa Hərəkatı Təşkilatının baş katibinin fikrincə, Azərbaycan daha da inkişaf etməlidir
Şənbə, 15.08.2009

C.Məzahiroğlu mətn ölçüsü  

Avropa Hərəkatı Təşkilatının (AHT) baş katibi Dieqo Pinto dünən "Trend" xəbərlər agentliyinin ofisində jurnalistlər üçün mətbuat konfransı keçirib.

Dieqo Pinto bildirib ki, AHT-nin məqsədi Avropa bütünlüyünə nail olmaqdır və bu istiqamətdə hərəkat 60 ildən çoxdur fəaliyyət göstərir. Hazırda dünyanın 43 ölkəsində hərəkatın bölmələri var.

Dieqo Pinto Azərbaycanda səfərdə olduğu üç gün ərzində bir sıra qurum və şəxslərlə görüşlər keçirdiyini bildirib. "Bu görüşlərdə Azərbaycanın Avropaya inteqrasiyası məsələsi müzakirə edilib", - deyə təşkilat rəhbəri görüşlərin məzmunu barədə qısaca açıqlama verib.

Azərbaycanın Avropaya yaxınlaşmasını istəyən xeyli sayda insanlar olduğunu deyən Dieqo Pinto bu insanlara yardımçı olmaq istədiklərini vurğulayıb. "Avropa Azərbaycana lazımdır, Azərbaycanın da Avropada yeri var", - deyə AHT baş katibi bu yaxınlaşmanın qarşılıqlı olmasına işarə edib. Bunun üçün Azərbaycanın daha da inkişaf etməli olduğunu deyən Dieqo Pinto bu zaman təkcə infrastrukturun, iqtisadiyyatın yox, insan haqları və demokratiyanın da inkişafını nəzərdə tutduğunu qeyd edib.

Daha sonra suallara cavab verən baş katib gənc bloggerlər Adnan Hacızadə və Emin Millinin həbsi barədə məlumata malik olduğunu, buna görə narahatlıq keçirdiyini, bu narahatlığını Azərbaycan deputatlarından biri ilə bölüşdüyünü ifadə edib. Hərəkatın Azərbaycan bölməsinin rəhbərliyi daxilində qarşıdurma olmasına dair suala cavab verən Dieqo Pinto bu barədə mətbuata açıqlama vermək istəmədiyini, amma problemin artıq aradan qaldırıldığını deyib.

AHT baş katibi qurumun 2011-ci ildə Cənubi Qafqazla bağlı beynəlxalq konfrans keçirməyi nəzərdə tutduğunu da nəzəra çatdırıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Azərbaycan mətbuatının neçə yaşı var?

Almaniya yığması Bakıya gəlir

Rotterdama ümidlərlə

Bölmənin digər xəbərləri
 
"Diplomatların dəyişdirilməsi ABŞ-ın prioritetlərinin dəyişməsi demək deyil"
Ariel Koen: "Qarabağ münaqişəsinin həlli, demokratiyaya dəstək prioritet olaraq qalacaq"

Müdafiə Nazirliyinin fəaliyyəti ilə bağlı suallar artır
Nazirlik rəsmisinin sözləri Azərbaycanda hərbi informasiya təhlükəsizliyi sahəsində ciddi problemlərin mövcudluğunu göstərir

Orduda total yoxlamalar başlanır
Təftiş nəticəsində hazırlanmış sənəd ölkənin strateji sənədləri - Hərbi Doktrina və Strateji Müdafiə İcmalı üçün baza rolunu oynayacaq

Türklər Azərbaycanı ən yaxın dost sayırlar
Növbəti yerdə Bosniya - Hersoqovina və Türkmənistan gəlir

"Qarabağ danışıqları yerli siyasi ab-havaya uyğun aparılmayıb"
Vasitəçilik vəzifəsini başa vurmaqda olan Brayza bunları deyib

"Cırtdan partiyalar" paradı, yoxsa...
Siyasi partiyalar dövlət yardımı almasalar, ölkədə "partiya" böhranı qaçılmaz olacaq

İranın Bakıdakı, yoxsa Azərbaycandakı səfirliyi?
Əli Hüseynov: "İranın Bakıdakı səfirliyi" yazılmasını İran diplomatlarının bilməzliyi kimi qiymətləndirmirəm"

Bakı Qarabağda Avropa və Amerika əsgərlərini görmək istəyir
Novruz Məmmədov bildirir ki, münaqişənin nizamlama prosesi 15-20 ilə qədər uzana bilər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər