Hal-hazırda Ayna qəzetinin 15.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Rüşvətdə ittiham olunan məmurlar azadlığa buraxıldı
Rüşvətdə ittiham olunan məmurlar azadlığa buraxıldı
Məhkəmə İqtisadi İnkişaf Nazirliyinin vəzifəli şəxslərinə şərti cəza təyin etdi
Şənbə, 15.08.2009

Hacı mətn ölçüsü  

İİN Antiinhisar Xidməti Departamentinin rəis müavini Yalçın Məmmədov, Rəqabətin qorunması sektorunun müdiri İlham Şahmirzəyev və baş məsləhətçisi İdrak Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Proses Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilib. Bu cinayət işi ilə bağlı qəzetin ötən sayında geniş məlumat vermişik.

Məhkəmənin son mərhələsində çıxış edən dövlət ittihamçısı Çingiz Şükürov təqsirləndirilən şəxslərə verilmiş CM 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) maddəsini CM-in 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə, yəni nüfuz alveri) maddəsinə tövsif edilməsini istəyib. Prokuror təqsirləndirilən şəxslərin hər birinə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini tələb edib.

Daha sonra prosesdə Yalçın Məmmədovun vəkili Kamandar Nəsibli çıxış edərək bildirdi ki, müdafiə etdiyi şəxsə verilmiş ittiham məhkəmədə sübuta yetirilmədi və rüşvət ittihamı təsdiq edilmədi. Vəkil müdafiə etdiyi şəxsə nufuz alveri ilə bağlı verilmiş ittihamı da qəbul etmədiyini və həmin ittiham üzrə də bəraət verilməsini istədi. İlham Şahmirzəyevin vəkili Akif Əli və İdrak Ələkbərovun vəkili Ərşad Gülməmmədov da məhkəmənin diqqətinə müdafiə etdikləri şəxsin gühansız olmasını çatdırdılar. Hər iki vəkil müdafiə etdikəri şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını istədilər.

Son söz deyən Yalçın Məmmədov bildirdi ki, heç bir günahı olmadan mühakimə edilib. O bildirdi ki, heç kimdən rüşvət istəməyib və heç kimi də bu yola vadar etməyib. Digər təqsirləndirilən şəxslər də günahsız olduqlarını iddia etdilər.

Məhkəmənin hökmü ilə bu şəxslərin hər birinə 2 il sınaq cəzası təyin edilməklə, Yalçın Məmmədova 3 il 4 ay, İlham Şahmirzəyevə 2 il 11 ay, İdrak Ələkbərova isə 2 il 11 ay şərti cəza təyin edilib. Məhkəmədə təqsirləndirilən şəxslərin barəsində olan həbs qətimkan tədbiri dəyişdirilib və onlar məhkəmə zalından azad ediliblər.

İttihama görə, İİN Antiinhisar Xidməti Departamentinin sabiq rəis müavini Yalçın Məmmədov və digər şəxslər nazirin 31 iyul 2008-ci il tarixli Bakının Abşeron rayonunda yerləşən istirahət mərkəzlərində antiinhisar yoxlamalara başlayıblar. avqustun 1-i və 4-ü arasında Novxanı qəsəbəsində yerləşən "Aqva-Park", "Flaminqo" və "Diana"da yoxlamaları həyata keçiriblər. Həmin yoxlamaların nəticəsi olaraq İlham Şahmirzəyev "Diana"nın sənədlərində bir sıra qanun pozuntuları aşkar edib və bundan sonra Yalçın Məmmədovla həmin pozuntuları ört-basdır etmək məqsədilə istirahət mərkəzindən 3 min manat rüşvət istəyiblər. Amma menecer Ələkbər Hüseynov iqtisadi çətinlik yarandığını və 1500 manat vermək imkanının olduğunu deyib. İlham Şahmirzəyev onunla söhbət edəndən sonra nazirlikdə olan Yalçın Məmmədova zəng edib və menecerin 1500 manat təklif etdiyini deyib. Yalçın Məmmədov isə məbləğin az olduğunu deyib, 2 min manat alması barədə İlham Şahmirzəyevə göstəriş verib. Avqustun 4-də İlham Şahmirzəyev və İdrak Ələkbərov istirahət mərkəzinin menecerindən 2 min manat rüşvət alarkən Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulub.

Daha sonra İqtisadi İnkişaf Nazirliyinin binasında yerləşən xidməti otaqlarında Samir Dadaşov və Yalçın Məmmədov tutulmuşdu. İstintaq dövründə Samir Dadaşovun rüşvət alması barədə ittiham sübuta yetirilmədiyi üçün onun barəsində olan cinayət işinə xitam verilib. Samir Dadaşov İİN Antiinhisar Xidməti Departamentinin rəisi vəzifəsində çalışıb.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"Əbubəkr məscidini biz partlatmamışıq"
Elnur Bəşirov: "Məscidi başqaları partladıb, bizim boynumuza atıblar"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər