Hal-hazırda Ayna qəzetinin 15.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
"Əbubəkr məscidini biz partlatmamışıq"
"Əbubəkr məscidini biz partlatmamışıq"
Elnur Bəşirov: "Məscidi başqaları partladıb, bizim boynumuza atıblar"
Şənbə, 15.08.2009

Hacı Zeynalov mətn ölçüsü  

 Prosesdə hakimin müttəhimlər kürsüsündə əyləşmiş Türkiyə vətəndaşı Yaman Əliyə söz verməsi onun müdafiəçisi Akif Əlinin etirazına səbəb oldu. Vəkil bildirdi ki, məhkəmədə mühakimə olunan Yaman Əlinin şəxsiyyətini təsdiq edən sənəd cinayət işinin arasında yoxdur: "Yaman Əlinin kimliyini sübut etməyə ittiham tərəfi borcludur. Ona ittiham sürülməzdən əvvəl onun şəxsiyyətini təsdiq edən sənədi müəyyən etmək lazım idi. Lakin istintaq orqanı bunu etməyib. Mən həmin sənədin cinayət işinə əlavə edilməsini istəyirəm. Bundan sonra müdafiə etdiyim şəxsin dindirilməsini istəyirəm".

Məhkəmə Xarici İşlər Nazirliyinə sorğu göndərəcək

Hakim isə bildirdi ki, təqsirləndirilən şəxs Türkiyədən Çeçenistana, oradan Azərbaycana isə qardaşı Şabanın şəxsiyyət vəsiqəsi ilə gedib. Hakimin sözlərinə görə, Azərbaycanda da təqsirləndirilən şəxs qardaşının sənədi ilə tutulub: "Burada Yaman Əlini dindirək. Onun sənədlərinin müəyyən edilməsi üçün Xarici İşlər Nazirliyinə sorğu göndəriləcək. Hazırda Yaman Əli kimi ifadə versin. Sorğunun cavabını alandan sonra təqsirləndirilən şəxsin kimliyini cinayət işinə əlavə edərik".

Bundan sonra prosesdə Yaman Əlinin ifadəsi dinləndi. Elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyən Türkiyə vətəndaşı bildirdi ki, Azərbaycan dilini yaxşı bilmir, elə buna görə də ibtidai istintaqda ondan istədikləri formada ifadə alıblar. Onun sözlərinə görə, oxumağı bacara bilmədiyi üçün istədikləri sənədə imza etdirib, ondan etirafedici ifadə alıblar. O bildirdi ki, ittiham aktında 2003-cü ildə eyni ittihama görə Türkiyədə 3 il cəza almasını düzgün yazmayıblar: "Həmin il Türkiyədə tutulmuşdum. Amma mən "Əl-Qaidə" üzvü olduğum üçün yox, həmin vaxt həbs edilən şəxslərdən biri mənim evimdə qaldığı üçün tutulmuşdum. Məhkəmə mənim barəmdə hökm çıxarmayıb.

REKLAM

Məhkəmə həmin ərəfədə 3 il davam edib və sonda mənim günahsız olduğum subuta yetirilib".

Təqsirləndirilən şəxs daha sonra ifadəsində qeyd etdi ki, Türkiyədə Qafqaz dərnəkləri təşkilatının üzvü olub. Onun sözlərinə görə, bu təşkilatın vasitəsi ilə Çeçenistana yardım aparıb: "Həmin vaxt mən Rusiya ərazisində axtarışda olduğum üçün qardaşımın şəxsiyyət vəsiqəsi ilə getməli oldum. Ona görə də qardaşım Şabanın şəxsiyyət vəsiqəsində olan şəkilini cırdım, öz şəkilimi isə onun yerinə yapışdırdım. Yardım üçün ayrılmış pulu götürərək, Gürcüstana keçdim. Oradan da qeyri-qanuni yolla Çeçenistana getdim. Bir neçə ay orada qaldım. Bu müddət ərzində Gürcüstanda müharibə başladı və mən geri qayıda bilmədim. Buna görə də Dağıstana gəldim və oradan Azərbaycana keçmək istədim. Lakin Azərbaycana keçdikdən sonra burada tutuldum".

"Qarabağda döyüşənlərə də yardım gətirmişəm"

Təqsirləndirilən qeyd edib ki, Çeçenistanda və Dağıstanda rus qoşunlarına qarşı döyüşlərdə iştirak etməyib. Onun sözlərinə görə, Dağıstanda aparılan döyüşlərə rəhbərlik edən Abdulməcid ləqəbli İlqar Mollaçıyevi də tanımayıb: "Mən Çeçenistanda və Dağıstanda döyüşlərdə iştirak edən şəxslərə yardım aparmağı cinayət hesab etmirəm. 90-cı illərdə Azərbaycanın Qarabağ bölgəsində döyüşlərdə iştirak edən əsgərlərə də yardım gətirmişəm. Bunu cinayət hesab etməmişəm".

Dövlət ittihamçısı Mürvət Həsənov bildirdi ki, təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədə səsləndirdiyi ifadəsi arasında kəskin ziddiyyətlər var. Buna görə də prokuror həmin ifadələrin elan edilməsi ilə bağlı vəsatət qaldırdı. Hakimlər prokurorun vəsatətini təmin etdilər və təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsi elan edildi. Həmin ifadədən məlum olur ki, Yaman Əli Abdulməcid ləqəbli İlqar Mollaçıyevi tanıyıb və onunla ünsiyyətdə olub. O, ifadəsində daha sonra yardım aparmaq məqsədiə Çeçenistna getməsini, oradan isə Azərbaycana gəlməsini izah edib. O, Çeçenistanda gedən döyüşlərdə iştirakını də etiraf edib. İfadəsi elan edildikdən sonra söz alan Yaman Əli elan edilmiş həmin ifadəni təkzib edib. O bildirib ki, həmin ifadə təzyiq altında alınıb.

Daha sonra prosesdə zərərçəkmiş qismində Əbu-bəkr məscidinin imamı Qamət Süleymanov ifadə verdi. O bildirdi ki, avqustun 17-də axşam namazı zamanı məscidə partlayıcı qurğu atılıb. Onun sözlərinə görə, məsciddə baş verən partlayış nəticəsində ayağından yaralanıb. Zərərçəkmiş təqsirləndirilən şəxslərlə aralarında cihad məsələsinə görə yaranan mübahisəyə də aydınlıq gətirdi. O bildirdi ki, cihad İslam dinində buyrulub. Onun sözlərinə görə, lakin həmin cihadın tətbiqi bəzi şəxslər tərəfindən düzgün həyata keçirilmir. O söylədi ki, təqsirləndirilən şəxslərdən Kamran Bozorgini və Qüdrət Məlikovu tanıyıb.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Bölmənin digər xəbərləri
 
Rüşvətdə ittiham olunan məmurlar azadlığa buraxıldı
Məhkəmə İqtisadi İnkişaf Nazirliyinin vəzifəli şəxslərinə şərti cəza təyin etdi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər