Hal-hazırda Ayna qəzetinin 15.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Bölgələrdə soyuducu anbar kompleksləri yaradılır
Bu obyektlər meyvə-tərəvəz və digər ərzaq məhsullarının tədarükü və satışı üçün istifadə ediləcək
Şənbə, 15.08.2009

mətn ölçüsü  

İqtisadi İnkişaf Nazirliyi beynəlxalq standartlara cavab verən texnologiya əsasında soyuducu anbar komplekslərinin yaradılması üçün investisiya layihələrinin maliyyələşdirilməsi prosesinə artıq start verib. Belə ki, iyulun 31-də nazirliyin Sahibkarlığa Kömək Milli Fondu soyuducu anbar komplekslərinin tikintisi üzrə sahibkarlıq subyektlərinin təqdim etdiyi 12 investisiya layihəsinin maliyyələşdiriləcəyini elan etmişdi.

Bu layihələr ölkənin 4 iqtisadi rayonunu əhatə edir: Quba-Xaçmaz iqtisadi rayonu üzrə 6, Aran iqtisadi rayonu üzrə 4, Lənkəran və Gəncə-Qazax iqtisadi rayonları üzrə hər birində 1 investisiya layihəsi nəzərdə tutulur.

Anbarlar isə Aran, Lənkəran, Quba-Xaçmaz və Gəncə-Qazax iqtisadi rayonlarında hər biri 2000 tonluq olmaqla meyvə-tərəvəz və digər ərzaq məhsullarının tədarükü, saxlanılması və satışı üçün istifadə olunacaqdır.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, bu layihələrin maliyyələşdirilməsinə başlayan Sahibkarlığa Kömək Milli Fondu artıq müvəkkil kredit təşkilatları vasitəsilə Aran iqtisadi rayonunda 2, Gəncə-Qazax iqtisadi rayonunda 1 investisiya layihəsi olmaqla 3 sahibkarlıq subyektinə güzəştli kreditlər verib. Ümumiyyətlə isə fonda sahibkarlar tərəfindən Aran iqtisadi rayonu üzrə 14, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 11, Gəncə-Qazax iqtisadi rayonu üzrə 4 və Lənkəran iqtisadi rayonu üzrə 4 investisiya təklifi olmaqla ümumilikdə 33 təklif təqdim olunub.

Həmin iqtisadi rayonlar üzrə fonda təqdim olunmuş 33 sahibkarlıq subyektinin təklif zərfləri Müşahidə Şurasının iclasında sahibkarların və kütləvi informasiya vasitələrinin iştirakı ilə açılıb. Sahibkarlıq subyektlərinin investisiya təklifləri "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları"na uyğun olaraq araşdırılıb. Nazirlikdən qeyd edilib ki, soyuducu anbar komplekslərinin yaradılması məqsədilə investisiya layihələrinin maliyyələşdirilməsi üçün sahibkarlıq subyektləri tərəfindən təqdim olunmuş digər investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi davam etdirilir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bölgələrdə anbarlar tikiləcək

Elza Seyidcahan məscid tikdirmək fikrinə düşüb

Bölmənin digər xəbərləri
 
Bəzi banklar ipoteka krediti limitini başa vurub
Azərbaycan İpoteka Fondu onları yenidən maliyyələşdirəcək

Suvarma suyunun tarifləri necə olsun?
Ölkənin çox yerindən şikayətlər var

Büdcəyə vergi daxilolmaları arta bilər
Millət vəkillərimiz Britaniya təcrübəsindən istifadəni məqbul sayırlar

Neftin qiyməti hələ artacaq
Dünya birjalarında neftin qiyməti 70 dolları üstələyib.

Quşçuluq fabriklərinin ağır durumu
Ölkədə fəaliyyət göstərən quşçuluq fabriklərinin, demək olar, hər biri çətinlik içindədir.

Bakının regional inkişaf planı hazırlanır
Bakının regional inkişaf planının hazırlanması ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən elan olunan müsabiqədə 6 qrup seçilib və onların sənədlərinin araşdırılması davam edir.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"

"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"


Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları

Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları


Kremlin Quzey Qafqaz siyasəti dəyişir

Kremlin Quzey Qafqaz siyasəti dəyişir


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər