çap et  
Bakının regional inkişaf planı hazırlanır
Şənbə, 15.08.2009


Bakının regional inkişaf planının hazırlanması ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən elan olunan müsabiqədə 6 qrup seçilib və onların sənədlərinin araşdırılması davam edir. Komitənin şöbə müdiri Cahangir Qocayevin bildirdiyinə görə, müsabiqədə hansı şirkətin qalib gələcəyi avqustun sonunda məlum olacaq.

Müsabiqəyə sənəd təqdim edən 30-dan artıq şirkətin arasından seçilən 6 şirkət qrupunun hamısı xarici şirkətlərdir. Qruplardan yalnız birinin içərisində Azərbaycan şirkəti də yer alır. Yalnız müxtəlif ölkələrdən ibarət olan xarici şirkətlər qruplarının seçilməsinə gəlincə, Cahangir Qocayev bunun həmin şirkətlərin şəhərsalmada müasir texnologiyaya sahib olmaları ilə izah edib: "Bakının regional inkişaf planının hazırlanmasına maliyyə vəsaitinin 80 faizini Dünya Bankı kreditlə ödəyir. Bizim yerli şirkətlər isə Dünya Bankının irəli sürdüyü tələbləri yerinə yetirə bilmir. Xarici şirkətlər şəhərsalmada dünya təcrübəsini daha yaxşı bilir".