Ölkədə fəaliyyət göstərən quşçuluq fabriklərinin, demək olar, hər biri çətinlik içindədir. Quşçuluq cəmiyyətinin sədri Aydın Vəliyevin sözlərinə görə, fabriklərin vəziyyəti ilə bağlı bütün əlaqədar qurumlara məlumat verilib. İstehsal üçün gətirilən məhsulların üzərindən 18 faiz əlavə dəyər vergisinin götürülməsi ilə bağlı vəd verilsə də, heç bir irəliləyiş yoxdur:
"Yay aylarında satış azaldığı üçün yumurta və ət istehsalı da azaldılıb. Yumurtanın bir ədədi 5-6 qəpikdən güclə satılır. Bu isə təxminən maya dəyərinə bərabərdir. Yumurtanın istehsalı 4-5 qəpiyə başa gəlir. Toyuq əti də 2 manat 70-80 qəpiyə satılır. Toyuğun istehsalı isə 2 manat 50-60 qəpiyə başa gəlir".
|