çap et  
Neftin qiyməti hələ artacaq
Şənbə, 15.08.2009


Dünya birjalarında neftin qiyməti 70 dolları üstələyib. Bu qiymət artımı müxtəlif səbəblərlə izah edilir. İqtisadçı Vüsal Qasımlının sözlərinə görə, indiki artım tempi bir müddət davam edəcək və neftin ortalama qiyməti 70-80 dollar arasında olacaq.

İqtisadçı deyir ki, qiymətin 70 dolları üstələməsinə OPEK-in kvotada nəzərdə tutulandan artıq neft hasil etməsi öz təsirini göstərib.

Neftin qiymət artımı dünya iqtisadi böhranının aradan qalxmasına mənfi təsir göstərəcək. Belə ki, hazırda bir sıra ölkələrdə iqtisadi artım müşahidə olunur. Neftin qiymət artımı həmin ölkələri enerji daşıyıcılarını baha qiymətə almağa məcbur edəcək və bu da həmin iqtisadiyyatlara mənfi təsir göstərəcək.