Hal-hazırda Ayna qəzetinin 15.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Büdcəyə vergi daxilolmaları arta bilər
Büdcəyə vergi daxilolmaları arta bilər
Millət vəkillərimiz Britaniya təcrübəsindən istifadəni məqbul sayırlar
Şənbə, 15.08.2009

Banu mətn ölçüsü  

Britaniya hökuməti ölkənin iqtisadi həyatını canlandırmaq üçün vergi amnistiyası elan edib. Bu günlərdə qəbul edilən qərara əsasən, pullarını offşor zonalarda saxlayanlar onları sərfəli şərtlərlə ölkədə leqallaşdıra bilərlər. Yəni indiyədək vergidən yayınanlar həmin pulun cəmi 10 faizini vergi kimi dövlətə ödəməklə vəsaitlərini leqallaşdıracaqlar. Britaniya hökuməti etiraf edir ki, bu addımı maliyyə böhranı və büdcədəki problemlərə görə atır. Hökumətdə ümid edirlər ki, amnistiya nəticəsində pulunu offşor zonalarda saxlayan 100 min nəfər dövlətə vergi ödəyəcək.

Maraqlıdır, bu təcrübənin Azərbaycanda tətbiqi mümkündürmü? Millət vəkili Vahid Əhmədovun sözlərinə görə, belə olan halda vergi ödəyicilərinin dövlətə olan inamı artar, növbəti mərhələdə isə büdcəyə vergi daxilolmalarında kəskin artım baş verə bilər. Əsas vergi ödəyiciləri debitor borclar barəsində düşünməz. Bir daha vergi borcu yaratmamaq üçün ödənişləri vaxtlı-vaxtında yerinə yetirər.

İqtisadçı millət vəkili vergi daxilolmalarında mövcud problemlərin neftin qiyməti ilə bağlı yarandığını düşünür: "Neftin qiyməti dövlət büdcəsində proqnozlaşdırılandan aşağıdır. Mənfəət vergisi birbaşa neftin qiyməti ilə bağlıdır".

Vahid Əhmədov düşünür ki, Vergilər Nazirliyinin saytında vergi gəlirlərinin strukturunun açıqlanmamasının mənası yoxdur. Çünki bunu hesablamalar, neftin qiyməti vasitəsilə araşdırmaq mümkündür. Burada gizlədiləcək bir şey yoxdur: "Hökumət də bilməlidir ki, vergi daxilolmaları nə qədər azalıb".

İqtisadçı deyir ki, vəziyyət dəyişməzsə, oktyabr, noyabr aylarında dövlət büdcəsinə yenidən baxmaq lazım gələcək. Onun sözlərinə görə, xaricdə vergidən yayındırılmış kifayət qədər pul var. Əgər amnistiya elan edilsə, bu pulların böyük hissəsi Azərbaycana gətirilər və büdcəyə vergi daxilolmalarının həcmi artar. Bu həm də büdcəyə yenidən baxılma ehtimalını minimuma endirər.

MM iqtisadi siyasət komitəsinin üzvü Əli Məsimlinin sözlərincə, vergi borcları əsasən inhisarçı və ya iri vergi ödəyicisi hesab olunan dövlət müəssisələrinin borclarından yaranır: "Rəqəmlərin müqayisəsindən də görünür ki, özəl sektorun borcu iri dövlət müəssisələrinin borcunu ötüb keçir. Ona görə də məsələyə birtərəfli yanaşmaq düzgün olmaz. İri vergi ödəyicilərinin borcları ciddi araşdırılmalıdır. İndi borclar 4 milyard manatdan çoxdur".

İqtisadçı vergi amnistiyasından çox, həmin vergilərin büdcəyə tam ödənilməsini təklif edir: "Əgər bu vəsait yığılsa, bizim neft fondundan transfertə ehtiyac qalmaz. Əsas gücü borcların yığılmasına vermək lazımdır. Bu istiqamətdə çatışmazlıqları aradan qaldırmağa çalışmaq lazımdır. Yerdə qalan kəsiri yalnız Neft Fondu vəsaitləri hesabına qarşılamaq gərəkdir. Bu həm də Azərbaycanın indiki və gələcək maraqlarına uyğun olar. Bura özəl sektoru da qatmaq lazımdır".

Əli Məsimli bu sahəni tənzimləyən hüquqi sənədlərin orta səviyyədən yuxarı olduğunu söylədi. Onun bildirdiyinə görə, bəzi məqamlarda müəyyən boşluqların olması istisna edilmir. Əsas məsələ budur: ciddi siyasi mövqe ortaya qoyulmalıdır ki, problem öz həllini tapsın. İqtisadçı bu qənaətdədir ki, yaranmış borcun yığılması büdcəni canlandırar. Vergi amnistiyası isə əlavə vəsaitlərin büdcəyə daxil olmasına səbəb olar. Lakin birinci növbədə vergi borcları yığılmalıdır. Vergi amnistiyası bundan sonra da tətbiq oluna bilər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Bəzi banklar ipoteka krediti limitini başa vurub
Azərbaycan İpoteka Fondu onları yenidən maliyyələşdirəcək

Suvarma suyunun tarifləri necə olsun?
Ölkənin çox yerindən şikayətlər var

Neftin qiyməti hələ artacaq
Dünya birjalarında neftin qiyməti 70 dolları üstələyib.

Quşçuluq fabriklərinin ağır durumu
Ölkədə fəaliyyət göstərən quşçuluq fabriklərinin, demək olar, hər biri çətinlik içindədir.

Bakının regional inkişaf planı hazırlanır
Bakının regional inkişaf planının hazırlanması ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən elan olunan müsabiqədə 6 qrup seçilib və onların sənədlərinin araşdırılması davam edir.

Bölgələrdə soyuducu anbar kompleksləri yaradılır
Bu obyektlər meyvə-tərəvəz və digər ərzaq məhsullarının tədarükü və satışı üçün istifadə ediləcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər