Hal-hazırda Ayna qəzetinin 15.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Suvarma suyunun tarifləri necə olsun?
Suvarma suyunun tarifləri necə olsun?
Ölkənin çox yerindən şikayətlər var
Şənbə, 15.08.2009

Aynurə mətn ölçüsü  

Azərbaycanda əkinə yararlı 3,2 milyon hektar torpaq sahəsi var. Bunun 1,3 milyon hektarı suvarılan torpaqlardır ki, ölkədə becərilən kənd təsərrüfatı məhsullarının təxminən hamısı buradan alınır. Fermerlərin bol məhsul əldə etməsi suvarmadan çox asılıdır. Məsələ ondadır ki, ölkədəki su problemi əkinçiliyə də mənfi təsirini göstərir. Xüsusilə rayonlarda zəhmətlə becərilən məhsul bəzən susuzluq ucbatından məhv olur.

Məsələn, Ağsuda kanal şəbəkəsi var, lakin şəbəkəni təmizləməyə ehtiyac var. Çünki kanallar lil və palçıq qatı ilə dolub. Bu səbəbdən onların suötürmə əmsalları aşağı düşüb. Nəticədə fermerlər üçün su qıtlığı yaranır.

Xaçmazın da bəzi kəndləri bu il su çatışmazlığı ilə üzləşib. Bir vaxtlar 4-cü şöbə adlı yaşayış məntəqəsinin sahələrindən bol məhsul götürüldüyü halda, indi bunu demək çətindir. Sakinlər əkin sahələrinə su verə bilmədiklərini deyirlər. Elə fermer var ki, bu il əkin sahələri su üzü görməyib.

Kartofçuluq rayonlarından olan Tovuzun kəndlərində sakinlər su üçün əvvəlcədən növbəyə dururlar. Əslində sahələr ayda 2 dəfə suvarılmalıdır. Lakin su qıtlığı üzündən bu aqrotexniki tədbiri vaxtlı-vaxtında yerinə yetirmək mümkünsüzdür.

Meliorasiya və Su Təsərrüfatı səhmdar cəmiyyətində isə hesab edirlər ki, əkin sahələrini suvarmaq üçün ölkədə kifayət qədər su ehtiyatı və kanal şəbəkəsi var. Sayı 135-ə çatan su anbarlarında yığılan 21 milyard kubmetrdən çox su Azərbaycanın bütün əkin sahələrini suvarmağa bəsdir. Lakin kəndlilər növbəli əkin prinsipinə məhəl qoymadıqlarından bütün sahələrdə eyni zamanda suvarmaya ehtiyac yaranır.

Əkinçiliklə məşğul olanların daha ciddi problemi su satanlarla bağlıdır.

REKLAM

Tarif Şurasının 2006-cı ildəki qərarına görə, suvarma üçün istifadə olunan suyun hər min kubmetrinin qiyməti 50 qəpikdir. Amma yerlərdə sudan istifadə birlikləri suyun min kubmetrini 50 qəpiyə alıb, istifadəçilərə baha qiymətə satırlar. Maraqlıdır ki, bu da qanun çərçivəsindədir. Məsələ burasındadır ki, sudan istifadə edənlərin birlikləri suyun qiymətinin üzərinə əlavə qiymət qoymaqda azaddırlar. Nazirlər Kabinetinin təsdiqlədiyi "Sudan pullu istifadə qaydaları haqqında əsasnamə"də və "Meliorasiya və irriqasiya haqqında" qanunda göstərilib ki, sudan istifadə birlikləri öz xərclərini ödəmək üçün suyun qiymətini artıra bilərlər. Amma bu artımın nə qədər ola biləcəyi göstərilməyib. Bu isə bəzi hallarda süni qiymət artımına səbəb olur.

Beləliklə, sudan istifadə edənlər assosiasiyaları Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normalar daxilində ora öz əlavələrini edə bilər. Bu isə subyektivizm halları deməkdir. Çünki burada nəzarət mexanizmi yoxdur. Cudan istifadə edənlərin birlikləri 50 qəpiyin üzərinə əlavə etdikləri məbləği onunla izah edirlər ki, artıq aldıqları pullar melioratik qurğuların saxlanmasına, subartezan quyularının təmirinə xərclənir.

Bu məsələnin fermerlərin narazılığına səbəb olduğunu KTN və Meliorasiya və Su Təsərrüfatı SC-də bilirlər. Bildirilir ki, şikayətlər bütün rayonlardan, xüsusən Biləsuvar, Ağcabədi, Beyləqandan gəlir. Amma nə nazirliyin, nə də SC-nin formal olaraq bu məsələyə müdaxilə etmək imkanı var. Çünki sudan istifadə birlikləri müstəqil qurumlardır, qiyməti də özləri müəyyənləşdirirlər. SC onlara yalnız tövsiyə verə bilər. Əslində isə dövlət bu məsələyə müdaxilə etməli və əgər qiyməti nə üçünsə artırmaq lazımdırsa, bu, əvvəllər olduğu kimi, konkret həddə baş verməlidir. Dövlətin müəyyənləşdirdiyi tarifə əlavə tarif müəyyənləşdirmək zərurəti bu xərclərin ödənməsi baxımından zəruridirsə, o halda əvvəlki qaydada olduğu kimi hökumət mütləq bunun üçün bir hədd qoymalıdır.

Suvarma sahəsində problemlər su çatışmazlığı ilə bitmir. Ölkəmizdə əkinçiliklə məşğul olanlar üçün suvarma suyunun qiyməti eynidir. Yəni taxıl, üzüm, çəltik və başqa bitkiləri becərəndə növündən asılı olmayaraq hər 1000 kubmetr suyun rəsmi qiyməti 50 qəpikdir. Halbuki, ayrı-ayrı bitkilərin suya tələbatı fərqlidir. Bəzi bitkiləri becərmək üçün başqalarına nisbətən 10 dəfə çox su işlətmək lazım gəlir.

Kənd Təsərrüfatı İqtisadiyyatı İnstitutunun məlumatına görə, 1 hektar taxıl sahəsini suvarmaq üçün 1300-1700 kubmetr, pambığa 5000-6500 kubmetr, yoncaya 3000-4000 kubmetr, üzümə 2000-3000 kubmetr, kələmə 6-10 dəfə suvarmaqla hər dəfə 450 kubmetr, kartofa 4-6 dəfə suvarmaqla hər dəfə 500 kubmetr su lazımdır. Ən çox su düyü əkininə sərf olunur. Bu sahə həmişə suyun içərisində olmalıdır. Bu isə son nəticədə həmin bitkinin maya dəyərini artırır. Buna görə də ekspertlər hesab edir ki, ölkədə suvarma suyunun qiyməti hər bir bitki üçün fərqli olmalıdır. Məsələn, suya daha çox tələbatı olan bitkiləri becərənlər ona az pul versinlər və s.

Bu yanaşmanı KTN də dəstəkləyir. Nazirliyin idarə rəisi Sabir Vəliyevin sözlərinə görə, suya daha çox ehtiyacı olan bitkilərə suyu pulsuz da vermək olar. Onların suvarılması dövlətin hesabına maliyyələşdiyi üçün bu da fermerlərə bir köməkdir. Belə olsa, məhsulların maya dəyəri azalar, yəni onları satmaq daha sərfəli olar.

Bununla bərabər bitkilərlə yanaşı regionlar və torpağın növü də nəzərə alınmalıdır. Tariflərə həm bitkilərin su ehtiyacları, həm də torpaqların kateqoriyaları, keyfiyyətləri təsir edir. Hətta eyni bitkinin fərqli torpaqlarda fərqli su ehtiyacları ola bilər. Buna görə də bunların hamısı nəzərə alınmaqla tarif siyasəti bu şəkildə müəyyənləşdirilməlidir.

Meliorasiya və Su Təsərrüfatı SC-də isə suyun qiymətini bitkilərə görə fərqləndirməyi mənasız sayırlar. Əsas da o gətirilir ki, hazırkı qiymət simvolikdir. O ki qaldı hansısa bitkinin suyu çox içməsinə, deməli, belə bitkilər başqalarından baha da satılacaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İstirahət mərkəzləri azdır

Neftin qiyməti hələ artacaq

Bölmənin digər xəbərləri
 
Bəzi banklar ipoteka krediti limitini başa vurub
Azərbaycan İpoteka Fondu onları yenidən maliyyələşdirəcək

Büdcəyə vergi daxilolmaları arta bilər
Millət vəkillərimiz Britaniya təcrübəsindən istifadəni məqbul sayırlar

Neftin qiyməti hələ artacaq
Dünya birjalarında neftin qiyməti 70 dolları üstələyib.

Quşçuluq fabriklərinin ağır durumu
Ölkədə fəaliyyət göstərən quşçuluq fabriklərinin, demək olar, hər biri çətinlik içindədir.

Bakının regional inkişaf planı hazırlanır
Bakının regional inkişaf planının hazırlanması ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən elan olunan müsabiqədə 6 qrup seçilib və onların sənədlərinin araşdırılması davam edir.

Bölgələrdə soyuducu anbar kompleksləri yaradılır
Bu obyektlər meyvə-tərəvəz və digər ərzaq məhsullarının tədarükü və satışı üçün istifadə ediləcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


Şevardnadze demoqrafik situasiyadan narahat olub

Şevardnadze demoqrafik situasiyadan narahat olub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər