Hal-hazırda Ayna qəzetinin 15.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Bəzi banklar ipoteka krediti limitini başa vurub
Bəzi banklar ipoteka krediti limitini başa vurub
Azərbaycan İpoteka Fondu onları yenidən maliyyələşdirəcək
Şənbə, 15.08.2009

A.Akif mətn ölçüsü  

Azərbaycan İpoteka Fondundan aldığımız məlumata görə, 2009-cu ildə ipoteka kreditlərinin verilmə prosesi daha da sürətləndirilib. 2006-cı ildə cəmi 5,6 milyon manat ipoteka kreditləri verildiyi halda, bu ilin iki ayı ərzində həmin rəqəm 20 milyon manatdan çox olub. Verilən kreditlər üzrə orta müddət 24 il, orta faiz dərəcəsi isə illik 7,6 faiz təşkil edir.

Xatırladaq ki, Azərbaycan İpoteka Fondu 2006-2007-ci illər ərzində 75,8 milyon manatlıq ipoteka krediti verib. Əlverişli şərtlər bu kreditlərə qısa müddət ərzində yüksək tələb yaradıb. Nəticədə dövlət büdcəsindən ayrılmış vəsaitlərin tükənməsi səbəbindən 2007-ci ilin iyun ayında ipoteka kreditlərinin verilməsi dayandırılıb. Xəbər verdiyimiz kimi, bu ilin iyun ayında ipoteka kreditlərinin verilmə prosesi bərpa olunub.

Azərbaycan İpoteka Fonduna ipoteka krediti verilməsi üçün ayrılan 55 milyon manat məbləğində illik 3 faizlə təmin edilmiş istiqrazların emissiyası dövlət qeydiyyatına alınıb. Fondun mətbuat xidmətindən verilən xəbərə görə, istiqrazların 25 milyon manatı artıq yerləşdirilib.

Hazırda fond tərəfindən təklif olunan istiqrazlar bazarında mövcud digər kağızlarla müqayisədə gəlirlilik baxımından (illik 3 faiz) investorlar üçün daha sərfəlidir. Buna görə də Azərbaycan İpoteka Fondunun təmin edilmiş istiqrazlarının yerləşdirilməsilə bağlı bu ilin 16 iyun, 14 iyul və 27 iyul tarixlərində keçirilmiş hərraclarda istiqrazlar üzrə tələb təklifi bir neçə dəfə üstələyib. Hərraca çıxarılan 5 milyon manatlıq istiqrazı almaq üçün bundan 2 dəfə artıq məbləğdə, yəni 10 milyon manatdan çox sifariş daxil olub. Və istiqrazların hamısı yerləşdirilib.

Beləliklə, İpoteka Fondunun yerləşdirdiyi istiqrazların həcmi 25 milyon manata çatıb, bu pullar bütünlüklə ipoteka kreditlərinin verilməsinə sərf ediləcək. Bu ilin büdcəsində isə ipoteka kreditləri üçün 14 milyon manat ayrılıb, bu vəsait güzəştli ipotekanın verilməsi üçün nəzərdə tutulur.

Bu arada bəzi banklar kreditləşmə üçün limitin başa çatdığını elan edib. Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına ipoteka kreditləşməsini həyata keçirən müvəkkil bankların bir qismi sənədlərin qəbulunu dayandırıb. Buna səbəb kimi iyunun 1-dən start götürən ipoteka kreditləri üçün ayrılan vəsaitlərin xərcləndiyi göstərilir. Yəni ipoteka krediti verən bankların bəziləri onlara kredit vermək üçün əvvəlcədən ayrılan limitləri tamamilə sərf ediblər. 18 bankdan 5-i öz limitini başa vurub və fonddan yeni vəsait gözləyir.

REKLAM

Digər 13 bankda limit hələ var, 1 bank isə ipoteka kreditini verməyə başlamayıb.

Müvəkkil təşkilatlardan biri "Bank of Azerbaijan"dır. Bankın marketinq şöbəsindən bildirilir ki, yaxın günlərədək bank adi ipoteka ilə yanaşı sosial ipoteka kreditləri də verirdi. İndi isə kreditləşmə üçün maliyyə limiti dolduğundan sənədlərin qəbulu dayandırılıb. Bildirilir ki, ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün Azərbaycan İpoteka Fondu tərəfindən müvəkkil təşkilatların hər birinə bərabər həcmdə vəsait ayrılmışdı. "Bank of Azerbaijan" bu limitə uyğun kredit vəsaitlərinin hamısını, demək olar, xərcləyib. Bu səbəbdən də ötən həftədən etibarən kreditləşmə üçün əlavə müraciətlər qəbul edilmir.

Müvəkkil təşkilatlar üçün maliyyə limitinin dolduğunu və bu səbəbdən yeni müraciətlərin dayandırıldığını "Unibank"dan da təsdiqləyirlər. Bankın kredit şöbəsindən verilən bilgiyə görə, ilkin mərhələdə ayrılmış 1 milyon manatlıq limitlə orta hesabla 30 mənzili maliyyələşdirmək mümkündür. Bu isə əvvəlki illərdə kreditləşməyə qəbul edilmiş, lakin maliyyələşdirilməmiş mənzillərin alınmasına güclə çatır. Hazırda isə əvvəlki dövrdən qalmış kreditləşmə üzərində sənədləşmə işləri aparılır.

Azərbaycan İpoteka Fondundan isə bildirilir ki, kreditləşmə üçün müraciətlərin qəbulunun dayandırılması müvəqqəti xarakter daşıyır. Belə ki, fond öz vəsaitlərini mərhələ-mərhələ müvəkkil banklar arasında bölüşdürür və növbəti mərhələ üçün nəzərdə tutulmuş vəsaitlər yaxın vaxtlarda bankların hesabına köçürüləcək.

İpoteka krediti alanların sayı sürətlə artır. İyulun 10-na olan xəbərə görə, ölkə bankları ipoteka almaq istəyən 900 nəfərin müraciətini qəbul ediblər. Amma banklarda bildirirlər ki, ipoteka üçün edilən şifahi müraciətlərin sayı sənəd verənlərdən azı 10 dəfə artıqdır. Kredit götürmək istəyənlərin 90 faizdən çoxu yaşı 35-ə qədər olan gənclər və gənc ailələrdir. Onların təqribən 70 faizi iri özəl şirkətlərdə çalışır.

İpoteka krediti alınmasında ortaya çıxan əsas problemlərdən biri müştərinin gəlirlərinin ya az olması, ya da onu rəsmi şəkildə göstərə bilmədiyidir. Digər çətinlik lazımi dəyərdə girovun təqdim olunmadığıdır. Digər problem evi satanlarla bağlıdır. Məsələ bundadır ki, evin ipoteka ilə alınması təqribən 20 gün - 1 ay çəkir. Bir qədər əvvəl ev bazarında durğunluq olduğu üçün ev sahibləri kreditin 1 aya rəsmiləşdirilməsindən narahat olmurdular. İndi isə bazar canlandığına və qiymətlər bir qədər artdığına görə, evini satanlar 2-3 həftə gözləmək istəmir.

Kredit götürmək istəyənlərin əksəriyyəti köhnə tikili almaq istəyir. Banklarda bildirirlər ki, əlavə girov tələb etdiyinə görə, təzə binalara maraq göstərənlər cəmi 5-10 faizdir. Kreditlə ən çox paytaxtın Yasamal, Xətai və Nizami rayonlarında yerləşən 2-3 otaqlı evlər alınır. Belə evlərin qiyməti təqribən 60 min manatdır. Böyük ehtimalla, mərkəzdəki evlərin ipoteka ilə alınmasına maraq baha olduğuna görə azdır.

İpoteka kreditləşməsiylə bağlı digər maraqlı məsələ bəzi bankların daha yüksək məbləğdə ilkin ödəniş tələb etməsidir. Qaydalara görə, ipoteka krediti götürən müştəri mənzilin dəyərinin azı 15 faizini ödəməli olduğu halda, bəzi banklarda ilkin ödəniş kimi 30-35, bəzən hətta 40 faiz ilkin ödəniş tələb olunur. Banklar bunun səbəbini daşınmaz əmlak bazarındakı vəziyyətlə əlaqədar olaraq öz risklərini azaltmaq məqsədilə izah edirlər.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Sosial ipoteka üçün 14 milyondan cəmi 2 milyon manat ayrılıb

Mənzillərin ofis kimi istifadəsinə qanun icazə verəcək

Bazara yeni istiqrazlar buraxılacaq

Bölmənin digər xəbərləri
 
Suvarma suyunun tarifləri necə olsun?
Ölkənin çox yerindən şikayətlər var

Büdcəyə vergi daxilolmaları arta bilər
Millət vəkillərimiz Britaniya təcrübəsindən istifadəni məqbul sayırlar

Neftin qiyməti hələ artacaq
Dünya birjalarında neftin qiyməti 70 dolları üstələyib.

Quşçuluq fabriklərinin ağır durumu
Ölkədə fəaliyyət göstərən quşçuluq fabriklərinin, demək olar, hər biri çətinlik içindədir.

Bakının regional inkişaf planı hazırlanır
Bakının regional inkişaf planının hazırlanması ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən elan olunan müsabiqədə 6 qrup seçilib və onların sənədlərinin araşdırılması davam edir.

Bölgələrdə soyuducu anbar kompleksləri yaradılır
Bu obyektlər meyvə-tərəvəz və digər ərzaq məhsullarının tədarükü və satışı üçün istifadə ediləcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


Şevardnadze demoqrafik situasiyadan narahat olub

Şevardnadze demoqrafik situasiyadan narahat olub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər