çap et  
Güləşçimiz yenə birinci oldu
Şənbə, 15.08.2009


Polşanın paytaxtı Varşavada sərbəst və qadın güləşi üzrə beynəlxalq turnir keçirilib. Azərbaycan Güləş Federasiyasından aldığımız məlumata görə, yarışın ilk günündə yığmamız bir medal qazanıb.

Varşava Kuboku uğrunda turnirdə Azərbaycan güləşçilərindən Mariya Stadnik (48 kq) fərqlənib. Pekin Olimpiadasının bürünc mükafatçısı bütün rəqiblərini üstələyərək, qızıl medala layiq görülüb. Milli komandamızın ukraynalı legioneri keçirdiyi dörd görüşün hamısında qalib gələrək,fəxri kürsünün ən yüksək pilləsnə qalxıb.