çap et  
Rəşad Sadıqov "Qarabağ"a kömək edə bilməyəcək
Şənbə, 15.08.2009


Avropa Liqasının dördüncü təsnifat mərhələsində mübarizə aparan "Qarabağ" ciddi itki ilə üzləşib. Belə ki, Ağdam klubu qitəmiqyaslı yarışlarda Rəşad Sadıqovun xidmətindən faydalana bilməyəcək. Buna səbəb yığmanın kapitanının avqustun 12-də dünya çempionatının seçmə mərhələsində keçirilən Almaniya ilə oyun ərəfəsində məşqdə əzələsini qırması olub. 27 yaşlı müdafiəçi almaniyalılarla matça zədəli çıxsa da, oyundan sonra həkim müayinəsindən keçib. Məlum olub ki, futbolçu 4-5 həftə yaşıl meydanlardan kənarda qalacaq. Buna görə də Rəşad Sadıqov avqustun 20-də və 27-də Hollandiyanın "Tvente" klubu ilə oyunlarda iştirak edə bilməyəcək.