çap et  
"Bazel" - "Bakı" matçının hakimləri bəlli oldu
Şənbə, 15.08.2009


"Bakı" klubunun Avropa Liqasının dördüncü təsnifat mərhələsindəki cavab oyununun hakimləri müəyyənləşib.

İsveçrənin "Bazel" klubu ilə avqustun 27-də məşhur "Sent Yakob Park" stadionunda keçiriləcək qarşılaşma estoniyalı hakimlərə tapşırılıb. Görüşün baş hakimi FİFA referisi Hannes Kaasik olacaq. Ona həmyerlisi Marko Leevand, Dmitri Vinoqradov və Eyko Saar kömək edəcək. Maraqlıdır ki, "Bakı" və "Bazel" arasında cavab görüşünün hakimləri bilindiyi halda, avqustun 20-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ilk matçın ədalət təmsilçilərinin adları açıqlanmır.