Hal-hazırda Ayna qəzetinin 15.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Almaniyanın gözlənilən qələbəsi
Almaniyanın gözlənilən qələbəsi
Seçmə mərhələdə qələbəyə həsrət qalan futbol yığmamız üçqat dünya çempionu ilə oyunda sürpriz edə bilmədi
Şənbə, 15.08.2009

İlham Kərimoğlu mətn ölçüsü  

Milli yığma komandamız 2010-cu il Cənubi Afrika Respublikasında keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirdi. 4-cü qrupda yer alan millimiz Tofiq Bəhramov adına Respublika stadionunda üçqat dünya və üçqat Avropa çempionu Almaniya yığmasını qəbul etdi. Təəssüf ki, yığma bu dəfə də tərəfdarları sevindirə bilmədi. Millinin üzvləri Almaniya futbolçularına 0:2 hesabı ilə məğlub oldular.

Almaniya futbolçuları vətənlərinə Bakıdan qələbə ilə döndülər. Milli komandamız adlı-sanlı rəqibi ilə qarşılaşmada sürpriz edə bilmədi. Elə almanlar da. "Alman maşını" işə düşmədi. Qonaqların böyük hesabla qələbə qazanacağını gözləyənlər yanıldılar. Məğlub olacağımızı isə hələ oyundan qabaq çoxları gözləyirdi.

Hərçənd oyundan əvvəl millinin baş məşqçisi Berti Foqts mətbuat konfransında Almaniyanın qapısına qol vuracağımıza söz vermiş və yerli fanatları nikbin əhval-ruhiyyəyə kökləyə bilmişdi. Çox heyif ki, bundan əvvəlki 5 seçmə oyunda olduğu kimi bu dəfə də rəqib qapısına yol tapa bilmədik. Əvəzində millinin ifasında əzmkar oyun, sürətli kombinasiyalar və qələbə istəyi gördük.

Matçdan sonra mətbuat konfransında Almaniya yığmasının baş məşqçisi Yoahim Löv nəticədən razı qalsa da, futbolçuların oyunundan tam razı qalmayıb: "Əsas məqsəd qalib gəlib, 3 xal qazanmaq idi. Buna nail olduq. İlk qoldan sonra irəli getmək əvəzinə arxa xətdə ləngiyirdik. 2-ci qoldan sonra isə tez-tez topu itirirdik və müdafiədə problemlər yaranırdı. 90 dəqiqə sürətli oynamağa gücümüz çatmadı. Azərbaycan yığması sürətli oynadı. Bakıda heç də rahat gecə keçirmədik".

Həmkarından fərqli olaraq Berti Foqts razı görünürdü: "Fikrimcə, siz bu gün yaxşı oyun göstərən Azərbaycan yığma komandasını gördünüz. Amma təəssüf ki, uduzduq. Futbolçularımız yalnız qol vura bilmədilər. İnanıram ki, gələn oyunlarda bunun öhdəsindən gələcəklər".

Berti Foqtsun başçılıq etdiyi yığmamız seçmə mərhələdə buna qədər beş oyun keçirmişdi. Futbolçularımız Finlandiya, Rusiya yığmalarına səfərdə, Uels millisinə isə Bakıda uduzmuşdular. Millimiz Lixtenşteyn yığması ilə Bakıda heç-heçə oynamışdı. Azərbaycan yığması hazırda yalnız Lixtenşteyni qabaqlayaraq 1 xalla qrupda beşinci yerdədir. Komandamızın çıxış etdiyi qrupda Almaniya komandası 19 xal toplayaraq birinci pillədə mövqeyini daha da möhkəmləndirib.

İkinci pillədə qərarlaşan Rusiya yığmasının 15 xalı var. Finlandiya 10 xalla üçüncü, Uels yığması isə 9 xalla dördüncü pillədə qərarlaşıb. Azərbaycan və Lixtenşteyn kollektivlərinin 1 xalı var.

Yığmamız növbəti seçmə oyununu sentyabrın 5-də Bakıda Finlandiya komandasına qarşı keçirəcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Almaniya yığması Bakıya gəlir

Bölmənin digər xəbərləri
 
"Yaşam da eynən futbol kimidir"
Türkiyə millisinin baş məşqçisi Fatih Terimin eksklüziv müsahibəsi

AFFA legioner limitini dəyişdi
Dünən AFFA-nın inzibati binasında təşkilatın İcraiyyə Komitəsinin iclası keçirilib.

Başlandı!
Dünən futbol üzrə Azərbaycan çempionatında açılış matçı keçirildi

"Bazel" - "Bakı" matçının hakimləri bəlli oldu
"Bakı" klubunun Avropa Liqasının dördüncü təsnifat mərhələsindəki cavab oyununun hakimləri müəyyənləşib.

Rəşad Sadıqov "Qarabağ"a kömək edə bilməyəcək
Avropa Liqasının dördüncü təsnifat mərhələsində mübarizə aparan "Qarabağ" ciddi itki ilə üzləşib.

Güləşçimiz yenə birinci oldu
Polşanın paytaxtı Varşavada sərbəst və qadın güləşi üzrə beynəlxalq turnir keçirilib.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər