Hal-hazırda Ayna qəzetinin 15.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
İran: amansız repressiyalar davam edir
Mehdi Kərrubi həbsxanalarda nəzarətçilərin məhbusları zorladığını deyir
Şənbə, 15.08.2009

S.Sədrəddin mətn ölçüsü  

Seçkinin nəticələrinə etiraz edənlərə qarşı repressiyalar davam etməkdədir. Hakimiyyət yalnız etirazçılarla deyil, Güney Azərbaycan Milli Hərəkatının təəssübkeşləri ilə də sərt davranmaqdadır. Elə prezident seçkisi keçirilən gün azərbaycanlı jurnalist Səid Mətinpur həbs edilərək, Tehranın müdhiş "Evin" zindanına salınıb. İran məhkəməsi ona 8 il iş kəsib. Səid Mətinpur "dövlət quruluşuna qarşı təbliğat aparmaqda" suçlandırılır.

Beynəlxalq Əfv Təşkilatı onu "vicdan dustağı" elan edib və bütün azərbaycanlı siyasi məhbusların azadlığa buraxılmasını tələb etmişdir. Öz növbəsində, rəsmi Tehran bu tələblərə məhəl qoymamaqdadır. "Azadlıq" radiosunun yaydığı xəbərə görə, Səid Mətinpurun vəziyyəti ağırdır, baş ağrıları və baş hərlənmələri çoxalıb, mədəsində ağrılar artıb. Məhbusun həyat yoldaşı Ətiyyə Tahiri deyib ki, onun sağlıq durumundan narahatdır.

Bu azərbaycanlı jurnalist iki il öncə Türkiyəyə səfərdən döndükdən sonra həbs edilmişdi. Yaxınlarının dediyinə görə, Səid Mətinpurun tutulmasına səbəb insan haqları ilə bağlı yazılarıdır. Bir az sonra mülk girovu qoyaraq, sərbəst buraxılmışdı. Onun vəkili olmuş, hazırda ölkədən mühacirət edən Saleh Kamrani müvəkkilinə qarşı irəli sürülümüş ittihamın əsassız olduğunu bildirir.

Səid Mətinpura verilən işgəncələr

Vəkil deyib ki, Səid Mətinpurun səhhəti həbsxanada verilmiş işgəncələr ucbatından ağırlaşıb: "Əvvəlcə 9 ay həbsdə saxlanmışdı. Bu müddətin 7 ayını təkadamlıq kamerada keçirib. Belə şəraitdə saxlanmağın özü işgəncədir. Orada ona ciddi fiziki işgəncələr də verilmişdi. Ondan ifadə alınıbsa, bu, işgəncə və fiziki təzyiqlərlə gerçəkləşdirilib.

REKLAM

Bunu həbsxanada məruz qaldığım təzyiqlərə əsasən söyləyirəm".

Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının ümumi işlər müdiri Yaşar Şəkkapursa deyib ki, Səid Mətinpur ona lazım olan müalicəni ala bilmir: "Onda ürək, böyrək, bel ağırları var. Uzun müddət ayaq üstündə dayana bilmir, başı fırlanır. Son günlər vəziyyəti daha da ağırlaşıb. Gərək uzun müddət həkim nəzarəti altında olsun. Onun saxlandığı şərait çox ağırdır. Xəstəliyi çox ciddi olduğundan ailəsi, insan haqlarını müdafiə edən qurumlar da narahatdır". Ailəsi Səid Mətinpurun səhhəti ilə bağlı həbsxana rəhbərliyinə müraciət edib.

Siyamək Yaquti hara aparılıb?

GünAz TV-nin yaydığı məlumata görə, Zəncan Universiteti tələbəsi Siyamək Yaquti ötən gün atasının evində ETTELAAT məmurları tərəfindən tutularaq harasa aparılıb. Atasının dediyinə görə, məmurlar ona qarşı ittiham haqda məlumat verməyiblər. Onlar mənzildə axtarış aparıb, Siyamək Yaqutiyə aid əşyalar sanksiya təqdim edilmədən müsadirə olunub. "Siz bunları hara aparırsınız", - deyə ailə üzvlərinin sualını məmurlar belə cavablandırıb: "Evin" zindanından öyrənərsiniz". Məlumata görə, Siyamək Yaquti "Rəstaxiz" adlı tələbə nəşriyyəsinin məsulu olub. Bu kimi xəbərlər beynəlxalq ictimaiyyətin diqqətini özünə cəlb edəcəkmi?

Kəhrizək - "İranın Quantanamosu"

Sirr deyil ki, ölkədə qeydiyyatda olmayan çoxlu sayda gizli zindan və təcridxanlar hələ şah dövründən mövcuddur. Belələrindən biri də Kəhrizəkdir. Bu qorxulu həbsxana Tehranın cənub səmtində yerləşir. Ölkənin polis rəisi İsmayıl Əhmədimüqəddəm bildirib ki, zindanın rəisi və daha iki məsulu tutduğu vəzifədən azad edilərək həbs olunub.

Onun sözlərinə görə, həbsxana başçısı zindanın təlimatına əməl etməyib. Belə ki, məhbuslar həbsxana qaydalarınə əməl etməkdən boyun qaçırıblar. "Bu qaydaların gerçəkləşməsinə isə rəis şəxsən məsuliyyət daşıyır. Elə ona görə də həbsxanada baş vermiş olaylara görə cəzalandırılacaq", - deyə polis rəisi söyləyib. Rəis məsələyə aydınlıq gətirərək əlavə edib ki, son zamanlar baş vermiş "pozuculuq hadisələri"ndə həbs edilmiş tələbələrin bu həbsxanada yerləşdirilməsi yasaq idi, bu barədə müvafiq əmr vardı və həbsxana müdiri bu göstərişi yerinə yetirməyib.

Bir müddət öncə yayılmış xəbərdə bildirilirdi ki, Kəhrizək həbsxanasında müxalifəti təmsil edən məhbuslar müəmmalı şəkildə ölmüşdü. O zaman həbsxana rəisi onların "virusa yoluxaraq" öldüyü haqda rəsmi açıqlama vermişdi.

"Röyter"in yaydığı xəbərdə isə deyilir ki, prezidentliyə iddiaçı Möhsün Rzainin müşaviri Əbdülhüseyn Ruhullamininin oğlu etiraz aksiyasında həbs edilmiş və həbsxanada öldürülmüşdür. Onun ailəsinə 25 yaşlı bu gəncin "qəflətən öldüyünü" söyləmişlər. Bu günlərdə isə etiraz aksiyasında iştirak edən 12 yaşlı Əlirza adlı yeniyetmənin polis dəyənəyindən keçindiyi barədə xəbər yayılıb. Xatırladaq ki, Kəhrizək həbsxanası "İranın Quantanamosu" adlandırılır.

Bütün dünya qarşısında bu rüsvayçılıqdan sonra ötən gün ayətulla Xamneyi Kəhrizək həbsxanasının "heç bir standarta cavab vermədiyi üçün" bağlanması barədə fərman verib.

Şahnaz Qulami həbsxananı təsvir edir

Kəhrizəkdə işgəncəyə məruz qalmışlardan biri də Azərbaycan türklərinin milli haqlarının tanınması uğrunda mübarizə aparan Şahnaz Qulamidir. Hələ 2008-ci ilin sentyabrında İnqilab Məhkəməsinin Təbrizdəki 1-ci şöbəsi ona qarşı "dövlət quruluşu əleyhinə təbliğat" ittihamı irəli sürərək, 6 ay müddətinə barəsində azadlıqdan məhrumetmə cəzası kəsmişdi.

Hüquq müdafiəçisi Şahnaz Qulami ötən ilin sonunda yenidən tutulmuşdu. Buna səbəb Qulamrza Əmaninin avtomobil qəzasında ölümü ilə bağlı irəli sürdüyü ehtimallar idi. Xanım Qulami "mühəndis Əmaninin düşdüyü avtoqəzanı xüsusi adamların, böyük ehtimalla dövlət adamlarının təşkil etdiyi qənaətini" söyləmişdi.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Zabit və əsgərlərin məhkəməsi başlayıb

Daha bir goran edam edildi

İrandan yeni ölüm xəbərləri

İran: şübhəli "etiraflar" dalğası

Bölmənin digər xəbərləri
 
Hüsni Mübarək Əhmədinejadı təbrik edib
Şərhçilərə görə, Misirlə İran arasında diplomatik münasibətlər "istiləşə" bilər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"

"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"


Mübariz İbrahimov üçün RF səfirliyinə müraciət

Mübariz İbrahimov üçün RF səfirliyinə müraciət


Bahalaşma süni yolla yaradılır

Bahalaşma süni yolla yaradılır


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər