Hüsni Mübarək Əhmədinejadı təbrik edib
 |
Şərhçilərə görə, Misirlə İran arasında diplomatik münasibətlər "istiləşə" bilər
Şənbə, 15.08.2009
|
|
İran-Misir münasibətlərində soyuqluq hələ də qalır. Amma Mahmud Əhmədinejadın andiçmə mərasimində Misirin siyasi təmsilçisi iştirak edib. Bunun ardınca həftənin əvvəlində Misir prezidenti Hüsni Mübarək İranın hökumət başçısına təbrik məktubu göndərib. Şərhçilərə görə, Misirlə İran arasında diplomatik münasibətlər "istiləşə" bilər.
Münasibətlərdəki soyuqlaşmaya səbəb o olmuşdu ki, Məhəmmədrza şah Pəhləvi vəfat etdikdə Misirdə dəfn olundu və bunun ardınca iki ölkə arasında diplomatik münasibətlər pozuldu. Misirin sabiq şaha hörmətinin qarşılığı olaraq, İran rəhbərliyi Tehran küçələrindən birinə Misir prezidenti Ənvər Sadatı qətlə yetirmiş ordu zabiti Xalid əl-İslambulinin adını verdi.
Neçə illərdir iki ölkə arasında əlaqələrin bərpa edilcəyi ilə bağlı çeşidli mülahizələr və ehtimallar irəli sürülür. Bu ilin fevralında Misirin xarici işlər naziri Əhməd əbu əl-Rayt iranlı həmkarı Mənuçehr Müttəki ilə bir həftədə üç dəfə görüşmüşdü. Rəsmi mənbələr tərəflər arasında fikir ayrılığını etiraf etsələr də, bölgədə sabitlik naminə əməkdaşlıq edəcəklərinə inandıqlarını bildirirlər.
Misir prezidenti Hüsni Mübarəklə Mahmud Əhmədinejad arasındakı ötənilki danışıqları şərh edən nazir demişdi ki, Tehran və Qahirə diplomatik münasibətlər qurulmasını istəyir. Amerikanın Misirdəki keçmiş səfiri Robert Peltrounun sözlərinə görə isə, Tehran "Qahirənin ətrafına fırlanmaqdadır. Amma hələlik toyun zamanı yetişməyib. İranla Misir arasındakı münasibətlər ziddiyyətlidir".
|
|
|
Oxşar xəbərlər:
"Casus oyuncaqlar", italyan qadın geyimləri, "Ağacdələn", bəhailər...
İran: öldürülənlərin sayı artmaqdadır
Əhmədinijat uçan kəpənəyi tuta bilmədi
İran böhranı: "Vilayəti-fəqih" idarəetmə təsisatı ölüb
İran müxalifətindən 100 nəfər məhkəmə qarşısında
|
|
|