Onun Moskvadakı konserti Bakı ilə əvəz olunubŞənbə, 15.08.2009
mətn ölçüsü
Noyabrın 8-də Heydər Əliyev Sarayında dünya şöhrətli ulduz Anastasiyanın konserti keçiriləcək. Konsert müğənninin "Neavy Rotation" dünya turnesi çərçivəsində "Tonica Production"nın təşkilatçılığı ilə həyata keçiriləcək. Konsertdə eyni zamanda müğənninin yeni albomu da təqdim ediləcək. Qeyd edək ki, Anastasiyanın konsertinin Moskvanın "Olimpiya" idman kompleksində keçirilməsi planlaşdırılsa da, bəzi səbəblərdən onu ölkəmizin paytaxtında keçirmək qərara alınıb.
Muzeylərin saytları hazırlanırBu ilin sentyabr ayınadək Azərbaycanın bir sıra muzeylərinin internet-saytları üzərindəki iş başa çatdırılacaq.
Kino ensiklopediyasının hazırlıqları başa çatırAzərbaycan Dövlət Film Fondunda hazırlanan iki cildlik ensiklopediyanın I cildi üzərində son redaktə işləri gedir və kitab avqustun sonunadək çap olunacaq.
"Bir addım" filmi Batumidə nümayiş etdiriləcəkRejissor Fariz Əhmədov və Nərgiz Bağırzadənin çəkdikləri "Bir addım" qısametrajlı filmi sentyabrın 21-dən 28-dək Batumidə keçiriləcək beynəlxalq kinofestivalda nümayiş etdiriləcək.
IV Respublika qiraət müsabiqəsi keçiriləcəkSentyabrın 28-dən 30-dək Lənkəranda Azərbaycan ədəbiyyatının klassiki Cəfər Cabbarlının 100 illik yubileyinə həsr olunmuş IV Respublika qiraət müsabiqəsi keçiriləcək.
Abidə və mağaralar təmizlənirAğstafadakı Keşikçi Dağ Dövlət Qoruğundakı abidələrin, mağaraların təmizlənməsinə başlanıb.
"Qanun-ül ədəb"in surəti Azərbaycana gətirilibXII əsrdə yaşamış dahi Azərbaycan alim-ensiklopediyaçısı Əbülfəzl Hübeyş Tiflisinin ikidilli (ərəb-fars) "Qanun-ül-ədəb" lüğətinin foto surəti tapılıb Azərbaycana gətirilmişdir.