çap et  
Abidə və mağaralar təmizlənir
Şənbə, 15.08.2009


Ağstafadakı Keşikçi Dağ Dövlət Qoruğundakı abidələrin, mağaraların təmizlənməsinə başlanıb. Bu barədə qoruğun direktoru Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, turistlərin diqqətini çəkən, ekskursiyaların təşkil olunduğu qoruqda bu işin aparılmasına ehtiyac böyükdür.

Musa Quliyev bildirdi ki, bu günə qədər 30-dan artıq mağara təmizlənib. Avqustun sonunadək daha 20 mağarada təmizlik həyata keçiriləcək. Bu işə Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri də cəlb olunub. Qoruq direktorunun sözlərinə görə, qoruqdakı mağaraların tarixi müxtəlifdir. Onların tarixi eramızdan əvvəl 12-13-cü əsrlərə gedib çıxır.