çap et  
IV Respublika qiraət müsabiqəsi keçiriləcək
Şənbə, 15.08.2009


Sentyabrın 28-dən 30-dək Lənkəranda Azərbaycan ədəbiyyatının klassiki Cəfər Cabbarlının 100 illik yubileyinə həsr olunmuş IV Respublika qiraət müsabiqəsi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən mətbuat xidməti əməkdaşı Zöhrə Əliyevanın verdiyi məlumata görə, bu müsabiqədə 18-dən 30 yaşınadək arzu edən hər kəs iştirak edə bilər. Müsabiqə iki turdan ibarət olacaq - yarımfinal (2 gün) və final (1 gün).

Zöhrə Əliyeva bildirdi ki, hər iştirakçının çıxış proqramına Cəfər Cabbarlının istənilən əsəri daxil ola bilər. Birinci yerin sahibi 500, ikinci yerin sahibi 300, üçüncü yerin sahibi isə 250 manat pul mükafatına layiq görüləcək. Bundan başqa 100 manat məbləğində həvəsləndirici mükafatlar da müəyyən olunacaq.