çap et  
Muzeylərin saytları hazırlanır
Şənbə, 15.08.2009


Bu ilin sentyabr ayınadək Azərbaycanın bir sıra muzeylərinin internet-saytları üzərindəki iş başa çatdırılacaq. İnternet səhifələri ilə təmin olunacaq muzeylər arasında Nəriman Nərimanovun, Məmməd Səid Ordubadinin, Cəfər Cabbarlının, Cəlil Məmmədquluzadənin ev-muzeylərinin adları var. Bu barədə məlumat verən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi mətbuat xidmətindən bildirilir ki, idarə tərəfindən muzey fondlarının bazaları əsasında elektron kataloqların yaradılması işi də aparılıb.

Xəbərdə bildirilir ki, mərkəzləşdirilmiş muzey-məlumat sisteminin təşkili üçün isə Bakının muzeyləri kompüter və ixtisaslaşmış proqramlarla təchiz olunublar. Xatırladaq ki, muzey işi sahəsində islahatların həyata keçirilmə prosesi prezident İlham Əliyevin müvafiq sərəncamından sonra intensivləşib.