Rəhim Rəhimlinin aparıcısı olduğu və yayımı iki aya yaxındır dayandırılan "Dostum" verilişinin ətrafında bir sıra söhbətlər dolaşmaqdadır. Bir çoxları proqramın dayandırıldığını iddia etsə də, müğənni şayiələri təkzib edərək yeni televiziya mövsümündə efirə çıxacağını bildirdi. Söylədi ki, "Dostum" yenilikləri ilə diqqəti çəkəcək.
Söhbətin davamında müğənni yeniliklərin bol olduğunu bildirdi. Dedi ki, həmkarı Röyanın gələn ay Yaşıl Teatrda verəcəyi konsertində onların birgə duetləri səsləndiriləcək. "Canımı sıxırdın" adlanan mahnı hazırda studiya həllini tapmaqdadır.
Müğənni tezliklə türk kanallarından birində qonaq olaraq çıxış edəcəyini söylədi. Bildirdi ki, çıxışı maraqlı olsun deyə, mahnısını türkcə səsləndirəcək. Müğənninin daha bir yaradıcılıq işi "Klan & rlan" rep qrupu ilə olacaq. Rəhim Rəhimli bildirdi ki, duetin musiqisi onun özünə, sözləri isə qrupun üzvlərindən olan Raminə məxsusdur. Mahnı ilə repin sintezini təşil edən duet "Qoy sirr qalsın" adlanır.
|