Hal-hazırda Ayna qəzetinin 15.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Mövlud Süleymanlı: "Özümü dünya çapında maraqlı yazıçı sayıram"
Mövlud Süleymanlı: "Özümü dünya çapında maraqlı yazıçı sayıram"
Yazıçı özünü "gizlində xoşbəxt olan adam" adlandırır və inanır ki, onu yüz ildən sonra da oxuyacaqlar
Şənbə, 15.08.2009

Xatun mətn ölçüsü  

Radio işi əkinçi işidir. Bizim ədəbi nəsli saxlayan radio oldu, anamız radio. Radioda aldığım ilk qonorardan anama nə isə almışdım. "Bulaq" verilişi isə 64 illik həyatımda yadda qalan ən maraqlı səhifədir. "Bulaq"la Azərbaycan xalqını tanımışam... Xalq yazıçısı Mövlud Süleymanlı ilə radio barədə söhbətimiz belə başlanır. Belə ki, bu adam yaradıcı həyatının böyük bir qismini radioda keçirib və bu mühiti çox yaxşı bilir.

Mövlud Süleymanlı sözünə davam edir:

- Mən radioya gələndə burada sədr müavini Cəmil Əlibəyov idi. İlk yazım Mirzə İbrahimov haqqında olub. Həmin oçerk Cəmil Əlibəyovun xoşuna gəldi və mənə ayrıca veriliş açmağı təklif etdi. Fikirləşə-fikirləşə evə gələndə, gördüm ki, anam sobanın üstündə saz köynəyi qurudur. Dedi, "dayın Hüseyn Saraclı bizə qonaq gəlib". Sonra mən köynəyi islanmış sazdan veriliş hazırladım, adını "Bulaq" qoydum. 1969-cu ilin payızından bu günə kimi efirdədir".

Mövlud Süleymanlının xatırlatmasına görə, Şərqdə radio ilk dəfə Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının binasından yayımlanıb. Türkiyədə isə Azərbaycandan 10 il sonra yaranıb. Radio Azərbaycan dilinin saflığının qorunmasında akademiya rolunu oynayıb.

"Biz Güneydən, Dərbənddən, dünyanın bir çox ölkəsindən çoxlu məktub alırdıq.

REKLAM

Onlar Azərbaycan dili və musiqisini bizim radiodan öyrəndiklərini yazırdılar. Dövlət radiosu həm də İnternet vasitəsi ilə yayımlanır. Azərbaycan radiosuna bir gün sona qədər qulaq asan ondan heç vaxt ayrıla bilməz".

Bildiyimiz kimi, müstəqil radioların problemlərindən biri onların Azərbaycan dili normalarına əməl etmədiyidir. Mövlud Süleymanlı son illərin müzakirə pridmetinə çevrilən bu mövzu barədə danışarkən dedi:

"Bədii Şura olsa, xaos yaranmaz. İndi kim oxumamalıdırsa, o oxuyur, kim kitab çap etdirməməlidirsə, onun kitabı çıxır. Bununla belə, düşünürəm ki, su axdıqca durulur. İnanıram ki, nə vaxtsa hər şey düzələcək".

Milli ədəbiyyatımızın indiki durumu barədə Mövlud Süleymanlının mülahizələrini eşitmək istəyirik. Yazıçı deyir:

- Nəsrdə hər şey hələlik boz gedir. Oxumadığım əsərlər ola bilər. Amma inanmıram ki, məni qane edən bir əsər ola. Çünki hansısa gözəl əsərin ortaya çıxması hadisəyə çevrilir. Hələlik elə bir gözəl roman adı çəkə bilmirəm. Yaxşı hesab olunan əsərlərin müəllifləri qoy məndən inciməsin. Özümə gəlincə, heç vaxt boş dayanmamışam. Bu qədər işdən sonra qaçdığım yalnız bir səmt var ki, o da ədəbiyyatdır. Amma yazdıqlarımı ortaya çıxarmıram. Çünki mühiti hiss eləmirəm. Son romanım "Erməni adındakı hərflər" adlanır. Bu əsərin mühiti olduğu üçün onu çap etdirəcəyəm.

Ayda-ildə bir dəfə şeir də yazıram. Yazıçılıq mənim ən yaxşı göründüyüm səmtdir. Orada çox rahat oluram. O tərəfdə qocalmıram, məni başqa tərəflər qocaldır. Mənim danışığım heç vaxt maraqlı deyil. Mən gizlində xoşbəxt olan adamam. Nə şəkildə yaşayırsam yaşayım, bu masanı hiss eləyən adam deyiləm. Növbətçi sözlərlə parlaq şəkildə çıxış eləmək mənlik deyil. Mənim ağzım boşdur, dilimdə heç nə yoxdur, hamısı içəridən gəlir. Həmişə Azərbaycan xalqını və özümü olduqca maraqlı təqdim etmişəm. Özümü dünya çapında maraqlı yazıçı sayıram. Həmişə məni oxuyanların heyrətini hiss etmişəm. Amma bu, heç məni maraqlandırmır da... Mən özümə inanmasam, belə danışmaram. Ümidim var ki, yüz illər keçəndən sonra da məni oxuyacaqlar. Mənim heç bir dövlətə və sərhədlərə sığmayan fikirlərim var. İnsan 60 yaşından sonra özündən və qoyub getdiklərindən danışa bilər, hətta danışmalıdır da. Gözəl yazıçı olmaq üçün mütləq milli olmaq lazımdır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Ümidvaram ki, bu radiolar yenidən FM-də yayımlanacaq"

Dövlət radiosunun rəhbəri dəyişdi

Nensi Maykldouni Metyu Brayzanı əvəz edəcək?

Bölmənin digər xəbərləri
 
Tariyel Vəliyev: "Həmin o nağıl məni televiziyaya gətirdi"
İnsan sevirsə, qısqanmalıdır

"Əl-Cəzirə" telekanalı Azərbaycanda film çəkəcək
Ekran işi əsrin təhlükəli xəstəliyinə həsr olunub

Elnur Maldiv adasında klip çəkdirəcək
Onun tərəf-müqabilinin Natəvan Həbibi olacağı deyilir

İlhamə Quliyeva ANS-də teleaparıcı olacaq
Əmindir ki, bu işin öhdəsindən gələ biləcək

Yeni yaranan mahnıların ömrü niyə bu qədər qısadır?
İradə İbrahimova bunun səbəblərindən danışır

"Maşın" realiti-şou 9-cu sürəti ilə efirə qayıdır
Layihədə incəsənət adamları yarışacaq

Muzeylərin saytları hazırlanır
Bu ilin sentyabr ayınadək Azərbaycanın bir sıra muzeylərinin internet-saytları üzərindəki iş başa çatdırılacaq.

Kino ensiklopediyasının hazırlıqları başa çatır
Azərbaycan Dövlət Film Fondunda hazırlanan iki cildlik ensiklopediyanın I cildi üzərində son redaktə işləri gedir və kitab avqustun sonunadək çap olunacaq.

Rəhim Rəhimlinin verilişi bağlanıb?
Müğənni türk televiziyasından təklif alıb

"Bir addım" filmi Batumidə nümayiş etdiriləcək
Rejissor Fariz Əhmədov və Nərgiz Bağırzadənin çəkdikləri "Bir addım" qısametrajlı filmi sentyabrın 21-dən 28-dək Batumidə keçiriləcək beynəlxalq kinofestivalda nümayiş etdiriləcək.

IV Respublika qiraət müsabiqəsi keçiriləcək
Sentyabrın 28-dən 30-dək Lənkəranda Azərbaycan ədəbiyyatının klassiki Cəfər Cabbarlının 100 illik yubileyinə həsr olunmuş IV Respublika qiraət müsabiqəsi keçiriləcək.

Abidə və mağaralar təmizlənir
Ağstafadakı Keşikçi Dağ Dövlət Qoruğundakı abidələrin, mağaraların təmizlənməsinə başlanıb.

"Qanun-ül ədəb"in surəti Azərbaycana gətirilib
XII əsrdə yaşamış dahi Azərbaycan alim-ensiklopediyaçısı Əbülfəzl Hübeyş Tiflisinin ikidilli (ərəb-fars) "Qanun-ül-ədəb" lüğətinin foto surəti tapılıb Azərbaycana gətirilmişdir.

Anastasiya Bakıda oxuyacaq
Onun Moskvadakı konserti Bakı ilə əvəz olunub



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər