çap et  
"Maşın" realiti-şou 9-cu sürəti ilə efirə qayıdır
Layihədə incəsənət adamları yarışacaq
Şənbə, 15.08.2009

Xatun

"Lider" telekanalının izlənilən layihələrindən olan "Maşın" realiti-şousu yeni mövsümdə yeni surəti ilə efirə çıxacaq. Bir müddət əvvəl layihəyə son qoyduğunu deyən Murad Dadaşov tamaşaçı marağını nəzərə alıb, "Maşın"ın ömrünü bir il uzatmaq qərarına gəldi. Layihənin müəllifi öncə xatırlatdı ki, realiti-şou 9-cu dəfə efirə çıxır. Yayımın sentyabrın ilk ongünlüyündə başlaması gözlənilir:

"Bu layihə mistik tarixdə başlayacaq. Yəni 9-cu veriliş 2009-cu ilin 9-cu ayının 9-da efirdə canlı yayımlanacaq. Buna görə də şounu "Qızıl həyəcan - 999" adlandırmışıq. İnanıram ki, maşının yeni surəti də maraq baxımından digərlərindən geri qalmayacaq. Bu dəfə də realiti-şounun iştirakçıları məşhur mədəniyyət və şou-biznes isimləri olacaq. Amma onların adlarını hələ dəqiqləşdirməmişik. Bildiyiniz kimi, layihənin son bir neçə buraxılışında bu qəbildən olan insanlar yarışıblar. Artıq bir çox məşhurlar siyahıdan çıxıb. Bu səbəbdən seçimi yerdə qalanların adları üzərində aparırıq".