![]() |
çap et |
|
|||
İlhamə Quliyeva ANS-də teleaparıcı olacaq və seyrçilərə maraqlı insanlarla ictimai mövzularda söhbətlər təqdim edəcək. Xəbəri bizimlə bölüşən müğənni bildirdi ki, verilişin müəllifi telejurnalist Sevil Nuriyevadır.
Təklif ona televiziyadan gəlib və tərəddüd etmədən razılaşıb. Bunu vətəndaşlıq borcu kimi dəyərləndirən İlhamə xanım veriliş əsnasında bir çox problemlərə işıq salmağı düşünür. Sentyabr ayının ilk ongünlüyündən yayımı nəzərdə tutulan veriliş həftəlik olacaq. İlk həftələr veriliş əvvəlcədən çəkilərək təqdim ediləcək. Sonrakı həftələrdə isə onun aparıcılıq bacarığı yüksək qiymətləndirilsə, telelayihə canlı efirə çıxacaq. İlhamə xanım bildirdi ki, aparıcılıq onun üçün yeni iş deyil. Xatırladır ki, bir vaxtlar bu telekanalda "Primadonnanın qonaqları" adlı verilişin aparıcısı idi və bu verilişdə bir çox gənc müğənnilər ilk dəfə təqdim olunub. Sentyabrdan özünü yeni ampluada sınamalı olan İlhamə Quliyeva yeni layihənin öhdəsindən gələcəyinə inandığını söylədi. Bu layihənin uzunömürlü olacağını dedi. |