İlhamə Quliyeva ANS-də teleaparıcı olacaq və seyrçilərə maraqlı insanlarla ictimai mövzularda söhbətlər təqdim edəcək. Xəbəri bizimlə bölüşən müğənni bildirdi ki, verilişin müəllifi telejurnalist Sevil Nuriyevadır.
Təklif ona televiziyadan gəlib və tərəddüd etmədən razılaşıb. Bunu vətəndaşlıq borcu kimi dəyərləndirən İlhamə xanım veriliş əsnasında bir çox problemlərə işıq salmağı düşünür. Sentyabr ayının ilk ongünlüyündən yayımı nəzərdə tutulan veriliş həftəlik olacaq. İlk həftələr veriliş əvvəlcədən çəkilərək təqdim ediləcək. Sonrakı həftələrdə isə onun aparıcılıq bacarığı yüksək qiymətləndirilsə, telelayihə canlı efirə çıxacaq.
İlhamə xanım bildirdi ki, aparıcılıq onun üçün yeni iş deyil. Xatırladır ki, bir vaxtlar bu telekanalda "Primadonnanın qonaqları" adlı verilişin aparıcısı idi və bu verilişdə bir çox gənc müğənnilər ilk dəfə təqdim olunub. Sentyabrdan özünü yeni ampluada sınamalı olan İlhamə Quliyeva yeni layihənin öhdəsindən gələcəyinə inandığını söylədi. Bu layihənin uzunömürlü olacağını dedi.
Muzeylərin saytları hazırlanırBu ilin sentyabr ayınadək Azərbaycanın bir sıra muzeylərinin internet-saytları üzərindəki iş başa çatdırılacaq.
Kino ensiklopediyasının hazırlıqları başa çatırAzərbaycan Dövlət Film Fondunda hazırlanan iki cildlik ensiklopediyanın I cildi üzərində son redaktə işləri gedir və kitab avqustun sonunadək çap olunacaq.
"Bir addım" filmi Batumidə nümayiş etdiriləcəkRejissor Fariz Əhmədov və Nərgiz Bağırzadənin çəkdikləri "Bir addım" qısametrajlı filmi sentyabrın 21-dən 28-dək Batumidə keçiriləcək beynəlxalq kinofestivalda nümayiş etdiriləcək.
IV Respublika qiraət müsabiqəsi keçiriləcəkSentyabrın 28-dən 30-dək Lənkəranda Azərbaycan ədəbiyyatının klassiki Cəfər Cabbarlının 100 illik yubileyinə həsr olunmuş IV Respublika qiraət müsabiqəsi keçiriləcək.
Abidə və mağaralar təmizlənirAğstafadakı Keşikçi Dağ Dövlət Qoruğundakı abidələrin, mağaraların təmizlənməsinə başlanıb.
"Qanun-ül ədəb"in surəti Azərbaycana gətirilibXII əsrdə yaşamış dahi Azərbaycan alim-ensiklopediyaçısı Əbülfəzl Hübeyş Tiflisinin ikidilli (ərəb-fars) "Qanun-ül-ədəb" lüğətinin foto surəti tapılıb Azərbaycana gətirilmişdir.