Hal-hazırda Ayna qəzetinin 15.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Tariyel Vəliyev: "Həmin o nağıl məni televiziyaya gətirdi"
Tariyel Vəliyev: "Həmin o nağıl məni televiziyaya gətirdi"
İnsan sevirsə, qısqanmalıdır
Şənbə, 15.08.2009

Sevinc İsmayıl mətn ölçüsü  

Tamaşaçılar arasında geniş populyarlıq qazanan ilk televiziya trilogiyasının ("Səni axtarıram", "Səndən xəbərsiz", "Bağışla"), ikihissəli "Sən həmişə mənimləsən", "Duel" televiziya tamaşalarının, "Muğam" film-tamaşasının, neçə-neçə bayram proqramlarının yaradıcısı olan Tariyel Vəliyevi hələ də tələm-tələsik, necə deyərlər, iki daşın arasında çəkiliş aparan görməyiblər. Ən kiçik süjetdən ən iri proqramına kimi bütün verilişlər ilk kadrlardanca öz müəllifinin yüksək zövqündən, böyük məsuliyyətindən xəbər verir.

İlk baxışdan çox təmkinli, daxilən çox gərgin görünən bu insanın səliqəsi, obyekti müxtəlif rakurslardan, müxtəlif dubllarla çəkməsi müasir televiziyanın hay-küylü ritminə alışanlara qəribə görünə bilər. Amma müasir şou-biznes axınının əsl sənətə dəxli olmadığı kimi, Əməkdar incəsənət xadimi, rejissor Tariyel Vəliyevə də dəxli yoxdur. Çünki efir məsuliyyətini hiss edən bir sənət adamıdır.

- Çoxları üçün beşik olan Azərbaycan Dövlət Teleradiosuna gəldiyiniz ilk günü necə xatırlayırsınız?

- Bilirsiz, televiziya mənim həyatımın əsas hissəsidir. Və mən özümü başqa sahədə təsəvvür etmirəm. Bir gün qrup yoldaşım rejissor Pərviz Cəfərov məni radioya aparmağı təklif etdi, çünki özü də orada çalışırdı. Və mən böyük məmnuniyyətlə bu təklifi qəbul etdim. Oraya gedən kimi "Qitədən qitəyə" adlı verilişin rejissoru kimi ştatdankənar fəaliyyətə başladım. Əsgərliyimi çəkəndən sonra, 1972-ci ildə artıq radioya yox, televiziyaya qayıtdım. Rejissor assistenti kimi başladım və ali dərəcəli rejissor pilləsinəcan qalxdım. 2006-cı ilə qədər Ədəbi-dram redaksiyasının baş rejissoru vəzifəsində çalışmışam. 2006-cı ildən etibarən mən Dövlət Televiziyasında müqavilə ilə işləyirəm.

Həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Televiziya rejissoru" kafedrasının müdiriyəm. Onu qeyd etmək istəyirəm ki, həmin universitetdə pedaqoji fəaliyyətimi 1988-ci ildən başlamışam.

- Nəyə görə məhz kino yox, teatr yox, televiziya rejissoru oldunuz?

- Mən həmişə televiziyaya nağıllar aləmi kimi baxırdım. Bir dəfə məni və bacımı (məktəbdə bir yerdə oxumuşuq) Gənc Tamaşaçılar Teatrına tamaşaya dəvət etmişdilər, inanın ki, biz səhərəcən yatmamışdıq sevincdən. Maraqlısı odur ki, o da nağıl-tamaşa idi.

REKLAM

Həmin o nağıl da məni televiziyaya gətirdi.

- Bugünkü televiziyanı necə qiymətləndirirsiz: əla, pis, yoxsa kafi?

- Düzünü desəm, mən bədbin deyiləm. Mən artıq 42 ildir televiziyada çalışıram, ona görə onun hər bir gününü görmüşəm. Televiziya çox çətin bir sahədir. Ona görə istərdim ki, tamaşaçı müəyyən qədər güzəştə getsin. Bugünkü televiziyanın yaxşı cəhətləri daha çoxdur, nəinki pis cəhətləri. İlk öncə məni sevindirən bacarıqlı gənclərin televiziyaya olan axınıdır. Televiziya gənclərin olmalıdır. Və televiziyaya gələn gənclərdən çox razıyam, televiziyanı gəncləşdirən məhz gənclərdir.

- Verilişlərin müasirləşməsi üçün hansı addımlar atılmalıdır?

- Gənc nəsil mütləq təcrübəli işçilərlə sıx təmasda olmalıdır, onlardan məsləhət almalıdır. Bildiyiniz kimi, bir neçə tamaşanı Ramiz Həsənoğlu ilə birlikdə hazırlamışıq, çünki mən televiziyaya gələndə o artıq burada çalışırdı. O mənə çox dəstək olurdu.

- Çox rejissorlar incəsənət xadimləri və estrada ulduzları ilə çalışmaqdan qaçırlar. Bəs siz necə, onların sənət şıltaqlıqlarına dözə bilirsinizmi?

- Onlar yalnız rejissoru tanıyıb, onun öz işinə münasibətini biləndən sonra şıltaqlıq göstərib-göstərmədiklərini, çəkilişə gecikib-gecikmədiklərini fikirləşirlər. Hər şey çəkiliş qrupundan asılıdır. Bizim qrupa incəsənət xadimləri həmişə can atıblar və iş prosesindən razı qalıblar. Bilirsiniz, mən hətta qız tələbələrimə "Xanım" deyə müraciət edirəm. Artistlər isə çox kövrək insanlardılar və onlardan istədiyimizi almaq üçün mütləq normal münasibət olmalıdır. Rejissor qışqır-bağırla heç nəyə nail ola bilməz. Mən müğənnilərin əksəriyyəti ilə çalışmışam və normal münasibətdəyik.

Azərbaycan TeleFilm Yaradıcılıq birliyi ilə çalışıram. İki sənədli film üzərində çalışırıq: "Əli Kərim" və "Tofiq Köçərli". Planımızda Xurşudbanu Natavan haqqında sənədli film çəkmək fikrimiz var.

- Çoxlarımıza tanış olan "Pəncərədə işıq" tamaşasından danışaq...

- Əvvəl onu qeyd etmək istəyirəm ki, tamaşanın adını özüm qoymuşam, əsər tam başqa cür adlanırdı. Baş qəhrəman çox pis qısqanclığının ziyanını çəkir və sonda tək qalır. Və bir gecə küçədə getdiyi zaman öz-özünə fikirləşir ki, hamının pəncərəsinin işığı yanır, bircə onun evində həmişə qaranlıqdır. Və birdən öz evinin yanından keçəndə görür ki, pəncərəsində işıq yanır. Mən hardasa Toğrul adlı qəhrəmanıma bu tamaşa ilə bəraət qazandırmağa çalışmışam. Həyat yoldaşını o qədər sevir ki, düşüncəsinə görə, ona heç bir yad göz baxmamalıdır. Mən elə hesab edirəm ki, əgər insan qısqanmırsa, o sevmir. Götürək, Şekspiri. Bəyəm Otello Dezdemonanı sevməyib qısqanıb?

Otello onu dəlicəsinə sevirdi. Mən Nurəddin Mehdixanlıdan, Zemfira Nərimanovadan və rəhmətlik Mirvari Novruzovadan, onların ifalarından çox razı qalmışdım. Mirvari Novruzova isə anamın obrazını yaratmışdı bu tamaşada. Və mənim anam həmişə gəlinlərin tərəfində olub.

- Xoşbəxtliyi bir sözlə ifadə edin..

- TELEVİZİYA... Mənim həyatımda əsas xoşbəxtlik televiziyadır. Məni bu qədər yaşadan başqa nağıllar aləmi və başqa ocaq tanımıram.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"Əl-Cəzirə" telekanalı Azərbaycanda film çəkəcək
Ekran işi əsrin təhlükəli xəstəliyinə həsr olunub

Elnur Maldiv adasında klip çəkdirəcək
Onun tərəf-müqabilinin Natəvan Həbibi olacağı deyilir

İlhamə Quliyeva ANS-də teleaparıcı olacaq
Əmindir ki, bu işin öhdəsindən gələ biləcək

Yeni yaranan mahnıların ömrü niyə bu qədər qısadır?
İradə İbrahimova bunun səbəblərindən danışır

"Maşın" realiti-şou 9-cu sürəti ilə efirə qayıdır
Layihədə incəsənət adamları yarışacaq

Mövlud Süleymanlı: "Özümü dünya çapında maraqlı yazıçı sayıram"
Yazıçı özünü "gizlində xoşbəxt olan adam" adlandırır və inanır ki, onu yüz ildən sonra da oxuyacaqlar

Muzeylərin saytları hazırlanır
Bu ilin sentyabr ayınadək Azərbaycanın bir sıra muzeylərinin internet-saytları üzərindəki iş başa çatdırılacaq.

Kino ensiklopediyasının hazırlıqları başa çatır
Azərbaycan Dövlət Film Fondunda hazırlanan iki cildlik ensiklopediyanın I cildi üzərində son redaktə işləri gedir və kitab avqustun sonunadək çap olunacaq.

Rəhim Rəhimlinin verilişi bağlanıb?
Müğənni türk televiziyasından təklif alıb

"Bir addım" filmi Batumidə nümayiş etdiriləcək
Rejissor Fariz Əhmədov və Nərgiz Bağırzadənin çəkdikləri "Bir addım" qısametrajlı filmi sentyabrın 21-dən 28-dək Batumidə keçiriləcək beynəlxalq kinofestivalda nümayiş etdiriləcək.

IV Respublika qiraət müsabiqəsi keçiriləcək
Sentyabrın 28-dən 30-dək Lənkəranda Azərbaycan ədəbiyyatının klassiki Cəfər Cabbarlının 100 illik yubileyinə həsr olunmuş IV Respublika qiraət müsabiqəsi keçiriləcək.

Abidə və mağaralar təmizlənir
Ağstafadakı Keşikçi Dağ Dövlət Qoruğundakı abidələrin, mağaraların təmizlənməsinə başlanıb.

"Qanun-ül ədəb"in surəti Azərbaycana gətirilib
XII əsrdə yaşamış dahi Azərbaycan alim-ensiklopediyaçısı Əbülfəzl Hübeyş Tiflisinin ikidilli (ərəb-fars) "Qanun-ül-ədəb" lüğətinin foto surəti tapılıb Azərbaycana gətirilmişdir.

Anastasiya Bakıda oxuyacaq
Onun Moskvadakı konserti Bakı ilə əvəz olunub



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər