Hal-hazırda Ayna qəzetinin 15.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Jurnalistlərin mənzil problemi
Jurnalistlərin mənzil problemi
Məsələ indiyədək açıq qalır və həllini tapmayıb
Şənbə, 15.08.2009

Xaqani Səfəroğlu mətn ölçüsü  

Bütün əhvalat 2005-ci ildə, Azərbaycan mətbuatının 130 ili tamam olan il başlandı. Parlamentdə akkreditə olunmuş jurnalistlər Milli Məclisin foyesinə yığışaraq qızğın halda KİV-də çalışanların sosial problemlərini müzakirə edirdilər. Uzun müzakirələr bir sıra vacib problemlərlə yanaşı, jurnalistlərin bir nömrəli məsələsini üzə çıxardı. Məlum oldu ki, ölkənin aparıcı qəzetlərində çalışan, mediada tanınmış imza sahibləri olan jurnalistlərin böyük əksəriyyətinin evi yoxdur. Bu hamı üçün bir qədər təəccüblü idi. Biz təsəvvürümüzə belə gətirə bilmirdik ki, uzun illər mətbuatda və televiziyada çalışan və sözün əsl mənasında peşəkar jurnalist ənənələrinə sahib olan bu qədər həmkarımızın yaşamağa mənzili yoxdu. O zaman Bakıda vüsət götürmüş tikinti bumu bizə bu problemin həlli üçün bir sıra təkliflər irəli sürməyə imkan verdi. Elə oradaca qərara alındı ki, "Jurnalist" Mənzil Tikinti Kooperativi təsis edilsin və Bakı şəhər İcra Hakimiyyətinə torpaq ayrılması ilə bağlı müraciət edilsin...

O zamandan artıq beş ilə yaxın vaxt keçir. Bu illər ərzində biz bir sıra əhəmiyyətli işlər görə bildik. Ən vacib olan isə problemi prezident İlham Əliyevin diqqətinə çatdıra bildik. Azərbaycan mətbuatının 130 illiyi ilə bağlı tədbirə qatılan prezident jurnalistlərin bu muraciətinin həll edilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq verdi. Bizim bu təşəbbüsümüz bəzi KİV rəhbərləri tərəfindən birmənalı qarşılanmasa da, sonradan bu ideya tam dəstək aldı.

"Jurnalist" MTK və Parlament Jurnalistlər Birliyinin(PJB) üzvləri fəal şəkildə məsələ ilə məşğul olaraq problemin ictimai əhəmiyyət daşıdığını media seqmentinə çatdıra bildi. Bunun üçün PJB ilk olaraq aparıcı qəzetlərin baş redaktorlarının prezidentə müraciətinə nail oldu və bu müraciəti ölkənin ən nufuzlu qəzetlərinin rəhbərləri imzaladı. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da bu müraciəti dəstəklədi.

Daha sonra PJB Milli Məclis üzvləri arasında ciddi iş apararaq məsələnin bir neçə dəfə parlamentin iclaslarında qaldırmağa nail oldu. Bundan sonra bizim kooperativin təşəbbüsü ilə MM üzvləri və media rəhbərlərinin imzası ilə müraciət hazırlandı.

REKLAM

Bu müraciəti imzalayanlar içində 10-a yaxın deputat və KİV rəhbəri var idi. PJB-nin jurnalistlərin sosial vəziyyətinin müzakirəyə çıxarması media dairələrində ciddi əks-səda doğurdu. Mətbuat işçilərinin iştirakı ilə ardıcıl olaraq keçirilən "dəyirmi masa"lar, konfranslar KİV işçilərinin ağır sosial vəziyyətinin qəmli mənzərəsini üzə çıxardı. Bəlli oldu ki, jurnalistlərin ev problemi var, iş yerlərində müqavilələri yoxdur, əməkhaqları aşağıdır, ən əsası sosial sığortaları yoxdur və onlar istənilən vaxt küçədə qala bilərlər.

Bu müddət ərzində PJB Milli Məclisdə ən önəmli aksiyasını keçirə bildi. Biz Milli Məclisdə müxtəlif yollarla akkreditə olunmuş və jurnalistikadan uzaq təsadüfi adamların işlədiyi qəzetlərin siyahısını hazırladıq və onları "reket nəşrlər" elan edərək siyahını Mətbuat Şurasına göndərdik. Bu çox ciddi addım idi və biz, demək olar ki, "reket" elan olunan nəşrlərin himayəçiləri və parlamentə keçə bilən "jurnalistlərin" təzyiqləri ilə üz-üzə qaldıq. Onların bir qrupu MM həyətində üstümüzə hücum çəkərək bunun bizə baha başa gələcəyini deyirdilər. Amma MM rəhbərliyinin konstruktiv mövqeyi və bizə tam dəstək verməsi vəziyyəti tam dəyişdi. Parlament Jurnalistləri Birliyinin MM mətbuat xidmətinə təqdim etdiyi siyahı bu üzdəniraq "jurnalistlərin" parlamentdən qovulması ilə nəticələndi. Parlament Jurnalistləri Birliyi fəaliyyəti dövründə Azərbaycan Mətbuat Şurası və onun sədri Əflatun Amaşovla konstruktiv əməkdaşlıq edib və bir sıra təkliflərini quruma göndərib. Bunların içində "Media-Siti" - "Jurnalist şəhərciyi" layihəsini göstərə bilərik. PJB-nin bu layihəsi maraqla qarşılandı və Mətbuat Şurası dəstək verəcəyini bildirdi.

Bütün bunlarla yanaşı, jurnalistlərin mənzil problemi PJB-nin prioritet məsələsi olaraq qalır. Bu müddət ərzində bizim BŞİH başçısı Hacıbala Abutalıbovla görüşümüz oldu. 20-yə qədər jurnalistin iştirak etdiyi bu görüşdə şəhər rəhbəri ilə problemin həlli üçün imkanları müzakirə etdik. Amma sonradan bu məsələ şəhər rəhbərliyinin ucbatından süründürməçiliyə salındı...

Məsələ indiyə qədər açıq qalır və həllini tapmayıb. Çalışmalarımızın nəticəsində Dövlət Əmlakının İdarə Edilməsi üzrə Komitənin sədri Kərəm Həsənov "Jurnalist" Mənzil Tikinti Kooperativi üçün "20 Yanvar" ərazisində yarımtikili bina ayrıldığını bəyan etdi. Sonradan bəlli oldu ki, bu binada Qarabağdan qaçqın düşən soydaşlarımız yaşayır. Biz həmin yerdən könüllü imtina etdik.

PJB hazırda mətbuat sahəsində çalışan jurnalistlərin problemlərini araşdırmaq və jurnalist hüquqlarının müdafiəsi ilə məşğuldur. Bununla yanaşı, birlik ilk dəfə olaraq Türkdilli Ölkələrin Parlament Jurnalistlərinin Birliyini yaratmaq təklifini irəli sürüb və ideya dəstəklənib. Artıq Türkiyə, Qazaxıstan, Özbəkistan parlamentləri ilə əlaqələr yaradılıb və müvafiq müzakirələr aparılır.

Bütün bunlara rəğmən qurum jurnalistlərin sosial vəziyyəti, xüsusən mənzil problemi diqqətdə saxlanılır. Qurumun Milli Mətbuat Günü münasibəti ilə prezidentə ünvanladığı son müraciət bu baxımdan diqqətçəkəndir. Biz jurnalistlərin mənzil məsələsinin həllinə ümid edirik. Bu baxımdan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənovun son açıqlamaları bu məsələdə irəliləyiş olacağına güman yeri yaradır. Parlament Jurnalistləri Birliyinin son təklifləri KİV-ə Dövlət Dəstəyi Fondu ilə bağlıdır və biz hesab edirik ki, fond jurnalistlərin sosial problemlərinin həlli üçün konkret təkliflər paketini hazırlayacaq.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Uşaqlar niyə intihar edir?
Çünki məktəblərdə psixoloji iş pis qurulub

Hökumət idxal edilən avtomobillərə "yaş senzi"ni götür-qoy edir
Ölkəmizdə "Avro-3"ə keçid 2010-cu ildə baş tutmalıdır, Avropa ölkələri isə "Avro-5"ə keçməyə hazırlaşır

Qəbul imtahanlarının nəticələri: rəylər, mülahizələr
Orta məktəblərdə təhsilin pis qurulduğu mübahisə doğurmur

Hökməlidə hökm kimin olacaq?..
Polis və sakinlər arasında toqquşmanın baş verdiyi yaşayış massivindən reportaj



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər