Hal-hazırda Ayna qəzetinin 15.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Qəbul imtahanlarının nəticələri: rəylər, mülahizələr
Qəbul imtahanlarının nəticələri: rəylər, mülahizələr
Orta məktəblərdə təhsilin pis qurulduğu mübahisə doğurmur
Şənbə, 15.08.2009

A.Akiqızı mətn ölçüsü  

Bu il orta məktəbi bitirən məzunların imtahan nəticələri çox aşağı oldu. Az qala 20 minə yaxın 11-ci sinif şagirdinin mərkəzləşdirilmiş imtahanda çox aşağı nəticə göstərməsi bu faktı bir daha təsdiqlədi. Digər tərəfdən, ali məktəblərə qəbul imtahanlarında iştirak edən abituriyentlər də aşağı göstərici nümayiş etdirdilər.

TQDK-nın ilkin açıqlamasına görə, bu il abituriyentlərin 31 faizi 0-100 bal, 22,6 faizi 100-200 bal, 18,2 faizi 200-300 bal, 21,2 faizi 300-500 bal, cəmi 6,4 faizi isə 500-700 bal arasında nəticə göstərib. Nəticə qənaətbəxş sayılmır. Çünki 0-100 bal arasənda nəticə göstərən abituriyentlərin sayı 31 faiz təşkil etdiyi halda 500-700 intervalında bu rəqəm cəmi 6,4 faizdir. Təhsil sistemində baş verənlər haqda ötən sayımızda ekspert rəyinə yer vermişdik.

Bu sayımızda isə TQDK-nın orta təhsil üzrə yoxlama, ölçmə materiallarının hazırlanması sektorunun müdiri Afiqə Batıyeva abituriyentlərin imtahan göstəricilərinə əsaslanaraq deyir ki, builki nəticələr ötənilkilərindən aşağıdır. Bəlli olduğu kimi, bunu bu il qəbul imtahanlarında test tapşırıqlarının çətinlik dərəcəsinin artırıldığı ilə əlaqələndirənlər var. Lakin komissiya sözçüsü bu fikirləri gülünc hesab edir. Çünki imtahanda istifadə edilən test tapşırıqlarının hər biri ekspertlərin rəyi ilə hazırlanıb, orta məktəb kursuna tam uyğundur.

Afiqə Batıyeva deyir: "Sadəcə olaraq, fərq ondan ibarətdir ki, əzbərçilik tələb edən materiallardan uzaqlaşaraq, daha çox məntiqi düşüncəyə əsaslanan tapşırıqlara üstünlük verilib. Belə test tapşırıqlarını tapmaq üçün müəyyən biliklər tələb olunur. Orta məktəbdə bilik əldə edən abituriyentlərdə bu biliyin necə tətbiq edilməsi yoxlanılır. Çünki qəbul imtahanında hər bir abituriyentin biliyi obyektiv qiymətləndirilməlidir. Ümumiyyətlə, hər gün dərsə gedib, orta məktəbin dərsliklərindən xəbəri olan hər abituriyent bu tapşırıqlara cavab verməli idi. Test tapşırıqları orta statistik abituriyent üçün nəzərdə tutulur. Ayrı-ayrı ixtisas qrupları üzrə təqdim olunan suallara da abituriyent cavab verməli idi".

Afiqə Batıyeva şagirdlərin aşağı nəticə göstərməsinin səbəblərini təhsil sistemi ilə əlaqələndirir.

REKLAM

Onun sözlərinə görə, şagird hər gün dərsə gedib müəllimi dinləməli, dərsliklərdən xəbərdar olmalı, müəyyən qədər də düşünmə qabiliyyətinə sahib olmalıdır. Bundan başqa, onlara riyazi təfəkkürə, hadisələrin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmaq kimi vərdişlər aşılanmalıdır. Çünki artıq bütün dünyada beynəlxalq standartlar da bunu tələb edir.

Komissiya işçisi deyir ki, hazırda əmək bazarında biliyini doğru tətbiq edən mütəxəssislərə üstünlük verilir. O təəssüflə qeyd edir ki, nəticələr orta məktəblərdə şagirdlərin əzbərçiliyə meyil etdiyini göstərir.

"Nəticələr onu göstərir ki, dərsliklərdə şəkillər vasitəsilə göstərilən sadə suallara adətən abituriyentlər zəif cavab veriblər. Bu onu göstərir ki, abituriyent dərsliyi yaxşı mənimsəmir. Orta məktəblərdə maddi-texniki baza zəifdir. Praktiki yönümlü, laboratoriyada aparılmalı təcrübə yönümlü tapşırıqlar zəif öyrədilir", - deyə Afiqə Batıyeva bildirdi.

Bu məqamda müəllimlərin də təhsil sisteminin əzbərçilik əsasında qurulması fikrinə münasibətini öyrənmək maraqlı olardı. Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü bu qənaətdədir ki, məntiqi suallar təlim prosesinin ən vacib komponentlərindən biridir. Onun sözlərinə görə, dünyada və hətta qonşu Türkiyədə şagirdlərin məntiqi düşüncəsinin inkişaf etdirilməsinə çox böyük əhəmiyyət verilir. Uşaqların məntiqi düşüncəsi, təfəkkürü uşaq bağçasından başlayaraq inkişaf etdirilir, yuxarı siniflərdə də bu zəncir qırılmır. Məntiq ayrıca fənn kimi tədris edilir. Özü də ibtidai sinifdən başlayaraq.

Məlahət Mürşüdlü deyir: "TQDK-nın testdə məzunların məntiqi düşüncəsini göstərmək qabiliyyətini nümayiş etdirməsinə yönəlmiş sualları çox bəyənirəm. Digər fənn müəllimlərinin də rəylərini nəzərə alaraq deyirəm ki, "suallar çətindir" fikri ilə razılaşmırıq. Bu fikrimə aydınlıq gətirməyə ehtiyac duyuram. Əslində testdə çətin suallar olmalıdır. Ən azı sualların 20 faizi mürəkkəb olmalıdır. Çünki bu, seçimdir. Güclünü zəifdən fərqləndirən suallar olmalıdır. Sualları nəzərdən keçirən mütəxəssis kimi deyə bilərəm ki, universitet tələbəsi adını qazanmaq istəyənlər üçün çətin suallar deyildi".

Məlahət Mürşüdlü deyir ki, əslində problem orta məktəblərdə məntiqi düşüncənin, təfəkkürün inkişaf etdirilmədiyindədir. Ekspertin söylədiklərindən məlum oldu ki, 2007-ci ildən kurrikulum proqramları əsasında bəzi məktəblərdə pilot təlim aparılırdı. Bu ildən başlayaraq isə bütün məktəblərdə kurrikulum əsasında təlim prosesi başlayacaq. Birlik sədri deyir ki, gecikmiş də olsa bu addım atılır.

Eyni zamanda, Məlahət Mürşüdlü izahat verir: "Lakin məsələ ondadır ki, bu növ təlimdə də məntiqi düşüncənin inkişafına yönəlik tapşırıqlar olduqca azdır. Kitabları, təlim materiallarını hazırlayan mütəxəssislər xarici dövlətlərə səfərlər edirlər, yeni texnologiyalarla, öncül ölkələrin təhsil sistemi ilə tanış olurlar. Nədən bunları bizim təhsil sistemimizdə tətbiq etmirlər? - bu bizim üçün sual olaraq qalır. Ümumiyyətlə, vətəndaşlar sosial elmlərlə, biliklərlə tərbiyə olunur.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Ali məktəblərə qəbul imtahanının son qaydaları açıqlandı

Sabah keçiriləcək IV ixtisas qrupu üzrə qəbul imtahanlarının qaydaları açıqlandı

Bölmənin digər xəbərləri
 
Uşaqlar niyə intihar edir?
Çünki məktəblərdə psixoloji iş pis qurulub

Hökumət idxal edilən avtomobillərə "yaş senzi"ni götür-qoy edir
Ölkəmizdə "Avro-3"ə keçid 2010-cu ildə baş tutmalıdır, Avropa ölkələri isə "Avro-5"ə keçməyə hazırlaşır

Jurnalistlərin mənzil problemi
Məsələ indiyədək açıq qalır və həllini tapmayıb

Hökməlidə hökm kimin olacaq?..
Polis və sakinlər arasında toqquşmanın baş verdiyi yaşayış massivindən reportaj



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər