Hal-hazırda Ayna qəzetinin 15.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Hökumət idxal edilən avtomobillərə "yaş senzi"ni götür-qoy edir
Hökumət idxal edilən avtomobillərə "yaş senzi"ni götür-qoy edir
Ölkəmizdə "Avro-3"ə keçid 2010-cu ildə baş tutmalıdır, Avropa ölkələri isə "Avro-5"ə keçməyə hazırlaşır
Şənbə, 15.08.2009


Aytən Poladova, coğrafiya elmləri namizədi
mətn ölçüsü  

"Təbiət zarafatları qəbul etmək iqtidarında deyil. Təbiət hər zaman haqlı və ciddidir. Bütün səhvlər yalnız insanlar tərəfindən törədilir". Bu sözləri Yohan Volfqanq Höte deyib və tamamilə bizim günlərə aiddir. Təbiətlə edilən "zarafatlar" bu gün qlobal iqlim dəyişmələrinə gətirib çıxarıb və bu hal özünü bizim bölgədə də göstərir. Belə ki, son illərdə Azərbaycanda bir sıra ekstremal temperatur göstəriciləri müşahidə edilmişdir.

Qlobal iqlim dəyişmələrinin əsas səbəblərindən biri antropogen amilləridir və bu faktorlar atmosferin çirklənməsi, torpaq, su və bioresursların insanlar tərəfindən hədsiz və qeyri-səmərəli istismarıdır. Atmosfer havası ətraf mühitin vacib komponenti olmaqla, onda baş verən hər hansı dəyişmələr insanların sağlamlığına, əmək qabiliyyətinə, bitki və heyvanat aləminə, ümumiyyətlə bütün biosferə təsir edir.

Atmosfer havasının çirklənməsinin əsas səbəbləri - sənaye müəssisələrində köhnə texnologiyaların saxlanması, mövcud avadanlıqların fiziki və mənəvi cəhətdən köhnəlməsi, texnoloji rejimlərə əməl olunmaması, müəssisələrdə qaz və toztutucu qurğuların düzgün və tam gücü ilə istifadə edilməməsi, yeni yaradılan istehsal sahələrində ekoloji amillərlə bağlı tədbirlərin həyata keçirilməməsi, nəqliyyat vasitələrinin nasaz şəkildə istismarı və sairdir.

2000-2005-ci illərdə Dövlət Statistika Komitəsinin məlumatına görə, Bakı şəhərində hava hövzəsinə 2000-ci ildə 563.7 min, 2001-ci ildə 591.5 min, 2002-ci ildə 402 min, 2003-cü ildə 621.3 min, 2004-cü ildə 539.75 min, 2005-ci ildə 464.2 min ton zərərli maddələr atılmışdır. Bunların da müvafiq olaraq 229,9 min, 284,7 min, 285 min, 289,8 min, 290 min və 349,2 min tonu avtonəqliyyatın payına düşür.

Son altı il müddətində Bakı şəhərində üzərində daimi müşahidə aparılan 16 zərərli birləşmələrdən tozun havada maksimum konsentrasiyası 3,0 - 6,0 dəfə, azot 4 oksid 3,0 - 4,5 dəfə, hidrogen sulfid 1,0 - 1,1 dəfə, his 5,0 - 13,0 dəfə, xlor 1,3 - 1,7 sanitar-gigiyenik normadan çox olmuşdur.

Paytaxtda havanın çirklənməsinə səbəb sənaye tullantıları ilə yanaşı çoxsaylı nəqliyyat vasitələrindən, əsasən də mühərriklərdən buraxılan yanma məhsullarıdır. Avtonəqliyyatın sürətli inkişafı, avtomobil tıxacları şəhərin hava hövzəsinin dayanıqlı çirklənməsinin başlıca mənbəyidir. Bakının atmosfer havasına atılan zərərli maddələrin 70%-i nəqliyyatın payına düşür. Belə ki, avtobus parkının, neft sənayesi və tikinti nəqliyyatının əsas kütləsini köhnəlmiş avtobuslar təşkil edir və Bakı şəhərinin sakinləri bu avtobusların şəhərin havasını nə dərəcədə çirkləndirdiyinin hər gün müşahidəçisi olurlar.

Avro 1-5 standartları nədir?

Avro 1-5 standartları avtomobil mühərriklərinə və yanacaqlara şamil edilən tələblərdir. Bu standartları təşkil edən əsas amillər bunlardır: avtomobillərin texniki vəziyyəti; istifadə olunan yanacağın keyfiyyəti; nəqliyyat infrastrukturunun təşkili; alternativ yanacaq resurslarından istifadə.

Bu amilləri ölkəmiz üzrə ayrı-ayrılıqda təhlil etdikdə nə görürük? Bizdə istifadə olunan avtomobillərin çoxu MDB ölkələrində istehsal edilmişdir. Bundan əlavə, 10 ildən artıqdır ölkəyə xaricdən həmin ölkələrdə işləmə müddəti həddinə və ekoloji cəhətdən yararsızlığına görə istismarı qadağan edilmiş avtomobillər idxal edilir. Avtomobillərin modelləri bütün əsas göstəricilərinə görə (qənaətlilik, etibarlılıq, təhlükəsizlik, ekoloji yararlılıq) sənayecə inkişaf etmiş ölkələrdən 8-10 il geridə qalır.

Ölkədə istismar edilən avtomobillərin üçdə ikisinin Bakı şəhərində cəmləşdiyini nəzərə alsaq, ətraf mühitin mühafizəsi sahəsində qarşıda duran problelmərin nə dərəcədə aktual olduğu aydın olar. Hazırda ölkəmizdə avtomobillərdən xaric olunan qaz tullantılarının zəhərlilik hədlərini müəyyənləşdirən müasir ekoloji təhlükəsizlik standartları işlənib hazırlanmamışdır.

REKLAM

Bu günədək ölkədə keçmiş SSRİ-nin 1987-ci il standartları qüvvədədir ki, bu standartlar da nəinki bu günə olan beynəlxalq tələblərə cavab verir, hətta onlardan nəzərə çarpacaq dərəcədə geri qalır.

Avropalının mühərrikə və velosipedə baxışı

Mühərriklərə gəldikdə, Avropa ölkələrində əhali əsasən mühərriki aşağı gücə malik avtomobillərdən istifadə edir. Bu ölkələrdə ciplər və mühərriki yüksək gücə malik başqa avtomobillər dəbdə deyil. Ən tanınmış avtomobil markalarının vətəni olan Almaniyada əhali əsasən velosipedlər və mühərrikləri nisbətən zəif (1.2 - 1.8) avtomobillərə üstünlük verir. Bunu həm maddi, həm də ekoloji faktorlarla əsaslandırırlar.

Avropa ölkələrində vətəndaşlar dövlət rüsumunu mühərriklərin gücündən asılı olaraq ödəyirlər və ona görə də istifadə etdikləri avtomobillərin mühərriklərinin nisbətən az gücü olması ilə kifayətlənirlər. Velosipedə gəldikdə, ondan istifadə insanların fiziki durumu üçün olduqca faydalıdır, bizdə isə idman zallarında velotrenajorlara üstünlük verilir. Əfsuslar olsun ki, Bakı şəhərinin küçələri velosiped sürücüləri üçün əlverişli deyil və şəhərin gələcək yol-nəqliyyat infrastrukturunun inkişafında velosiped yollarının nəzərə alınması şəhər sakinlərinin bir çoxu tərəfindən dəstəklənərdi.

İstifadə olunan yanacaqların keyfiyyətinə gəldikdə, bu, çox mübahisəli məsələdir. Vətəndaşların müxtəlif benzindoldurma məntəqələrində eyni markalı yanacağın fərqli keyfiyyətdə olması barədə fikirləri mövcuddur.

Bizim hər birimiz gün ərzində şəhərdə avtomobil tıxaclarını müşahidə edirik. Tıxaclar zamanı avtomobillərdən havaya atılan yanmış qazların miqdarı həmin avtomobilin hərəkəti zamanı ixrac edilən qazlardan bir neçə dəfə artıqdır. Bu, danılmaz həqiqətdir. Son illər bir sıra buraxıcı körpülərin inşasına baxmayaraq avtomobil tıxacları yenə də meqapolisin problemi olaraq qalır.

Avtomobillərə "yaş senzi"

Çıxış yolu olaraq, ölkəyə gətirilən avtomobillər üçün "yaş senzi" müəyyən edilməli, köhnəlmiş avtomobillərin idxalına yasaq qoyulmalıdır. Məsələn, Türkiyə bu yolu tutdu. Təbii ki, köhnəlmiş avtomobillərin istismarının yasaq olunması aztəminatlı insanlara maddi zərər vurardı. Amma dövlət bunun üçün xüsusi fondlar yarada, köhnəlmiş avtomobillərin əlverişli şərtlərlə alınması və utilizasiyasını öz üzərinə götürə, bu şəxslərə təzə avtomobil almaları üçün aşağı faizlə kredit verə bilərdi. Bundan başqa, istifadə olunan dizel və benzin yanacaqlarının Avro 3 standartlarına uyğun olması üçün tədbirlər görülməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hazırlanmış təkliflərinə görə, inkişaf etmiş ölkələrdən 5, Rusiyadan, eləcə də digər MDB ölkələrindən 3 ildən çox istismar olunan avtomobillərin ölkəyə gətirilməsi qadağan ediləcək. Hökumət bu yolla ölkədə köhnə avtomobillərin sayını azaltmağa çalışır. Nazirliyin hazırladığı bu təklif baxılmaq üçün hökumətə təqdim olunub.

Havanın çirklənməsində avtomobillərin rolu 40-50 faiz təşkil edir. Sovet dövründə və sonrakı illərdə Rusiya istehsalı olan bəzi avtomaşınların atmosferi daha çox çirkləndirdiyi artıq təsdiq olunub. Ölkəmizdə avtomaşınlardan tullantılara nəzarət normativlərinin sovet dövrünə aid olması da problemin həllinə mane olur. Hökumətin qarşısında duran məsələ yeni standartlara - "Avro-2", "Avro-3"-ə keçiddir.

Ölkəmizin "Avro-2"yə keçidi 2010-cu ilə nəzərdə tutulur. Lakin həmin vaxtadək daxildə istehsal olunan dizel yanacağının standartlara cavab verməyəcəyi də nəzərə alınıb. "Avro-3"ə keçid 2010-cu ildə baş tutmalıdır. İndi Avropa ölkələri "Avro-5"ə keçməyə hazırlaşır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Müğənnilərin avtomobili gözə gəlib

Müğənnilərin avtomobil yarışı

Bölmənin digər xəbərləri
 
Uşaqlar niyə intihar edir?
Çünki məktəblərdə psixoloji iş pis qurulub

Qəbul imtahanlarının nəticələri: rəylər, mülahizələr
Orta məktəblərdə təhsilin pis qurulduğu mübahisə doğurmur

Jurnalistlərin mənzil problemi
Məsələ indiyədək açıq qalır və həllini tapmayıb

Hökməlidə hökm kimin olacaq?..
Polis və sakinlər arasında toqquşmanın baş verdiyi yaşayış massivindən reportaj



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər