Hal-hazırda Ayna qəzetinin 08.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 08.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Gənc liderlər Qazağa toplaşıb
Gənc liderlər Qazağa toplaşıb
Orada 100 gənc yay məktəbi çərçivəsində liderlik təlimi keçir
Şənbə, 08.08.2009

İsmayıl Umudlu mətn ölçüsü  

"İRƏLİ" ictimai birliyi, Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatlarının Milli Şurası birgə olaraq 8-17 avqust 2009-cu il tarixləri arasında Qazax şəhərində yerləşən Milli Olimpiya Kompleksində "Gənc Liderlər üçün Yay Universiteti" adlı layihəyə start verir. Bu barədə "Ayna"ya "İRƏLİ" ictimai birliyinin sədri Ceyhun Osmanlı xəbər vermişdir.

Qeyd etmək lazımdır ki, yay məktəbini iştirakçıların sayına və proqramının zənginliyinə görə son illərin Azərbaycanda keçirilən ən yaxşı düşərgəsi hesab etmək olar.

Layihə çərçivəsində 100 nəfər gənc lider üçün ritorika və natiqlik bacarıqları, liderlik təlimləri, işgüzar etiket, layihələrin yazılması və idarə olunması, insan hüquqları, şəbəkələşmə, müasir internet texnologiyaları mövzusunda təlimlər, Azərbaycan tarixinin XX əsri əhatə edən dövrü və azərbaycançılıq ideyası haqqında mühazirələr keçiriləcəkdir. Bununla yanaşı, gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə maraqlı intellektual oyunlar, ekskursiyalar, idman yarışları, mədəni-əyləncəli proqramlar təşkil olunacaqdır.

Yay Universiteti çərçivəsində həmçinin gənclər ətraf rayonlara müxtəlif səfərlər edəcək, o cümlədən sərhədyanı hərbi hissəni ziyarət edəcəklər.

Proqramın düşərgə iştirakçılarının gələcəkdə dövlət qulluğuna cəlb olunması baxımından da əhəmiyyəti vardır. Bunun üçün gənc liderlərin hazırlığına xüsusi diqqət ayrılacaq, gənclərin müxtəlif dövlət xadimləri - Prezident Administrasiyasının şöbə müdirləri, nazirlər, millət vəkilləri və digər ekspertlər ilə görüşləri və interaktiv müzakirələri reallaşdırılacaqdır.

Yay Universiteti ərzində gənclərin gənclər və idman naziri Azad Rəhimov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, millət vəkillərindən Əli Hüseynov, Qənirə Paşayeva, Rövşən Rzayev, Aydın Mirzəzadə, Asim Mollazadə, tarixçilər Cəmil Həsənli, Eldar İsmayılov, politoloq Rasim Musabəyov, jurnalistlərdən Qulu Məhərrəmli, Rəşad Məcid, mədəniyyət xadimlərindən Fəxrəddin Manafov, Tünzalə Ağayeva, Tahir İmanov, hüquqşünaslardan Lətif Hüseynov, Rövşən İsmayılov, Səadət Yusifova, Otari Qvaladze, Nadir Adilov, Anar Bağırov, GRBS şirkətinin təlimçiləri Bəhram Qurbanov, Fidan Əzimov, Elektron və İnternet Texnologiyaları üzrə mütəxəssislər Elnur Baimov, Mikayıl Məmmədov, Qazax rayon icra hakimiyyətinin başçısı Rauf Hüseynov, Ağstafa rayon icra hakimiyyətinin başçısı Elxan Usubovun qonaqlarla görüşü təsdiq olunmuşdur.

Layihədə ictimai fəallığı ilə seçilən 100 gənc iştirak edəcəkdir. Bu gənclər əsasən "İRƏLİ" ictimai birliyinin fəalları, müxtəlif gənclər təşkilatları və ali məktəblərin tələbə-gənclər təşkilatlarının liderlərindən ibarətdir. Layihənin açılış mərasimi avqustun 9-da səhər saat 10:00-da Qazax şəhərində yerləşən Olimpiya Kompleksində keçiriləcək. Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, "İRƏLİ" ictimai birliyinin sədri Ceyhun Osmanlı və Gənclər Təşkilatlarının Milli Şurasının sədri Fuad Muradov iştirak edəcəklər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Sənət dünyasının yay istirahəti

Uşaqlar üçün yay məktəbləri bərpa edilsin

Bölmənin digər xəbərləri
 
Orduda itkilər artır
Hərbi xidmətə çağırışın yeni qaydaları ortaya xeyli problemlər çıxarıb

"Pakistan hər zaman Azərbaycanın yanındadır"
Dünən Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Pakistan Hərbi Dəniz Qüvvələri komandanı admiral Bəşir Nomanın başçılıq etdiyi heyəti qəbul edib.

Ağasif Şakiroğluna qarşı qaldırılmış cinayət işinə xitam verilib
Onu həbsdən azad edib əsgərliyə yola salıblar

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşlarının Azərbaycana səfəri gözlənir
Yaxın vaxtlarda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin bir qrup əməkdaşının Azərbaycana səfəri gözlənir.

"Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı"na başlanır
"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi bu aydan etibarən "Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı" adlı layihəsinin icrasına başlayır.

Türk ordusunda sürpriz istefa
Türkiyənin Ali Hərbi Şurası tərəfindən 3 gün əvvəl 2-ci Hava Qüvvələri komandanı təyin edilən general Mustafa Çotuksökən gözlənilmədən istefa verib.

Bakı-Tiflis-Qars dəmir yol layihəsi təxirə düşə bilər
Gürcüstanda ötənilki müharibə və bir sıra texniki səbəblər layihəni ləngidir

Bakıda İslam Universitetinə rəsmən izin verildi
Onun rayon filialları isə fəaliyyətini dayandırır

Ali məktəblərin boş qalmış yerlərinə qəbul davam edir
Birinci turda 550-557 bal toplamış abituriyent qəbuldan kənar qalıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər