Hal-hazırda Ayna qəzetinin 08.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 08.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
"Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı"na başlanır
Şənbə, 08.08.2009

mətn ölçüsü  

"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi bu aydan etibarən "Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı" adlı layihəsinin icrasına başlayır. Mərkəzdən verilən məlumata görə, 6 ay davam edəcək layihə Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu tərəfindən maliyyələşdirilir. "Doktrina" mərkəzindən verilən bilgiyə görə, layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanın vətəndaş cəmiyyətinin hərbi sahədə aparılan islahatlar və baş verən hadisələr barədə məlumat almaq hüququ barədə maarifləndirilməsidir.

"Bu gün iki ayrı-ayrı qütbə baxaq: Müdafiə Nazirliyi Silahlı Qüvvələrdə islahatlar prosesinin normal getdiyini, heç bir problemin olmadığını bəyan edir. Lakin müstəqil və müxalif mətbuat səhifələrində bunlar tamamilə inkar olunur. Mətbuat orduda insan haqlarının pozulması, şəxsi heyət arasında qeyri-sağlam münasibətlərin mövcudluğundan, mənəvi və psixoloji gərginlikdən, ölüm hadisələrindən, cavabdehsizlikdən, zəif təminat və təchizatdan, döyüş qabiliyyətinin aşağı olmasından, hərbi sahədə korrupsiya və rüşvətxorluq hallarından mütəmadi olaraq məqalələr dərc edir. Bir-birini inkar edən - bir tərəfdən yalançı arxayınlıq yaradan həddən artıq təriflər, digər tərəfdən problemləri həddən çox qabardaraq Milli Orduya ümidsizlik doğuran məqalələr cəmiyyəti çaşdırır", - deyə "Doktrina" mərkəzi bildirir.

Mərkəz ekspertlərinin fikrincə, yazılan məqalələrin əksəriyyəti sivil vasitələrlə əldə edilmiş məlumatlara deyil, mülahizələrə, şikayətlərə və fövqəladə hadisə xəbərlərinə, bəzən də təhrif olunmuş, şişirdilmiş, təşviş doğuran xəbərlərə əsaslanır. "Əsl vəziyyət isə çox məhdud saylı vəzifəli şəxslərə məlumdur" - "Doktrina" ekspertlərinin fikri belədir. Onlar vəziyyətin düzəlməsinə, Azərbaycanda hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafına ehtiyac olduğunu bəyan edirlər.

Mərkəzdən bildirdilər ki, layihə ilə bağlı daha geniş məlumat gələn həftə mətbuat konfransında veriləcək. Layihənin həyata keçirilməsində tərəfdaş təşkilat qismində "Hərbi Jurnalistlər" İctimai Birliyi çıxış edir.





Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Röyanın səhhəti pisləşib

İnformasiya "sipər"ləri

Bölmənin digər xəbərləri
 
Orduda itkilər artır
Hərbi xidmətə çağırışın yeni qaydaları ortaya xeyli problemlər çıxarıb

"Pakistan hər zaman Azərbaycanın yanındadır"
Dünən Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Pakistan Hərbi Dəniz Qüvvələri komandanı admiral Bəşir Nomanın başçılıq etdiyi heyəti qəbul edib.

Ağasif Şakiroğluna qarşı qaldırılmış cinayət işinə xitam verilib
Onu həbsdən azad edib əsgərliyə yola salıblar

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşlarının Azərbaycana səfəri gözlənir
Yaxın vaxtlarda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin bir qrup əməkdaşının Azərbaycana səfəri gözlənir.

Türk ordusunda sürpriz istefa
Türkiyənin Ali Hərbi Şurası tərəfindən 3 gün əvvəl 2-ci Hava Qüvvələri komandanı təyin edilən general Mustafa Çotuksökən gözlənilmədən istefa verib.

Bakı-Tiflis-Qars dəmir yol layihəsi təxirə düşə bilər
Gürcüstanda ötənilki müharibə və bir sıra texniki səbəblər layihəni ləngidir

Bakıda İslam Universitetinə rəsmən izin verildi
Onun rayon filialları isə fəaliyyətini dayandırır

Gənc liderlər Qazağa toplaşıb
Orada 100 gənc yay məktəbi çərçivəsində liderlik təlimi keçir

Ali məktəblərin boş qalmış yerlərinə qəbul davam edir
Birinci turda 550-557 bal toplamış abituriyent qəbuldan kənar qalıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər