Yaxın vaxtlarda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin bir qrup əməkdaşının Azərbaycana səfəri gözlənir. Səfərdə məqsəd iki ölkə xüsusi xidmət orqanları arasında mövcud və perspektiv əməkdaşlığı müzakirə etməkdir. Keçiriləcək görüşlərdə beynəlxalq terrorizmə və regional təhlükəsizliyə dair məsələlər də diqqət mərkəzində olacaq. Səfər zamanı qonaqlar prezident İlham Əliyev və milli təhlükəsizlik naziri Eldar Mahmudov, daxili işlər naziri Ramil Usubovla görüşəcəklər.