![]() |
çap et |
|
|||
Dünən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində Müsavat Gənclər Təşkilatının təşəbbüsü ilə "Hədəf" Gənclər Koalisiyasının sədri Ağasif Şakiroğlunun həbsi, daha sonra onun sərbəst buraxılaraq əsgərliyə aparıldığı ilə bağlı "dəyirmi masa" keçirilib.
Müsavat Partiyasının Gənclər Təşkilatının nümayəndələri qeyd ediblər ki, ölkədə müxalif düşüncəli gənclərə qarşı təhlükələr və təzyiqlər artıb və bununla mübarizə aparmaq lazımdır. AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı qeyd edib ki, hakimiyyətin bu siyasətinə qarşı mübarizə üçün təşkilatlanmaq lazımdır. Qurbanlı bildirib ki, hakimiyyətin planında bundan sonra da gənc fəalların həbsləri var. Tədbirdə iştirak edən Ağasif Şakiroğlunun valideynləri oğulları ilə bağlı baş verənləri ədalətsiz adlandırıblar. Onlar Apellyasiya Məhkəməsinin ədalətli qərar çıxardığını bildirsələr də, hərbi komissarlığın əməllərindən narazılıq ifadə ediblər. Onlar baş verən əhvalatı "siyasi əqidəyə görə təqib" sayırlar. Rəsmi qurumlar öz növbəsində gəncin səmimi peşmançılıq çəkməsini və gənc olduğunu nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməklə, barəsində qaldırılmış cinayət işinin icraatına xitam verildiyi haqda xəbər yayıblar. "Hədəf" Gənclər Koalisiyasının rəhbəri Ağasif Şakiroğluna (İbrahimov) qarşı CM 321.1 maddəsi (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) ilə cinayət işi açılıb, barəsində həbs-qətimkan tədbiri seçilmişdi. 3 gün sonra isə Bakı Apellyasiya Məhkəməsi onun həbsdən azad olunması ilə bağlı qərar verib. Həmin gün axşamüstü Şakiroğlu orduya yola salınıb.я |