Hal-hazırda Ayna qəzetinin 08.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 08.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Ağasif Şakiroğluna qarşı qaldırılmış cinayət işinə xitam verilib
Ağasif Şakiroğluna qarşı qaldırılmış cinayət işinə xitam verilib
Onu həbsdən azad edib əsgərliyə yola salıblar
Şənbə, 08.08.2009

İ.Telmanoğlu mətn ölçüsü  

Dünən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində Müsavat Gənclər Təşkilatının təşəbbüsü ilə "Hədəf" Gənclər Koalisiyasının sədri Ağasif Şakiroğlunun həbsi, daha sonra onun sərbəst buraxılaraq əsgərliyə aparıldığı ilə bağlı "dəyirmi masa" keçirilib.

Müsavat Partiyasının Gənclər Təşkilatının nümayəndələri qeyd ediblər ki, ölkədə müxalif düşüncəli gənclərə qarşı təhlükələr və təzyiqlər artıb və bununla mübarizə aparmaq lazımdır.

AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı qeyd edib ki, hakimiyyətin bu siyasətinə qarşı mübarizə üçün təşkilatlanmaq lazımdır. Qurbanlı bildirib ki, hakimiyyətin planında bundan sonra da gənc fəalların həbsləri var.

Tədbirdə iştirak edən Ağasif Şakiroğlunun valideynləri oğulları ilə bağlı baş verənləri ədalətsiz adlandırıblar. Onlar Apellyasiya Məhkəməsinin ədalətli qərar çıxardığını bildirsələr də, hərbi komissarlığın əməllərindən narazılıq ifadə ediblər. Onlar baş verən əhvalatı "siyasi əqidəyə görə təqib" sayırlar.

Rəsmi qurumlar öz növbəsində gəncin səmimi peşmançılıq çəkməsini və gənc olduğunu nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməklə, barəsində qaldırılmış cinayət işinin icraatına xitam verildiyi haqda xəbər yayıblar.

"Hədəf" Gənclər Koalisiyasının rəhbəri Ağasif Şakiroğluna (İbrahimov) qarşı CM 321.1 maddəsi (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) ilə cinayət işi açılıb, barəsində həbs-qətimkan tədbiri seçilmişdi. 3 gün sonra isə Bakı Apellyasiya Məhkəməsi onun həbsdən azad olunması ilə bağlı qərar verib. Həmin gün axşamüstü Şakiroğlu orduya yola salınıb.я



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Azərbaycan Ordusunun güclü olduğu sübut edildi"

Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək

Gənc fəalların həbsi ilə bağlı etirazlar davam edir

Orduda rotasiya problemi

Ermənistan ordusunun çağırışçı problemi

Bölmənin digər xəbərləri
 
Orduda itkilər artır
Hərbi xidmətə çağırışın yeni qaydaları ortaya xeyli problemlər çıxarıb

"Pakistan hər zaman Azərbaycanın yanındadır"
Dünən Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Pakistan Hərbi Dəniz Qüvvələri komandanı admiral Bəşir Nomanın başçılıq etdiyi heyəti qəbul edib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşlarının Azərbaycana səfəri gözlənir
Yaxın vaxtlarda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin bir qrup əməkdaşının Azərbaycana səfəri gözlənir.

"Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı"na başlanır
"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi bu aydan etibarən "Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı" adlı layihəsinin icrasına başlayır.

Türk ordusunda sürpriz istefa
Türkiyənin Ali Hərbi Şurası tərəfindən 3 gün əvvəl 2-ci Hava Qüvvələri komandanı təyin edilən general Mustafa Çotuksökən gözlənilmədən istefa verib.

Bakı-Tiflis-Qars dəmir yol layihəsi təxirə düşə bilər
Gürcüstanda ötənilki müharibə və bir sıra texniki səbəblər layihəni ləngidir

Bakıda İslam Universitetinə rəsmən izin verildi
Onun rayon filialları isə fəaliyyətini dayandırır

Gənc liderlər Qazağa toplaşıb
Orada 100 gənc yay məktəbi çərçivəsində liderlik təlimi keçir

Ali məktəblərin boş qalmış yerlərinə qəbul davam edir
Birinci turda 550-557 bal toplamış abituriyent qəbuldan kənar qalıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər