Hal-hazırda Ayna qəzetinin 08.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 08.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Latviya prezidentinin səfər proqramı zəngindir
Latviya prezidentinin səfər proqramı zəngindir
Yüksək qonaq Şəki Xan sarayında və "Jalə" zavodunda da olacaq
Şənbə, 08.08.2009


Xaqani
mətn ölçüsü  

Latviya prezidenti Valdis Zatlersin Azərbaycana dövlət səfərinin proqramı açıqlanıb. Valdis Zatlers 10-12 avqust tarixlərində Azərbaycanda dövlət səfərində olacaq.

APA-nın Latviya prezidentinin mətbuat xidmətinə istinadən xəbərinə görə, səfərin ilk günü V.Zatlersin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır. Görüşdən sonra prezidentlərin iştirakı ilə iki ölkənin heyətləri arasında danışıqlar olacaq. Latviya prezidenti həmin gün Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovla görüşəcək, Heydər Əliyev Fondunda olacaq və bir sıra digər rəsmi tədbirlərə qatılacaq.

Avqustun 11-də V.Zatlers Azərbaycanın baş naziri Artur Rasizadə ilə görüşəcək, "Səngəçal Oil" terminalına baş çəkəcək və Azərbaycan-Latviya biznes-forumunda çıxış edəcək. Sonra o, Şəki şəhərinə gedərək ipək fabrikində, Xan sarayı və digər tarixi-mədəni abidələrlə tanış olacaq. Avqustun 12-də Latviya prezidenti Şəki tarix-diyarşünaslıq muzeyində və "Jalə" şirələri istehsal edilən müəssisədə olacaq. Günün ikinci yarısında Latviya prezidenti Bakıda biznes-forumun yekunlarını müzakirə etmək üçün latviyalı sahibkarlarla görüşəcək, Latviya səfirliyində latış icmasının nümayəndələri ilə görüşəcək.

Dövlət səfəri zamanı Latviya prezidentini bu ölkənin xarici işlər naziri Maris Riekstinış, iqtisadiyyat naziri Artis Kampars, rabitə naziri Kaspar Gerhards, parlamentin xarici işlər komissiyasının rəhbəri Andris Berzinış, prezident dəftərxanasının, nazirliklərin, Latviya Sərmayələr və İnkişaf Agentliyinin nümayəndələri, həmçinin 75 latviyalı sahibkar müşayiət edəcək.

Latviya prezidentinin xanımının da öz səfər proqramı olacaq. Səfərin ilk günü o, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə görüşəcək, Talassemiya Tibb Mərkəzinin işi, Azərbaycanın tarixi-mədəni və bədii irsi ilə tanış olacaq.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Pentaqon Azərbaycanın Müdafiə Nazirliyində dəyişikliklər aparılmasında israr edir?
Nazirlikdə rəhbər vəzifə tutan kadrlarla bağlı çəkişmə böyüyür

Türk Cümhuriyyətləri Birliyi - xəyal, yoxsa mümkünlük?
Siyasi istək və qətiyyət olarsa, qarşıdakı 10 ildə AB timsalında təşkilatlanma tamamilə mümkün bir işdir

Rasmussen NATO-su Azərbaycanla əlaqələri nə şəkildə quracaq?
Brüsselin Moskvanı "razı" sala biləcəyi proqnozlaşdırılır

Hüquqşünaslar arasında dəyişikliklərə olan inamı itirənlərin sayı çoxalıb
ATƏT-in, AŞ PA-nın bizim hüquq ictimaiyyətinə dəstəyi yox dərəcəsinə çatıb

Eduard Rossel - qurucu və yaradıcı lider
Heyif ki, bizim ölkədə belələri azdır

Yuxarıdan aşağı "sırınan" sülh Cənubi Qafqazda uğur qazanmaz
Britaniyalı ekspert xalq diplomatiyasının rolundan danışır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər