Hal-hazırda Ayna qəzetinin 08.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 08.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Rasmussen NATO-su Azərbaycanla əlaqələri nə şəkildə quracaq?
Rasmussen NATO-su Azərbaycanla əlaqələri nə şəkildə quracaq?
Brüsselin Moskvanı "razı" sala biləcəyi proqnozlaşdırılır
Şənbə, 08.08.2009

C.Məzahiroğlu mətn ölçüsü  

Dünən Hərbi Analitik Tədqiqatlar Mərkəzi (HATM) iyul ayında Azərbaycanın və Cənubi Qafqazın müdafiə və təhlükəsizlik sektorunda baş verən hadisələrlə bağlı mətbuat konfransı keçirdi. HATM direktoru, ehtiyatda olan polkovnik İldırım Məmmədov bəzi məqamlar üzərində dayandı.

İyul ayında Azərbaycanın müdafiə sənayesinin perspektivlərini müəyyənləşdirən bir sıra hadisələr baş verib. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin İsrailin Elta Systems Ltd. (Israel Aerosrace Industries (IAI) şirkətlər qrupuna daxildir) şirkəti ilə kəşfiyyat peyki istehsalını həyata keçirəcəyi bəlli olub. İldırım Məmmədov bunu çox uğurlu bir layihə adlandırdı. O hesab edir ki, bu layihə Azərbaycanın milli təhlükəsizlik maraqlarına uyğundur.

Məlumatlara görə, "İstiqlal" snayper tüfənginin yeni versiyası hazırlanır. İ.Məmmədov bildirdi ki, "İST 2" adlanacaq snayper tüfəngi 12,7 mm çaplı olacaq. Tüfəng çəkisinə görə "İstiqlal"ın hazırda təqdim olunan 14,5 mm çaplı versiyasından yüngül olacaq. Eyni zamanda "Xəzri" avtomatik tüfənginin hazırlanaraq yaxın vaxtlarda Silahlı Qüvvələrə təqdim olunacağı barədə məlumat var. Tamamilə yerli mütəxəssislər tərəfindən hazırlanmış "Xəzri" bəzi xüsusiyyətlərinə görə "Kalaşnikov" avtomatından müsbət mənada fərqlənir.

Bundan başqa, Azərbaycanda istehsal olunan "Qürur" və "İnam" tapança modelinin bu il silahlanmaya qəbul olunacağı gözlənir. İ.Məmmədov bütün bu sadalanan milli silah növləri barədə ictimaiyyətə geniş və dolğun məlumat verilməsini zəruri sayır.

Qarabağ münaqişəsi diqqət mərkəzində

Ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində aparılan danışıqlara gəldikdə, İ.Məmmədov bu xüsusda ABŞ prezidenti Barak Obamanın iyulun 6-7-də Moskvada rusiyalı həmkarı Dmitri Medvedyevlə görüşünə xüsusi diqqət yetirdi. İ.Məmmədovun sözlərinə görə, indi həmsədrlərin cəbhə xəttində atəşkəsə maksimum dərəcədə nail olmalarına çalışması absurddur. "Rusiyalı həmsədr Yuri Merzlyakov iyulun 9-da bəyan etdi ki, snayperlərin cəbhə xəttindən geri çəkilməsi məsələsində Azərbaycan və Ermənistan arasında razılığa gəlmək mümkün olmayıb. Bu əslində çox absurd bir bəyanat idi", - deyə İ.Məmmədov bildirdi.

İyulun 10-da ABŞ, Rusiya və Fransa prezidentlərinin "Böyük səkkizlər"in İtaliyanın Akvil şəhərində keçirilən toplantısında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı birgə bəyanatla çıxış edərək Azərbaycan və Ermənistanı baza prinsiplərinin razılaşdırılmasını başa çatdırmağa çağırmaları xatırlandı. İyulun 11-də isə Ağ Evin mətbuat xidməti Dağlıq Qarabağ münaqişəsinin həllini nəzərdə tutan Baza Prinsiplərinin detallarını açıqlamışdı.

REKLAM

İ.Məmmədov bildirdi ki, açıqlanan bu prinsiplər Azərbaycanın milli maraqlarına uyğun deyil və işğal olunmuş torpaqların tezliklə və tam olaraq azad edilməsinə təminat vermir. "Yəqin ki, rəsmi Bakı bu məsələni nəzərə alır və hər hansı təslimçi sülh sazişinə imza atmaqdan çəkinir", - deyə İ.Məmmədov güman etdi. HATM rəhbəri iyulun 17-də Moskvada Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşün uğursuz olduğuna diqqət çəkdi.

ABŞ Senatının Təxsisatlar Komitəsinin qəbul etdiyi 2010-cu maliyyə ili üçün xarici yardımlarla bağlı qanun layihəsinin Azərbaycanın maraqlarına uyğun olduğu qeyd edildi. Bəlli olduğu kimi, qanun layihəsində Ermənistana göstəriləcək yardımların miqdarı azaldılıb. Separatçı Dağlıq Qarabağ rejiminə isə yardım edilməyəcək.

Beynəlxalq hərbi əməkdaşlıq güclənir

İyul ayı Azərbaycanın beynəlxalq hərbi əməkdaşlığının güclənməsi baxımından yaddaqalan olub. Məsələn, iyulun 8-də Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin bir qrup yüksək rütbəli zabiti ilə görüşüb. HATM rəhbərinin fikrincə, bu gün Türkiyənin Azərbaycana hərbi dəstəyi olduqca böyükdür və bu, ölkəmizin müdafiə qüdrətinin güclənməsi ilə şərtlənir.

İyulun 9-da isə müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Oklahoma Ştatı Milli Qvardiyasının komandanı general-mayor Mayls Dirinqin başçılıq etdiyi heyəti qəbul edib. İ.Məmmədov hesab edir ki, Azərbaycan - ABŞ hərbi əməkdaşlığı tərəfləri qane edəcək dərəcədə dərin deyil. "Bu əməkdaşlığın dərinləşməsinə, Pentaqon tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin təliminə ehtiyac böyükdür", - deyə ekspert qeyd etdi. Ekspert iyulun 25-də ABŞ-ın Avropadakı Dəniz Qüvvələrinin (MFE) Azərbaycan Silahlı Qüvvələrinin heyəti üçün növbəti təlimlərini başa çatdırdığını xatırlatdı. Rəsmi Bakının müraciəti əsasında reallaşdırılan bu təlimlərdə məqsəd Azərbaycan hərbçilərinin peşəkarlığını artırmaq idi.

İ.Məmmədovun fikrincə, iyulun 29-da Vaşinqtonda keçirilən ABŞ - Azərbaycan hərbi məsləhətləşmələrinin hər iki ölkəyə faydası böyükdür: "Bu kimi məsləhətləşmələr Azərbaycanın müdafiə və təhlükəsizlik ehtiyaclarının ödənilməsi baxımından böyük önəm kəsb edir".

İyul ayı üçün daha bir önəmli hadisə Azərbaycan Silahlı Qüvvələri hərbçilərinin Əfqanıstan ordusunun öyrədilməsində iştirak edəcəyinin bəlli olmasıdır. İ.Məmmədov bunu Azərbaycan ordusunun uğuru hesab edir. HATM rəhbərinin fikrincə, bu təlimlərin müvəffəqiyyətlə həyata keçirilməsi üçün Əfqanıstandakı Azərbaycan sülhməramlılarının sayını kəskin artırmağa ehtiyac var. "Düşünürəm ki, rəsmi Bakı yaxın vaxtlarda bu addımı atacaq. Bu, Azərbaycanın NATO ilə əlaqələrinin daha da güclənməsinə səbəb olardı", - deyə HATM rəhbəri bəyan etdi.

Yeri gəlmişkən, iyulun 14-31-də Əfqanıstan Milli Müdafiə Nazirliyinin Minatəmizləmə Departamentinin 4 əməkdaşı Azərbaycanda səfərdə olub. Qazaxıstan isə Azərbaycanın Ali Hərbi Dənizçilik Məktəbinə gördərdiyi müdavimlərin sayını artırmaq niyyətindədir.

Erməni ordusu zəifləyir

HATM-ın hesabatına görə, erməni ordusunda müşahidə olunan ruh düşkünlüyü getdikcə artır. İyulun 15-də Ermənistan Müdafiə Nazirliyinin 549 saylı əlahiddə motoatıcı alayının əsgəri Karen Harutyunyan əsgər yoldaşlarının ona verdikləri işgəncələrə dözməyərək xidməti yerini tərk edib, sərhədi keçərək Gədəbəy rayonunda Azərbaycan əsgərlərinə təslim olub. "Daxil olan məlumatlara görə, hazırda Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətinin sayında ciddi çatışmazlıq var. Taqım və bölüklərin ştatları yarımçıqdır. Sözsüz ki, bu, erməni ordusunda döyüş hazırlığının aşağı səviyyədə olmasının göstəricisidir", - deyə polkovnik bildirdi.

"Eurasianet" portalı bildirib ki, erməni ordusu getdikcə daha çox çağırışçı çatışmazlığı ilə üzləşir.

Rusiya Azərbaycanı təzyiq altında saxlayır

İ.Məmmədov bildirdi ki, iyulun 16-da Azərbaycanın Balakən rayonu ərazisində Rusiya, Azərbaycan və Gürcüstan sərhədi sayılan Qubek dağlarındakı "Üç nöqtə" adlanan ərazidə Azərbaycan sərhədçiləri ilə dövlət sərhədini pozmağa cəhd göstərən silahlı şəxslər arasında atışma olub: "Fikrimcə, Azərbaycan sərhədini pozmaq istəyənlər Rusiyanın xüsusi xidmət orqanları tərəfindən öyrədilən şəxslərdir. Kreml bu yolla Azərbaycanı təzyiq altında saxlamağa çalışır. Fikrimcə, Azərbaycan bu kimi halların qarşısının tamamilə alınması üçün ciddi səylər göstərməlidir və bu yolda Qərb tərəfdaşlarından yardım istəməlidir". Əks təqdirdə Rusiyadan Azərbaycana təxribatlar davam edəcək.

Kimlər şəhid sayılacaq?

İ.Məmmədov bildirir ki, ötən ayın ən diqqətçəkən hadisələrindən biri Nazirlər Kabineti tərəfindən "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"nda dəyişiklik edilməsidir. Bununla Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının, döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslərə şəhid statusu veriləcək. İ.Məmmədov bu dəyişikliyi təqdirəlayiq hesab etsə də, bir çox məqamların aydın olmadığını dilə gətirdi. HATM rəhbəri hesab edir ki, bu qaydalarla bağlı ictimaiyyətə geniş və hərtərəfli məlumat verilməlidir.

Orduda qanunvericilik yenilənməlidir

Ötən ayın ən çox diqqətdə olan mövzularından biri ölkənin hərbi prokuroru, general-leytenant Xanlar Vəliyevin orduda qəsdən adam öldürmə və tabelik münasibətləri olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətlərinin artmasını etiraf etməsidir. İ.Məmmədovun sözlərinə görə, qeyd edilən cinayətlərin qarşısını almaq üçün ilk növbədə hərbi qanunvericilik təkmilləşdirilməlidir. "Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyətini tənzimləyən qanunvericilik əsasən ötən əsrin 30-40-cı illərindən qalmadır. Əgər söhbət ordumuzun NATO standartlarına keçidindən gedirsə, onda sovet ordusunun qalıqları olan qanunlar bizə lazım deyil. Hərbi qanunlar yenilənməli və təkmilləşdirilməlidir, bu istiqamətdə parlamentin üzərinə böyük yük düşür", - deyə o qeyd etdi.

Rasmussen NATO-su Azərbaycana necə yanaşacaq?

HATM-ın hesabatında Azərbaycanın NATO ilə əməkdaşlığının gücləndirilməsinə ehtiyac olduğu vurğulanır. İ.Məmmədov bildirdi ki, iyulun 15-də Brüsseldə keçirilən 28+1 formatında görüş Azərbaycan tərəfi üçün faydalı olub. "Məlumata görə, bu görüş zamanı Azərbaycan tərəfi Silahlı Qüvvələrdə islahatlar prosesinin sürətləndiriləcəyini, NATO ilə əməkdaşlığın gücləndiriləcəyini bəyan edib", - deyə o qeyd etdi.

İ.Məmmədovun fikrincə, iyul ayında baş verən mühüm hadisələrdən biri NATO-da baş katib Yaap de Hoop Sxefferin öz postunu rəsmən Anders Foqh Rasmussenə verməsidir. Rasmussen NATO-ya qarşıdakı 5 il ərzində rəhbərlik edəcək. Rasmusseni təcrübəli diplomat kimi xarakterizə edən İ.Məmmədov onun dövründə postsovet ölkələrinin NATO-ya inteqrasiyasının sürətlənəcəyinə ümid etdiyini bildirdi. Ekspertin fikrincə, bunun üçün Rasmussen Rusiya ilə münasibətləri qaydaya salmalı və alyansın Şərqə doğru genişlənməsinin əsaslarını işləyib hazırlamalıdır. "Rasmussen Rusiyanı inandırmalıdır ki, Şərqə doğru genişlənmə Rusiyanın mənafeyinə zidd deyil. Yalnız bu gerçəkləşdikdən sonra postsovet ölkələrinin, Azərbaycanın alyansla münasibətlərində yeni, sakit və təhlükəsiz dövr başlaya bilər. Əks təqdirdə, Gürcüstan təcrübəsi digər ölkələri NATO ilə sıx əməkdaşlıq qurmaqdan çəkindirir. Düşünürəm ki, çətinliklə də olsa, hər şey öz axarınca gedəcək", - deyə İ.Məmmədov qeyd etdi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Qarabağ" Avropada yürüşünü davam etdirir

Bölmənin digər xəbərləri
 
Pentaqon Azərbaycanın Müdafiə Nazirliyində dəyişikliklər aparılmasında israr edir?
Nazirlikdə rəhbər vəzifə tutan kadrlarla bağlı çəkişmə böyüyür

Türk Cümhuriyyətləri Birliyi - xəyal, yoxsa mümkünlük?
Siyasi istək və qətiyyət olarsa, qarşıdakı 10 ildə AB timsalında təşkilatlanma tamamilə mümkün bir işdir

Hüquqşünaslar arasında dəyişikliklərə olan inamı itirənlərin sayı çoxalıb
ATƏT-in, AŞ PA-nın bizim hüquq ictimaiyyətinə dəstəyi yox dərəcəsinə çatıb

Latviya prezidentinin səfər proqramı zəngindir
Yüksək qonaq Şəki Xan sarayında və "Jalə" zavodunda da olacaq

Eduard Rossel - qurucu və yaradıcı lider
Heyif ki, bizim ölkədə belələri azdır

Yuxarıdan aşağı "sırınan" sülh Cənubi Qafqazda uğur qazanmaz
Britaniyalı ekspert xalq diplomatiyasının rolundan danışır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər