Hal-hazırda Ayna qəzetinin 08.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 08.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Miqrantların vətənə göndərdikləri pullar azalır
Miqrantların vətənə göndərdikləri pullar azalır
Lakin Rusiyada işlərini itirən həmyerlilərimizin vətənə axınla qayıdışı gözlənmir
Şənbə, 08.08.2009

A.Akif mətn ölçüsü  

Dünya maliyyə böhranı xarici ölkələrə işləməyə gedənlərin vətənə göndərdikləri pulları azaldıb. Dünya Bankının hesablamalarına görə, bu il bəzi bölgələrə göndərilən pullar 15 faizədək azalacaq. Açıqlamada bildirilir ki, 2007-2008-ci illər ərzində xaricə işləməyə gedənlərin ölkələrinə göndərdiyi pullar sürətlə artırdı. Məsələn, 2008-ci ildə inkişaf etməkdə olan ölkələrə ümumilikdə 328 milyard dollar pul göndərilib. Xaricdə işləyənlərin ən çox pul göndərdiyi ölkələr Hindistan, Çin və Meksikadır. Ötən il təkcə bu ölkələrə xaricdən 120 milyard dollar pul göndərilib. Bəzi ölkələr isə xaricdən göndərilən pullardan asılıdır. Məsələn, Tacikistanda yaşayış xərclərinin az qala yarısı xaricdə işləyənlərin qazancından asılıdır.

Pul axınında zəifləmənin əsas səbəbi, təbii ki, maliyyə böhranıdır. Ən çox azalma Avropa və Mərkəzi Asiyada gözlənilir - 15 faiz. Dünya Bankı hesab edir ki, bu sahədə vəziyyət 2010 və 2011-ci illərdən sonra düzələcək. Gəlirlərin azalmasının böhrandan əlavə səbəbləri də var. Məsələn, Avropa və Mərkəzi Asiya ölkələrindən gələn işçilər böhranın təsiri ilə yanaşı, onlara mənfi münasibətdən də əziyyət çəkirlər. Xaricdən işləməyə gələnlərə qarşı ən pis münasibət Rusiya və Britaniyadadır.

Xüsusilə Rusiyada işsizliyin artımı bura işləməyə gələn keçmiş SSRİ ölkələri vətəndaşlarının iş tapmasını çətinləşdirib. Amma bu ilin ikinci yarısında neftin bahalaşması Rusiyada işçi qüvvəsinə tələbatı artıra bilər. Bu baş versə, Rusiyadan MDB-nin digər ölkələrinə pul göndərişləri də artacaq.

REKLAM

Gələn il Rusiyada vəziyyətin düzələcəyi və burada işləyənlərin göndərəcəyi pulların artımı gözlənilir.

Yeri gəlmişkən, Rusiya Mərkəzi Bankının məlumatına görə, bu ölkədə işləyənlərin MDB ölkələrinə pul göndərişlərinin orta məbləği 30 faiz azalıb. Yəni əgər ötən il Rusiyadan MDB-yə hər göndərişin orta məbləği 600 dollar idisə, indi bu rəqəm 418 dollara enib.

Qlobal maliyyə böhranı ilə yanaşı azərbaycanlıların Rusiyada durumlarını gərginləşdirən bir səbəb də "Çerkizov" bazarının bağlanmasıdır. Bazarın bağlanmasından sonra sahibkarlara mağaza və konteynerlərdə qalan əmlaklarını çıxarmağa imkan verilməyib. Əksər sahibkarlar əmlaklarını bazardan çıxarmağa cəhd etsə də, bunun qarşısı alınıb.

Rusiya Federal Miqrasiya Xidməti isə işsiz qalan miqrantların öz ölkələrinə deportasiya edilməsini vacib sayır. Rusiya tərəfi belə hesab edir ki, miqrant işdən çıxıbsa və Moskvada işsiz yaşayırsa, dövlət hesabına olsa belə, mütləq öz ölkəsinə yola salınmalıdır.

Hazırda "Çerkizov" bazarında ticarətlə məşğul olanlar neçə illərin zəhməti hesabına qazandığını itirmək təhlükəsi ilə qarşılaşıb. Satıcılar xəbər agentliklərinə açıqlamalarında bildirirlər ki, bazarın bağlanması ilə bağlı bir neçə dəfə şayiələr yayılsa da, bunun həqiqət olacağını gözləmirdilər. Çünki təkcə Moskva şəhəri deyil, Rusiyanın böyük bir hissəsini mallarla bu bazar təmin edirdi. Bu mənada, bazarın bağlanması işini itirənlərin sayını artıracaq.

Onu da qeyd edək ki, Rusiya təcrübəsində xarici investorlar tərəfindən tikilən obyektlərin onların əllərindən alınması halları olub. Bu zaman sahibkar dəyişsə də, obyektlər bir müddət sonra fəaliyyətini davam etdirib. Amma bu dəfə vəziyyət tamam fərqlidir. Çünki "Çerkizov" bazarına ruslar özləri nəzarət edirdi. Buna görə də bazarın yenidən fəaliyyət göstərəcəyi, yaxud da malların sahibkarlara qaytarılması ilə bağlı heç nə bilinmir.

Məsələyə münasibət bildirən Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev Rusiyada işsiz qalan azərbaycanlıların böyük bir hissəsinin vətənə qayıdacağını inandırıcı saymır: "Rusiyada yaşayan azərbaycanlıların əksəriyyəti orada kirayədə yaşayır və bazarlarda fəaliyyət göstərir. Buna görə də bir bazarın bağlanması ilə kütləvi axın olacağı inandırıcı deyil. Bu ərazidə işlərini itirən azərbaycanlılar başqa yerdə iş tapa bilirlər. Digər tərəfdən, uzun müddətdir orada yaşayan həmin şəxslər müəyyən dərəcədə Rusiyaya bağlanıb. Ailəlidirlər, uşaqları orada təhsil alır. Başqa sözlə, Azərbaycanda olduğundan yüksək şəraitdə yaşayırlar. Yalnız Rusiyada qanunsuz yaşayan miqrantlar geri qaytarıla bilər ki, onların da arasında azərbaycanlılar çox deyil".

Rusiyada əmək miqrantlarının sayının azaldılmasına və onların qeydə alınmasının çətinləşdirilməsinə münasibət bildirən Əlövsət Əliyev bunun da azərbaycanlılara ciddi problem yaratmadığını bildirdi: "Rusiya Federasiyasında miqrantlarla bağlı daha bir qərar qəbul edilib. Rusiya ərazisinə gedən keçmiş SSRİ vətəndaşlarının miqrasiyası ilə bağlı dövlət proqramı qəbul edilib. Həmin proqrama görə, 6 aydan az olmamaq şərti ilə keçmiş sovet respublikalarından olan vətəndaşlar Rusiya Federasiyasının ayrı-ayrı ərazilərində məskunlaşa və qısa müddətdə vətəndaşlıq ala bilərlər. Bu daha mükəmməl proqramdır və həmin vətəndaşlara əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə tələb olunmur. Bu da azərbaycanlıların Rusiyada iş tapmasına mane olmayacaq".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"8-ci kilometr bazarı"nda yanğın: bəzi təfsilatlar

Bölmənin digər xəbərləri
 
Yarmarkalarda ət satışını yalnız Ekologiya və Səhiyyə nazirlikləri qadağan edə bilər
O da yalnız havanın temperaturu yüksək olduqda

Şəhərətrafı sakinlər hələlik xırda və ortatutumlu avtobuslarla kifayətlənə bilər
Şəhərdaxili marşrutlarda isə metronun kart sistemi tətbiq olunacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər