"Neftçi" qapıçı axtarışlarına son qoyub. Məşqçilər korpusu baxışda olan Paolas Qribauskasın oyununu bəyənib. Litvalı qolkiper flaqmanın heyətində keçirdiyi Türkiyə təlim-məşq toplanışındakı yoxlama oyunlarında xoş təsir bağışlayaraq məşqçilərin ümidlərini doğruldub.
Bunadək "Vilnüs" (Litva, 2003), "Ekranas" (Litva, 2004-2006) və "Otselul" (Rumıniya, 2007-2009) klublarının qapısını qorumuş Qribauskasla 1 illik müqavilə imzalanacaq. 25 yaşlı qolkiper Litva millisində 4 oyun keçirib.