"Bazel" və "Tvente" Bakıya gəlir
 |
Püşkatma "Bakı" və "Qarabağ"ın növbəti rəqiblərini müəyyən etdi
Şənbə, 08.08.2009
|
|
Futbol üzrə Çempionlar Liqası (ÇL) III təsnifat mərhələsinin cavab qarşılaşmaları başa çatıb. Bu nüfuzlu turnirdə ölkəmizi təmsil edən ikiqat Azərbaycan çempionu "Bakı" futbol tarixində yeni uğur qazanmağa yaxın olsa da, şansından yararlana bilməyib. Komandamız Sofiya şəhərində Bolqarıstan çempionu "Levski"yə uduzaraq, qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandırıb.
Bir həftə əvvəl Tofiq Bəhramov adına Respublika stadionunda qolsuz bərabərlik qeydə alındığından "Bakı"nın növbəti mərhələyə çıxmaq üçün yaxşı imkanları vardı. ÇL-in pley-off mərhələsinə yüksəlmək üçün Bakıya istənilən hesablı qollu heç-heçə kifayət idi. Lakin Sofiyada keçirilən qarşılaşmada meydan sahibləri 2:0 hesabı ilə qalib gəliblər. Beləliklə iki oyunun nəticəsinə görə, "Levski" ÇL-in pley-off mərhələsinə vəsiqə qazanıb. "Bakı" isə mübarizəni Avropa Liqası turnirinin pley-off mərhələsində davam etdirəcək.
"Bakı"dan fərqli olaraq, "Qarabağ" avrokuboklarda uğurlu çıxışını davam etdirir. Bakıda keçirilən cavab matçında sürprizə imkan verməyən "Qarabağ" doğma tərəfdarlar önündə Finlandiyanın "Honka" komandasını 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Helsinkidə keçirilən ilk matçda Qurban Qurbanovun komandası rəqibə 1:0 hesabı ilə qalib gəlmişdi. "Qarabağ" cavab matçında Elvin Məmmədov və Rəşad Sadıqovun vurduğu 2 qolla ikinci dəfə rəqibdən güclü olduğunu sübut etdi. 2:1 hesabı ilə qələbə qazanan "Qarabağ" avrokuboklarda uğuru uğura calayaraq yürüşünü davam etdirir. Yeri gəlmişkən, indiyədək Avropa kuboku yarışlarında iki mərhələ adlamaq heç bir klubumuza müyəssər olmayıb.
"Qarabağ"ın bu böyük uğuru ölkədə böyük əks-səda doğurub. Azərbaycan prezidenti İlham Əliyev Ağdamın "Qarabağ" futbol klubunu bu qələbə münasibətilə təbrik edib. Dövlət başçısı komandanın baş məşqçisi Qurban Qurbanovla telefon əlaqəsi saxlayıb. Prezident "Honka" klubu üzərində qazanılan qələbə və pley-off mərhələsinə vəsiqənin əldə olunması münasibətilə məşqçiyə təbrikini çatdırıb.
Dünən İsveçrənin Nion şəhərində yerləşən UEFA mənzil-qərargahında Avropa Liqasının növbəti mərhələsinin püşkatması keçirilib. Püşkatmanın nəticəsinə görə, "Qarabağ" növbəti mərhələdə Hollandiyanın "Tvente" klubu ilə qarşılaşacaq. Bundan əvvəl Çempionlar Liqasında çıxış edən "Tvente" Portuqaliyanın "Sportinq" klubuna uduzaraq mübarizəni dayandırmışdı. "Bakı" klubu isə İsveçrənin "Bazel" klubu ilə qarşılaşacaq. Xatırladaq ki, "Bazel" Avropa Liqasında "Santa-Koloma" (Andorra) və "Reykyavik" (İslandiya) klublarını mübarizədən kənarlaşdırıb.
|
|
|
Oxşar xəbərlər:
"Rusenborq"u yola saldıq, növbə "Honka"nındır
|
|
Bölmənin digər xəbərləri
Almaniya yığması Bakıya gəlir
Seçmə mərhələdə qələbəyə həsrət qalan futbol yığmamız üçqat dünya çempionuna qarşı
|
Rotterdama ümidlərlə
Pekin Olimpiadasının qəhrəmanı Elnur Məmmədli dünya çempionatına getməyəcək
|
Yığma Braziliya ilə oynayacaq
Azərbaycanın futzal yığması Braziliya ilə qarşılaşacaq. AFFA-dan verilən məlumata görə, milli komandamız dördqat dünya çempionları ilə bu ilin oktyabr ayında oynayacaq.
|
Premyer Liqanın təqvimi hazırdır
Azərbaycan Premyer Liqasının birinci mərhələsinin təqvimi təsdiqlənib. Peşəkar Futbol Liqasının mətbuat xidmətinin məlumatına görə, 12 komandanın iştirakı ilə keçiriləcək çempionatın ilk 22 turunda baş tutacaq oyunların tarixi tam müəyyənləşib.
|
"Neftçi" özünə qapıçı tapdı
"Neftçi" qapıçı axtarışlarına son qoyub.
|
|
|