Hal-hazırda Ayna qəzetinin 08.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 08.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Almaniya yığması Bakıya gəlir
Almaniya yığması Bakıya gəlir
Seçmə mərhələdə qələbəyə həsrət qalan futbol yığmamız üçqat dünya çempionuna qarşı
Şənbə, 08.08.2009

İlham Kərimoğlu mətn ölçüsü  

2010-cu ildə Cənubi Afrika Respublikasında keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Avropa zonası üzrə növbəti oyunlar avqustun 12-də olacaq. 4-cü qrupda yer alan milli komandamız Tofiq Bəhramov adına Respublika stadionunda üçqat dünya çempionu Almaniya yığmasını qəbul edəcək. Bu qrupda yığmamızdan başqa, Rusiya, Finlandiya, Uels və Lixtenşteyn komandaları da mübarizə aparır.

Berti Foqtsun başçılıq etdiyi yığmamız 2010-cu il dünya çempionatının seçmə mərhələsində indiyədək beş oyun keçirib. Futbolçularımız bundan əvvəl Finlandiya, Rusiya yığmalarına səfərdə, Uels millisinə isə Bakıda uduzublar. Millimiz Lixtenşteyn yığması ilə Bakıda heç-heçə oynayıb. Azərbaycan yığması hazırda yalnız Lixtenşteyni qabaqlayaraq 1 xalla qrupda beşinci yerdədir.

Komandamızın çıxış etdiyi qrupda Almaniya komandası 16 xalla birinci pillədədir. İkinci pillədə qərarlaşan Rusiya yığmasının 15 xalı var. Finlandiya 10 xalla üçüncü, Uels yığması isə 9 xalla dördüncü pillədə qərarlaşıb. Azərbaycan və Lixtenşteyn kollektivlərinin 1 xalı var.

Almaniya yığmasının heyəti yaxın günlərdə Bakıya gələcək. Baş məşqçi Yoahim Löv Bakıda keçiriləcək matça 20 futbolçu çağırıb. 49 yaşlı mütəxəssis əvvəlcədən söz verdiyi kimi, ölkəmizə iki qapıçı gətirəcək. Neçə vaxtdır zədədən əziyyət çəkən Mixael Ballakı da heyətə daxil edən Löv iki gənc futbolçuya da güvənməyi məqsədə uyğun sayıb. Heyət belədir:

Qapıçılar: Robert Enke ("Hannover), Tim Vize ("Verder");

Müdafiəçilər: Arne Fridrix ("Herta"), Filip Lam ("Bavariya"), Per Mertezaker ("Verder"), Marsel Şafer ("Volfsburq"), Sərdar Taşçı ("Ştutqart"), Heyko Vestermann ("Şalke-04");

Yarımmüdafiəçilər: Mixael Ballak ("Çelsi", İngiltərə), Kristian Gentner ("Volfsburq"), Tomas Hitsleperger ("Ştutqart"), Marsell Yansen, Pyotr Traxovski (hər ikisi "Hamburq"), Sami Xedira ("Ştutqart"), Məsut Özil ("Verder"), Bastian Şvaynştayger ("Bavariya");

Hücumçular: Kakau ("Ştutqart"), Mario Qomes və Miroslav Kloze (hər ikisi "Bavariya"), Lukas Podolski ("Köln").

Almaniya milli komandasının baş məşqçisi Bakıda keçiriləcək oyunla bağlı yerli mətbuata geniş müsahibə verib. Alman mütəxəssis Azərbaycan komandasına qarşı matçla bağlı bunları deyib:

"Dünya çempionatının seçmə mərhələsi başa çatmaq üzrədir. Bizim növbəti çətin oyunlarımız Azərbaycan və Rusiya ilə səfər matçlarıdır. Belə bir məqamda hər hansı rəqibi qiymətləndirməmək düzgün olmazdı. Məhz bu səbəbdən Bakıdakı qarşılaşma böyük önəm kəsb edir. Bizim də vəzifəmiz oyuna ciddi yanaşıb istəyimizə çatmaqdır. İndi yalnız Bakıda səfər matçımız haqqında düşünürük. Rusiya bizim üçün hələ birinci dərəcəli deyil".

Azərbaycan yığması artıq 10 gündür Almaniya ilə oyuna hazırlaşır. Millinin əsas qapıçısı Kamran Ağayev zədəli olduğuna görə onu "Qarabağ"ın qapıçısı Fərhad Vəliyev əvəz edəcək. Azərbaycan - Almaniya matçı Bakı vaxtı ilə 21.00-da başlanacaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycan - Almaniya matçı canlı yayımda

Yığma Braziliya ilə oynayacaq

Bölmənin digər xəbərləri
 
"Bazel" və "Tvente" Bakıya gəlir
Püşkatma "Bakı" və "Qarabağ"ın növbəti rəqiblərini müəyyən etdi

Rotterdama ümidlərlə
Pekin Olimpiadasının qəhrəmanı Elnur Məmmədli dünya çempionatına getməyəcək

Yığma Braziliya ilə oynayacaq
Azərbaycanın futzal yığması Braziliya ilə qarşılaşacaq. AFFA-dan verilən məlumata görə, milli komandamız dördqat dünya çempionları ilə bu ilin oktyabr ayında oynayacaq.

Premyer Liqanın təqvimi hazırdır
Azərbaycan Premyer Liqasının birinci mərhələsinin təqvimi təsdiqlənib. Peşəkar Futbol Liqasının mətbuat xidmətinin məlumatına görə, 12 komandanın iştirakı ilə keçiriləcək çempionatın ilk 22 turunda baş tutacaq oyunların tarixi tam müəyyənləşib.

"Neftçi" özünə qapıçı tapdı
"Neftçi" qapıçı axtarışlarına son qoyub.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər