Hal-hazırda Ayna qəzetinin 08.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 08.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
İran: şübhəli "etiraflar" dalğası
İran: şübhəli "etiraflar" dalğası
Onların barbar işgəncələr nəticəsində alındığı üzə çıxıb
Şənbə, 08.08.2009


Sədi
mətn ölçüsü  

İran bu günlərdə şübhəli etiraflar dalğasını yaşayır. Hüquq-mühafizə orqanlarında və ETTELAAT həbsxanalarında saxlanan müxalifətçilərdən şübhəli mahiyyət daşıyan "etiraflar" alınmağa və bu "etirafçılar" televiziya ekranlarına çıxarılmağa başlanmışdır. Onlar üzr istəyir, "nümayişə getdiklərindən peşiman olduqlarını" bildirirlər.

"Azadlıq" radiosunun məlumatına görə, "məni belə mənəviyyatsız hərəkətə "Amerikanın səsi" (fars dilində gecə-gündüz yayımlanan "Fərda" radiosunu nəzərdə tutur - S.S.) və Bi-Bi-Si radioları təhrik ediblər", - deyə televiziya ekranına çıxarılan həbs olunanlardan biri öz "etiraf"ında söyləyib.

Mənbə etirafçıların televiziya açıqlamalarında həmişə eyni sözləri təkrarladıqlarına diqqəti çəkir. Bir qadın belə deyib: "Bi-Bi-Si-nin və "Fərda"nın verilişləri onu yoldan çıxarıb. Ona görə də çantasına qumbara qoyaraq nümayişə gedib. Nümayişdə isə pəncərələrə daş atıb, yoldakı maşınları əzib".

Rəsmi telekanallarda prezidentin keçmiş müavini ayətulla Məhəmmədəli Əbtəhi də ağlayaraq, "məxməri inqilabla bağlı təlim gördüyünü" etiraf edib. Bu çeynənmiş metoda xalq arasında "əlinə qaşıq verilərək kamera qarşısına çıxarmaq" deyilir.

Beynəlxalq İnsan Haqları Təşkilatının bu yaxınlarda yaydığı bəyanatda bildirilir ki, hakimiyyət seçki məhbuslarını televiziyaya çıxararaq, təzyiq altında onlardan saxta etiraflar alır. İnsan haqları qurumunun bəyanatında islam respublikası hakimiyyətinin bu sayaq hərəkətləri pislənir. Təşkilatın bəyanatında daha sonra deyilir: "Müstəntiqlər tutulanları fasiləsiz dindirir, onlarla kobud davranır, döyür, təhqir edir, ac və yuxusuz saxlayaraq, televiziya ekranları qarşısında yalançı etiraflar etməyə məcbur edirlər". Təşkilatın Orta Şərq və Şimali Afrika bölməsinin direktoru Sara Li Vitson isə jurnalistlərlə görüşündə belə repressiv üsulları pisləyərək deyir: "İran hakimiyyəti tutulanlardan saxta etiraflar almaqla dinc etiraz aksiyalarına qarşı təzyiq və zorakılıqlarına haqq qazandırmaq istəyir".

Qurumun yaydığı hesabatda bildirilir ki, iyunun 26-da tutulub iyulun 1-də sərbəst buraxılmış 17 yaşlı bir məhbus gözləri bağlandıqdan sonra "etiraf" sənədini imzalayana qədər 48 saat ayaqüstə saxlanmışdır. Bunu məhbus özü söyləyib.

İran Ana Yasasının 38-ci maddəsinə əsasən, bu sayaq "etiraf"ların hüquqi əsası yoxdur. Həmin maddə belədir: "Müəyyən məsələni məcburi etiraf etdirmək xatirinə və ya məlumat alma üçün edilən hər sayaq işgəncə qadağandır. Bir şəxsi şahidlik və ya etiraf etmək, yaxud and içməyə məcbur etməyə yol verilmir. Bu yolla edilən şahidlik, etiraf və ya and etibarsız və əhəmiyyətsizdir. Bu prinsipi pozanlar qanun üzrə cəzalanır".

39-cu maddədə isə yazılıb: "Qanunun hökmünə əsasən yaxalanmış, həbs edilmiş, zindana salınmış və ya sürgün edilmiş bir şəxsə hər hansı şəkildə hörmətsizlik göstərmək, yaxud heysiyyətinə toxunmaq qadağandır. Belə hərəkət qanunla cəzalanır". Amma İran gerçəkliyində bu maddə yalnız kağız üstündədir.

"Yerusalim post"un xəbərində isə bildirilir ki, son günlərdə həbsxanalarda bu kimi çoxsaylı şübhəli ölüm hadisələri olur. Məsələn, həbsxanada ölən bir nəfərin cəsədi dəfn olunmaq üçün bu günlərdə qohumlarına verilib. Onlar cəsədin üzərində işgəncə izlərinin olduğunu söyləyiblər.

Keçmiş prezident Məhəmməd Xatəmi, keçmiş baş nazir Mirhüseyn Musəvi və Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi həmin müraciətdə vətəndaşları repressiyalar, qətllər, təzyiqlər qarşısında susmamağa çağırırlar.

Müxalifət mövqeyində dayanan ayətulla Müntəziri son çıxışlarının birində demişdir: "İran xalqı ağıllı və səviyyəli xalqdır. Qanunu pozanlar və vətəndaşlara qarşı bu cinayətləri törədənlər cəzalandırılmayınca xalqı qane etmək mümkün deyil. İndiki böhran dərinləşmədən, iş işdən keçmədən rəsmilər tədbir tökməli, baş verən cinayətlərə dair suallara, qaranlıq məqamlara cavab verməlidir... Görəsən, son həftələrdə baş verən cinayətlərin, acınacaqlı olayların təşəbbüskarları şah dövrünün təcrübəsini, başqa totalitar hakimiyyətlərin aqibətini unudublar? Azadlıq tələb edənləri boğub əzmək, mətbuata senzura tətbiq etmək, siyasi fəalları tutub onlardan işgəncə və təzyiq altında etiraflar qoparmaqla xalqın etiraz dalğasının qarşısını almaq olmaz. Şahın taleyindən ibrət dərsi alın".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Zabit və əsgərlərin məhkəməsi başlayıb

Müxalifət "xalq diplomatiyası"nı milli maraqlarımıza zidd sayır

İran müxalifətindən 100 nəfər məhkəmə qarşısında

Bölmənin digər xəbərləri
 
Əhmədinejada dini rəhbərdən xeyir-dua
Dini rəhbər lap əvvəldən tərəfsiz deyildi

İran müxalifətindən 100 nəfər məhkəmə qarşısında
Proses qapalı keçirilir, onlara iclasdan öncə ittihamnamə verilmir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər