Hal-hazırda Ayna qəzetinin 08.08.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 08.08.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Əhmədinejada dini rəhbərdən xeyir-dua
Əhmədinejada dini rəhbərdən xeyir-dua
Dini rəhbər lap əvvəldən tərəfsiz deyildi
Şənbə, 08.08.2009

S.Sədrəddin mətn ölçüsü  

Prezident seçkisinin sonuclarına etiraz davam etsə də, nəhayət, Mahmud Əhmədinejad avqustun 5-də ikinci dəfə hökumət başçısı kimi parlament qarşısında and içdi. Andiçmə tarixi ilə bağlı bir aydan artıqdır fərqli günlər göstərilirdi. Bu özlüyündə Tehranın ehtiyatlı davrandığından, həm də mərasimlə bağlı ciddi problem yaşandığından xəbər verirdi. Bir müddət öncə yayılmış məlumatlarda bildirilirdi ki, parlamentin əksər üzvləri Əhmədinejadın təsdiqlənməsinə qarşıdır.

Saxtakarlığa xeyir-dua

Ana Yasasının 110-cu maddəsinin 9-cu bəndinə əsasən, hökumət başçısının seçki kampaniyası başa çatdıqdan sonra onun prezidentliyini ölkənin ali rəhbəri təsdiqləyərək, xeyir-dua verir.

Bu dəfə də belə oldu və saxtakarlıq xeyir-dua aldı. Tehranda ayətulla Xomeyni adına məsciddə keçirilən andiçmədə məclis, nəzarət şurasının üzvləri, hərbi komandanlıq, xarici ölkə səfirləri, diplomatik missiyaların təmsilçiləri, məsləhət şurası üzvləri və hakimiyyətin başqa təmsilçiləri iştirak edirdi.

Ölkənin ali rəhbəri ayətulla Xamneyi lap əvvəldən tərəfsiz deyildi. Hələ 2008-ci ilin payızında bildirmişdi ki, Mahmud Əhmədinejad "islam inqilabının ilk illərində qazanılmış dəyərləri qaytarıb". O əlavə etmişdi: "Çox güman ki, gələn il keçiriləcək siyasi kampaniyada da indiki hökumət başçısı yenidən qalib gələcək. Xamneyi Əhmədinejadın Qərbə münasibətini yüksək dəyərləndirərək, daha beş il hakimiyyətdə qalmağa hazır olmağı təklif edərək demişdi: "Bu ilin sizin hakimiyyətinizin sonuncu ili olduğunu düşünməyin. Çalışın, siz hələ daha beş il işləyəcəksiniz. Başqa sözlə, bir ilinizə daha dörd il əlavə edin və planınızı qurub, uyğun addımlar atın".

Amma son illər ayətulla Xamneyi hökumətin daxili və iqtisadi siyasətini bir neçə dəfə tənqid etmişdi. Hətta bəziləri Əhmədinejadın vaxtından əvvəl vəzifədən gedəcəyini də ehtimal edirdi. Bundan başqa, prezident seçkisinin parlament seçkiləri ilə eyni vaxtda, yəni ötən ilin martında keçirilməsini təklif edənlər də vardı. Ancaq Xamneyinin söylədikləri bu sayaq proqnozları alt-üst etdi.

Elə həmin günlərdə Xamneyinin İnqilab Keşikçiləri Qvardiyasındakı təmsilçisinin müavini Müctəba Zulnuri hakimiyyətin "Ənsari-hizbulla" adlı basqı qrupunun toplantısında prezident Əhmədinejadın daha 4 il müddətə bu vəzifədə qalmasının vacibliyini vurğulamışdı. Onun sözlərinə görə, indiki hökumət başçısının başladığı işləri yekuna çatdırmasından ötrü ona daha 4 il lazımdır.

Əslində keçən ildən hakimiyyətin bir qanadının bu sayaq çıxışları Əhmədinejadın yenidən bu kürsüdə qalacağını proqnozlaşdırmağa imkan verirdi. Çünki son hadisələr istisna olmaqla ali rəhbər ayətulla Xamneyi bir qayda olaraq, üzdə də olsa gözləməyə çalışırdı.

Andiçmə mərasimində ölkənin ali rəhbəri bəyan edib: "İran xalqı ayrı-seçkiliyə və yoxsulluğa qarşı mübarizəyə, inkişafa, ədalətə səs verib".

Ali rəhbər - prezident "qohumluğu"

Bu yaxınlarda Əhmədinejad qudası İsfəndiyar Rəhimi-Məşaini özünə müavin təyin edəndə hakimiyyət daxilindən, din xadimlərindən, eləcə də ayətulla Xamneyi tərəfindən etirazlar səslənmişdi. Bəziləri bunu ali rəhbər - prezident qarşıdurması kimi dəyərləndirirdi. Ancaq prezident andiçmədən bir neçə gün öncə bildirdi ki, Xamneyi ilə münasibətləri inzibati, siyasi əməkdaşlıqdan daha çox "ata və oğul arasındakı sevgiyə, hörmətə söykənir".

Seçkidən sonra baş verən etiraz aksiyalarını xariclə bağlayan Əhmədinejad andiçmə törənində də bu məsələyə toxunaraq deyib ki, "bəzi dövlətlər maliyyə və siyasi vasitələri ilə" İran daxilindəki proseslərə müdaxilə etməyə cəhd göstərdi: "Ancaq dünya dəyişib. Başqalarının iç işinə qarışmağın zamanı keçib. İran bütün dövlətlərlə əlaqələrini qarşılıqlı sayğı və ədalət prinsipləri əsasında qurmaq istəyir".

Yeri gəlmişkən, yaxın keçmişdə SSRİ-nin seçki sistemi mədəni dünya tərəfindən məsxərəyə qoyulanda sovet rəsmiləri buna bənzər tezislərlə çıxış edirdi.

İndiki hakimiyyətə müxalifət mövqeyində dayanan Haşimi-Rəfsəncani, Məhəmməd Xatəmi, Mirhüseyn Musəvi, Mehdi Kərrubi Mahmud Əhmədinejadın andiçmə mərasiminə getməyiblər. Bununla onlar gerçək müxalifət olduqlarını bir daha bəyan etdilər. Qərbin baş verənlərə münasibətinə gəldikdə, İngiltərənin baş naziri Qordon Braun, Fransa prezidenti Sarkozi, Almaniya kansleri Merkel isə bir müddət öncə Əhmədinejadın seçkisinin qanun pozuntusu ilə müşayiət olunduğunu demişdilər. Ötən gün Ağ ev təmsilçisi jurnalistlərin məsələyə dair sualını cavablandırarkən ikibaşlı fikir ifadə olunub: "İran xalqı öz hökumətini seçməli idi. Əhmədinejad seçilmişdir". Bu bəyanatla rəsmi Vaşinqton həm manevr etdiyini, həm də İran xalqına ismarıc göndərdiyini ehtimal etmək olar.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Yaprak dökümü"nün qəhrəmanı əvvəl imtahan verəcək, sonra evlənəcək

"Standard"a yeni məşqçi gəldi

Xamneyi - Rəfsəncani qarşıdurması artmaqdadır

"Bank Standard"ın əməkdaşları cəzalandırıldı

Premyer Liqanın təqvimi hazırdır

Bölmənin digər xəbərləri
 
İran: şübhəli "etiraflar" dalğası
Onların barbar işgəncələr nəticəsində alındığı üzə çıxıb

İran müxalifətindən 100 nəfər məhkəmə qarşısında
Proses qapalı keçirilir, onlara iclasdan öncə ittihamnamə verilmir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər