Məşhur aktyor Maykl Duqlasın oğlu 30 yaşlı Kameron həbs edilib. Nyu-Yorkdan gələn xəbərdən sarsılan aktyoru narahat edən səbəblərdən biri də xəbərin işıq sürəti ilə yayılması olub. Xəbərdə deyilir ki, 30 yaşlı Kameron Manhettendəki Qansevut otelində sintetik narkotika asılılığı olan xəstə kimi gözaltına alınıb. Hazırda istintaq getdiyindən aktyorun oğlunun sonrakı taleyi ilə bağlı məlumat verilmir. Xatırladaq ki, atası Maykl Duqlas və Kirk Duqlas ilə 2003-cü ildə "It Rans in the Family" filmində oynayan Kameron 2007-ci ildə üzərində kokain gəzdirdiyi üçün Kaliforniyada həbs olunmuşdu.
|