![]() |
çap et |
|
|||
Kaliforniyanın Los-Altos şəhərində Buzovnada yerləşən uşaq evi sakinlərinin rəsm əsərlərinin sərgisi keçirilmişdir. Bu mədəniyyət tədbirinin təşəbbüsçüsü "Global Learning Foundation" qeyri-hökumət təşkilatıdır. Şəkillərin satışından əldə olunacaq vəsaitin hamısı balaca rəssamların cəmləşdiyi evlərin təmirinə yönəldiləcək. Bu rəsmlərin mövzusu genişdir. Balaca rəssamlar Azərbaycanın tanınmış tarixi abidələri, təbiəti, milli folklorunu əks etdirən mövzuları canlandırıblar.
|