çap et  
Yaqub Zurufçu Azərbaycan vətəndaşı oldu
Şənbə, 08.08.2009


APA

Tanınmış sənətçi Yaqub Zurufçuya Azərbaycan vətəndaşlığı verildi. Prezident İlham Əliyev onun Azərbaycan vətəndaşı olmaq istəyini müsbət qarşılayıb və bunu təsdiqləyib. Sənətçi deyir ki, bu onun illərdən bəri ürəyində gəzdirdiyi arzusu idi və prezident İlham Əliyevə təşəkkürünü bildirir. Yaqub Zurufçu bundan öncə ABŞ vətəndaşı idi və bir müddət əvvəl Azərbaycan vətəndaşı olmaq üçün prezidentə müraciət etmişdi.